“Ədəbi körpü”. X sayı. İran - Güney Azərbaycanda hazırlanaraq yayımlanır və aylıq ədəbi elektron dərginin yeni - X sayında da o taylı-bu taylı müxtəlif düşüncəli yaradıcı adamlarımızın yaradıcılığı təbliğ olunur.
Səfa Rəşid. "Ayrılığı sal yadıma..." Şeirlər kitabı. YYSİB Avropa təmsilçisi, İspaniyada yaşayıb-yaradan istedadlı cavan şair Səfa Rəşidin ilk poeziya kitabı.
"Dağlar". Poetik almanax. "Yazarlar Dərnəyi"nin xüsusi buraxılışı - I Kitab: "Yazarlar". Bu kitab Dədə Ələsgərin (1821 - 1926) anadan olmasının 200 illik yubiley tədbirləri çərçivəsində nəşr olunur. Almanaxda bizə məlum olan ilk nümunələr də daxil olmaqla, əksər "Dağlar" adlı nəzm nümunələri toplanmışdır.
Tədqiqat qrupu. "Texnoparkların yaradılması üzrə beynəlxalq təcrübə". İqtisadi-elmi tədqiqat. Kitab Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin tədbirlərinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu tərəfindən işlənilmişdir.
Uygun Aksoy, İsmet Boz, Həzi Eynalov, Yaqub Quliyev. "Azərbaycanda orqanik kənd təsərrüfatı: hazırkı durum və gələcək inkişaf potensialı". BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının azərbaycanca nəşri.
Nicat Qafarlı. “Biznesdə innovasiya fəaliyyətinin təşkili prinsipləri”. Elmi araşdırma. İnnovasiya yönümlü inkişafın formalaşmasının nəzəri əsaslarına həsr olunmuş elmi vəsait.
Nəzrin Babazadə. “Biznesin rəqabət üstünlüklərinin təmin edilməsində innovasiya prosesinin rolu”. Elmi araşdırma. Biznes sferasında innovasiya layihələrinin iqtisadi səmərəliliyinin qiymətləndirilməsinə müasir yanaşmaların tətbiqinə dair.
Şəbnəm Bəkirzadə Qarslı. "Əlimi tutarsanmı?" Roman, türk dilində. Şebnem Karslı. "Elimi tutarmısın?" Roman. (Türkçe). Türkiyədə yazıb-yaradan istedadlı xanın nasirin maraqlı bədii əsəri.
Firuzə Məmmədli. “Seçilmiş əsərləri”. Onuncu cild. Poeziya və elmi-bədii əsərlər kitabı. Yeni e-kitaba görkəmli şairə-publisist, filoloq alim Firuzə xanım Məmmədlinin son illər yazdığı poetik və elmi-publisitik əsərləri daxil edilib.
Əli Əlirzayev. "Turizm iqtisadiyyatı və idarə olunması". Sahəvi ədəbiyyat - elmi-iqtisadi kitab. Azərbaycanda turizm və onun müxtəlif iqtisadi istiqamətləri hazqqında monoqrafik əsər. Turizm sahəsinin peşəkarları üçün elmi vəsait.
"Kreativ-mədəni biznes" Analitik-innovativ, iqtisadi-elmi məqalələr toplusu. Toplu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının (2019-ci il birinci qrant müsabiqəsi) maliyyə dəstəyi ilə Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyi tərəfindən həyata keçirilən “Yeni iş yerlərinin yaradılması istiqamətində maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsi çərçivəsində nəşrə hazırlanaraq çap olunur.
Etibar Vəliyev. "Analı dünyam". Poeziya kitabı. AYB üzvü, Beynəlxalq Rəsul Rza Mükafatı laureatı, Lənkəranda yazıb-yaradan istedadlı şair-publisitin lirik-ictimai şeirlərindən ibarət yeni e-kitabı.
Məsud Abadov. "Azərbaycan turizmi və onun inkişaf problemləri". Sahəvi ədəbiyyat. Turizm və otelçilik üzrə maraqlanan şəxslər, eyni zamanda tələbələr üçün dəyərli vəsait.
Afaq Şıxlı. “Sənə demədiklərim”. Poetik toplu. Rusiyada - Moskvada yazıb-yaradan istedadlı şairə-tərcüməçi Afaq Şıxlının bu yeni e-kitabında müəllifin heca və sərbəst vəzndə yazılmış şeirləri yer almışlar. Kitabin birinci bölməsindəki şeirlər xronoloji olaraq düzülmüşlər.
Əli Şirin Şükürlü “Ədəbi suprematizim” (İntellektual poeziya haqqında nəzəriyyə) və “Dünyaya yeni baxış” (fəlsəfi esse). Kitab iki hissədən ibarət olub, elmi-populyar üslubda yazılmışdır. Birinci hissəyə müəllifin intellektual poeziya barədə nəzəriyyəsi – “Ədəbi suprematizm” əsəri daxil edilmişdir. Ön söz əvəzi – “Suprematizmdən Ədəbi suprematizmə” essesi bu nəzəriyyənin (həmçinin eyni adlı ədəbi-fəlsəfi cərəyanın) manifesti kimi təqdim olunur.