
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
A.BAKIXANOV ADINA TARİX İNSTİTUTU
"Azərbaycan tarixi"
Yeddi cilddə
V Cild
Bakı - 2008
Birinci cildi buradan yükləyin:
http://kitabxana.net/?oper=readBook&id=780
İkinnci cildi buradan yükləyin:
http://kitabxana.net/?oper=readBook&id=827
Üçüncü cildi buradan yükləyin:
http://kitabxana.net/?oper=readBook&id=944
Bu kitab "Azərbaycan tarixi. Yeddi cilddə. V cild" (Bakı, Elm, 2001) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır.
Məsul redaktorlar:
Mahmud İsmayılov AMEA-nın müxbir üzvü
Nigar Maksvell tarix elmləri namizədi
Azərbaycan tarixi. Yeddi cilddə. V cild (1900-1920-ci illər). Bakı. "Elm". 2008. 696 səh. + 40 səh. illüstrasiya.
"Azərbaycan tarixi" çoxcildliyinin V cildində XX yüzilliyin son dərəcə mühüm hadisələrlə zəngin olan ilk iki onilliyi işıqlandırılmışdır. Azərbaycan xalqının bütün həyat sahələrini əhatə edən köklü dəyişiklik-lərin baş verdiyi həmin dövrdə kapitalist istehsal münasibətlərinin iqtisadiyyatda aparıcı mövqe tutması, maarifçiliyə əsaslanan milli özünüdərk və ictimai şüurun milli dövlətçiliyi bərqərar etməklə nəticələnən böyük bir inkişaf mərhələsi keçməsi, ədəbiyyat və mədəniyyətin coşqun inkişafı, sosial-iqtisadi təkamül, cəmiyyətin digər mühüm proses və hadisələri bu cilddə diqqət mərkəzinə çəkilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə nəticələnən milli-azadlıq hərəkatından geniş bəhs olunan bu cilddə Cümhuriyyətin müxtəlif sahələrdəki fəaliyyəti və onun süqutuna səbəb olan amillərlə yanaşı, milli dövlət quruculuğunda mühüm tarixi-siyasi əhəmiyyəti də şərh edilir.
ISBN 978-9952-448-41-2 947
© "Elm" nəşriyyatı, 2008