Məhəmməd Bəylər Aranlı. "Salam, Ulu Türk". Poetik toplu. Bu kitab Məhəmməd Bəylər Aranlının sayca 7-ci kitabıdır. Müəllif bütün yaradıcılıq xəttinə sadiq qalaraq yeni kitabında da Vətənə məhəbbət, istək hər misralarında görünməkdədir. Müləllif yeni yazdığı bu əsərdə insanları haqqa-ədalətə, düzlüyə səsləyir.
Məhəmməd Bəylər Aranlı. "Ömürdən düşən yarpaqlar". Poetik əsərlər kitabı. Məhəmməd Bəylər Aranlının "Ömürdən düşən yarpaqlar" adlı kitabı, müəllifin oxucuları ilə, sayca altıncı görüşüdür. Müəllifin indiyədək "Ürəyimin harayı" (1991), "Gözümün qarası"(1995), "Sevgim, taleyim"(2000), "Sənli günlərimin təşnəsiyəm mən" (2004),"Külək döyür qapımı" (2008) adlı kitabları, pərəstişkarları tərəfindən rəğbətlə qarşılanıb. Məhəmməd Bəylər Aranlının Vətən, məhəbbət, insanlığa sədaqət, ülviyyət, mərhəmət, ilk od-ocaq kimi mövzularda qələmə aldığı şeirləri özünəməxsus ahəng və rəng tapır.