Səfəvi tarixinə dair Venesiya Dövlət Arxivi və Marçiana Milli Kitabxanasında saxlanılan sənədlərin kataloqu. Kataloq-topluda Azərbaycan Səfəvilər dövlətinin tarixinə dair Venesiya Dövlət Arxivində və Venesiyada yerləşən Marçiana Milli Kitabxanasında saxlanılan 240 arxiv sənədi haqqında məlumat verilmiş və bir sıra arxiv sənədlərində tariximiz üçün əhəmiyyət kəsb edən hissələr transkripsiya və italyancadan tərcümə edilərək, hazırki nəşrə daxil edilmişdir.
Kitaba ilk dəfə tam şəkildə Azərbaycan dilinə poetik tərcümə olunan “ Avesta”nın “Yasna” hissəsi daxil edilib. “Avesta” Zərdüştiliyin müqəddəs kitabı sayılır və ilk dinlərdəndir.
Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının 2024-cü ilin dövlət və icmal büdcələri ilə bağlı məlumatları özündə birləşdirən “Vətəndaşın büdcə bələdçisi” hazırlanıb.
İqbal Qabil oğlu Əmənullayev və Şəlalə Qəzənfər qızı Əmənullayevanın müştərək kitabı tibb kollecləri tələbələri üçün dərslik kimi işlənib, sahəvi ədəbiyyat olaraq ana dilimizdə ilk dəfə işlənilib.
AYB Lənkəran bölməsinin sədri istedadlı yazıçı Qafar Cəfərli və istedadlı şairə Xatirə Xatunun həmmüəllifliyi iləişıq üzü görmüş bu kitab II Qarabağ müharibəsində tarix yazan, Vətən, torpaq uğrunda şəhid olan və doğulduqları torpaqda əbədiyyətə qovuşan 63 nəfər lənkəranlı qəhrəman haqqındadır.
İradə Əlili, Nazim Tapdıqoğlu. Bir damla göz yaşında torpaq həsrəti. / Ирада Алили, Назим Тапдыкоглу. В капле слезы тоска по земле. / Irada Alili, Nazim Tapdigoghlu. Homesickness in a teardrop. Azərbaycan, rus və ingiliscə. Publisitik-sənədli toplu
İradə Əlili və Sevinc Rzanın müştərək qələmə aldıqları sənədli-publisitik kitabında 4 dildə - azərbaycanca, türkcə, rusca, ingiliscə Qarabağ, Laçın həqiqətləri, Vətən müharibəsinin sirləri, qələbələrlə dolu Zəfərimiz sənət dili ilə dünyaya çatdırılır...
İradə Əlili, Vüqar Şahinoğlunun bu müştərək kitabında Prezident İlham Əliyevin apardığı uğurlu siyasət, Müzəffər ordumuzun şücaəti, cəsarəti sayəsində torpaqlarımız işğaldan azad olunması, 44 günlük mücadiləmiz qələbə ilə nəticələnməsi, Qalibiyyətimizin sevinci tərənnüm olunub. İki dildə - azərbaycanca və ingiliscə.
“Zəfərnamə”: Qarabağ Zəfərimizin virtual-kreativ tarixi: QHT Agentliyinin dəstəyi ilə YYSİB-nin yeni layihəsi. “Zəfərnamə”: Qələbə mövzulu kitabların e-nəşri, yayımı, təbliği və virtual sərgisi” kreativ layihə