ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Virtual İnternet Resurs Mərkəzinin təqdimatında
“Gənc elektron elm”: 49 (09 - 2014)
Bu elektron nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər Qurumunun “Gənc elektron elm – Virtual İnternet resurs mərkəzi” innovativ-intellektual layihəsi çərçivəsində rəqəmsal nəşrə hazırlanır və yayımlanır.
Elektron kitab N 49 (09 - 2014)
Layihənin maliyyələşdirir:
Azərbaycan Respublikasının Prezidenti yanında
Gənclər Fondu:
YYSQ - http://www.yysq.org http://www.elmler.net
Məsiağa Məhəmmədi
"Şəms və Mövlana"
(Elmi məqalələr və tərcümələr toplusu).
Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq
Elmi redaktoru: Səadət Şıxıyeva, filologiya elmləri namizədi
Ön sözün müəllifi: Cavanşir Yusifli, filologiya elmləri doktoru
Məsiağa Məhəmmədi. Şəms və Mövlana. - Bakı: "Nurlan", 2010. 62 s.
Kitaba sufizmin və bütövlükdə Şərq bədii-fəlsəfi düşüncəsinin ən parlaq simalarından olan Şəms Təbrizi və Mövlana Cəlaləddin Rumi haqqında müəllifin məqalələri, eləcə də onların yaradıcılığından tərcümələri daxil edilmişdir. Müəllif Azərbaycan şərqşünaslığı və ədəbiyyatşünaslığında ilk dəfə olaraq, Şəms Təbrizinin gerçək şəxsiyyəti və düşüncələri üzərinə işıq salmış, onun bioqrafiyasının bəzi qaranlıq və mübahisəli məqamlarına aydınlıq gətirməyə, eləcə də Mövlananın irəli sürdüyü fəlsəfi-ictimai təlimin yığcam və anlaşıqlı şərhini verməyə çalışmışdır. Kitabda yer almış və orijinaldan edilmiş tərcümələr Azərbaycan oxucusuna ilk dəfə təqdim olunur.
Kitab şərqşünaslar, filoloqlar, ali məktəblərin müəllim və tələbələri, eləcə də klassik Şərq ədəbiyyatı ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.