Camal Zeynaloğlu. "Qarabağ dərdi - erməni vandalizmi". (Tarixi həqiqətlər, faktlar...) Sənədli-bədii kitab. Bu kitab Camal Zeynaloğlunun oxucuları ilə on ikinci görüşüdür. Kitabda müəllifin Qarabağ savaşına həsr olunmuş sənədli povesti, hekayələri, məqalələri, ayrı-ayrı tanınmış yazarların Qarabağ haqqındakı yazıları, Dağlıq Qarabağın tarixi, Xocalı soyqırımına dair tarixi həqiqətlər, faktlar, Xocalı şahidlərinin ifadələri və qandondurucu şəkillər verilib. Burada eyni zamanda Birinci Dünya müharibəsi dövründə erməniləri hər vasitə ilə himayə və müdafiə edən rusların onları türklərə qarşı necə silahlandırmasından, törətdikləri kütləvi qırğından, terrordan, erməni vandalizmindən söhbət açılır və dünyadakı erməni terror təşkilatlarının adları açıqlanır...
Camal Zeynaloğlu. "Gecikmiş sevgi". (Hekayələr və esselər toplusu). Bu kitab Camal Zeynaloğlunun oxucuları ilə on birinci görüşüdür. Kitabda yazıçının yeni hekayələri və esseləri verilmişdir.
Camal Zeynalov. “Talelər dünyası”. Hekayələr və esselər kitabı. Bu kitab C.Zeynaloğlunun oxucularla onuncu görüşüdür.İctimai həyatımızda baş verən hadisələr müəllifi həm bir vətəndaş kimi, həm də qələm əhli kimi gözgörəsi narahat edir.Xalqımızın ən öyünməli, ən güvənməli cəhətləri olan milli dəyərləri – ailə məsələləri, qadın ləyaqəti, qadın şərəfi, isməti mənəvi, əxlaqi, etik baxımından təhlükə qarşısında olduğunu cəmiyyətə mesaj verir. Bütün bunlar Camal Zeynaloğlunun narahat ürəyindən keçib özünün, eləcə də oxucuların sinirlərinə, varlıqlarına sirayət edir.
Camal Zeynaloğlu. "Ölüm doğmalığı" (Hekayələr toplusu). Bu kitab C.Zeynaloğlunun oxucularla doqquzuncu görüşüdür.Müəllif toxunduğu mövzularda bugünkü həyatımızdakı inam, etibar, ədalət, şərəf, ləyaqət, ismət, əxlaqi-etik normalar kimi insani keyfiyyətlərlə yanaşı, riyakarlıq, rüşvətxorluq, laqeydlik, xəyanət, etibarsızlıq, pul hərisliyi, narkomaniyaya, içkiyə aludəçilik kimi qeyri-insani keyfiyyətlərdən də söhbət açır.
Camal Zeynaloğlu. "Həqiqət işığında". Bu kitab Camal Zeynaloğlunun oxucularla yeddinci görüşüdür. “Yaxşı insanlar sorağında” silsiləsindən olan bu ilk kitab tanınmış ziyalı, gözəl insan, etibarlı dost və yoldaş, nadir istedad sahibi, yazıçı-publisist, şair, filosof, tarixçi, teoloq, astronom, ictimai xadim, Azərbaycan Ziyalılar Cəmiyyətinin məsul katibi, “Ziyalı” qəzetinin baş redaktoru, həvəskar bəstəkar,“Qızıl Qələm”və “Məhsəti Gəncəvi” mükafatları laureatı, fəlsəfə elmləri namizədi, dosentHəqiqət xanım Kərimovanın həyat və yaradıcılıq fəaliyyətinə həsr olunmuşdur.
Camal Zeynaloğlu. "Nakam məhəbbət". Povest və hekayələr toplusu. İstedadlı Azərbaycan nasiri Camal Zeynaloğlunun maraqlı bədii nəsr nümunələrini – povest və hekayələrini təqdim edirik... Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb. “Çağdaş Azərbaycan bədii nəsri” N 05 (03 - 2013)
Kitabda bu günümüzün reallıqlarını əks etdirən sosial həyat tərzindən, vətəndaş mövqeyindən, haqsızlığa və ədalətsizliyə qarşı mübarizədən, milli dəyərlərdən, Vətənə, torpağa sevgidən, Qarabağ dərdindən, erməni faşizmindən, düşmənə hədsiz nifrətdən, əxlaq və mənəviyyatdan, dünyaya meydan oxuyan "ağ ölümdən", narkomaniya və içkinin törətdiyi faciələrdən, var-dövlət hərisliyindən, qanun və insanlığa qarşı laqeydlikdən, harınlaşmış məmurlardan, xəyanətdən, insanlığa sevği və sayğıdan, acı insan talelərindən, uğursuz məhəbbətdən, dostluqda və yoldaşlıqda etibarlılıqdan, dost xəyanətindən, müxtəlif xarakterə malik insan tiplərindən, hamımızı narahat edən ailə-məişət problemlərindən, insanların inamından və imanından və s. söhbət açılır.