Məsiağa Məhəmmədi. "Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə." Elmi-sənədli kitab. Kitabda 1978-ci il aprel çevrilişindən XXI əsrin əvvəllərinə qədər Əfqanıstanda və onun ətrafında baş verən hadisələrdən bəhs olunur..
Məsiağa Məhəmmədi. "Şəhriyar və zəmanəmiz". Kitaba tanınmış şərqşünas və tərcüməçi Məsiağa Məhəmmədinin dahi söz ustadı Məhəmmədhüseyn Şəhriyar (1906-1988) yaradıcılığına dair müxtəlif illərdə yazılmış məqalələri, eləcə də şairin Mövlana Cəlaləddin Rumiyə (1207-1273) həsr edilmiş iri həcmli şeirinin fars dilindən filoloji tərcüməsi daxil edilmişdir. Kitab şərqşünas və ədəbiyyatşünaslara, eləcə də Şəhriyar poeziyası ilə maraqlanan geniş oxucu kütləsinə ünvanlanır.
Məsiağa Məhəmmədi. "Şəms və Mövlana". (Elmi məqalələr və tərcümələr toplusu). Kitaba sufizmin və bütövlükdə Şərq bədii-fəlsəfi düşüncəsinin ən parlaq simalarından olan Şəms Təbrizi və Mövlana Cəlaləddin Rumi haqqında müəllifin məqalələri, eləcə də onların yaradıcılığından tərcümələri daxil edilmişdir.
Məsiağa Məhəmmədi. "Sədi və Hafiz". Kitaba Şərq və dünya ədəbiyyatının iki görkəmli nümayəndəsi, şirazlı Sədi və Hafiz yaradıcılığı haqqında araşdırmaçı, mütərcim, şərqşünas alim Məsiağa Məhəmmədinin kulturoloji-filoloji oçerkləri daxil edilib...