Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

Axtarış sorğusu:

Axtarışa uyğun: 2446 nəticə tapıldı


    
Heydər Əliyev. Əbədi miras. E-nəşr. I Cild
Müəllif: Aydın Xan (Aydın Əhməd oğlu Əbilov)

YYSİB-nin layihə fəaliyyətləri çərçivəsində hazırlanan rəqəmsal nəşrlərdə Ümummilli Lider Heydər Əliyevin gənc nəsillərə örnək olan ömür yoluna, siyasi-dövlətçilik fəaliyyətinə dair məqalələr toplanıb. Təqdim olunan silsilə elektron nəşrlər Azərbaycan Respublikasının Gənclər Fondunun qrant müsabiqəsi çərçivəsində maliyyə dəstəyi alan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin “Milli Konstitusiya və suveren Azərbaycan: Heydər Əliyevin yeni nəsil üçün əbədi mirası” adlı növbəti üçaylıq kulturoloji layihəsi çərçivəsində e-nəşrə hazırlanaraq yayımlanır.

Baxış sayı: 293
Yüklə: PDF yüklə
    


    
Mehtaplı geceler / Aylı gecələr
Müəllif: Tekin Sevimli

İraq - Kərkük Türkman Eli torpağının istedadlı şairinin şeirlər kitabı: Türkiyə türkcəsində.

Baxış sayı: 260
Yüklə: PDF yüklə
    


    
Kərkükün rüzigarı. 60 məqalə
Müəllif: Şəmsəddin Kuzəçi

Bu kitab İraq - Türkman şairi, yazıçı-jurnalist Dr. Şəmsəddin Küzəçinin 60 illik yubileyi münasibətilə hazırlanmışdır. Şəmsəddin Kuzəçi ixtisasca jurnalistir. O, bu sənətin incəliklərini bilməklə yanaşı jurnalistakaya elmi yanaşmanı təmin etmiş, 2008-ci ildə Ankara “Qazi Universitetinin Radio TV və Kino” ixtisasında “İraq mətbuat tarixi” mövzusunda müdafiə edərək magistr elmi ixtisas dərəcəsi almışdır. İraq mətbuat tarixinə dərindən bələd olduğu üçün yazdığı məqalələri də birbaşa hədəfə dəymişdir.

Baxış sayı: 183
Yüklə: PDF yüklə
    


    
Kəndimizin ilk alimi - Kamal Dadaşov
Müəllif: İltifat Əhmədov

Təcrübəli, peşəkar jurnalist, yazıçı-publisist İltifat Əhmədov sayca beşinci kitabını hazırda Lənkəranda - Aşağı Nüvədi kəndində doğma ata ocağında ömrünün ahıl çağlarını yaşayan, 95 yaşlı, filologiya üzrə fəlsəfə doktoru, professor Kamal Dadaşovun mənalı, şərəfli ömür yoluna, elmi-pedaqoji fəaliyyətinə həsr etmişdir. Kitabda alimin şəcərəsi, uşaqlıq, yeniyetməlik, gənclik illəri, tələbəlik, aspirantlıq, ümumtəhsil və ali məktəblərdəki müəllimlik dövrü, elmi ezamiyyətləri, beynəlxalq konfranslarda, simpo ziumlarda çıxışları, ailə üzvləri haqqında məlumatlar və s. professorun öz dilindən nəql edilir. İltifat Əhmədovun bundan əvvəl “İllərin söz çələngi” (2019), “Vətən sənə oğul deyir” (2020), “Dastana dönən igidlər” (2021) və “Xeyriyyəçi Hacı Ərşad” (2024) kitabları işıq üzü görmüşdür.

Baxış sayı: 240
Yüklə: PDF yüklə
    


    
Kabuldan əsən külək
Müəllif: Əliyev İlham

“Kabuldan əsən külək” romanı, çətin və məşəqqətli yolun başlanğıcında olan gənc bir əfqan qadının mübarizəsindən bəhs edir. Berfada, yeganə övladını qorumaq naminə doğrulub böyüdüyü doğma kəndini tərk etməyə məcbur qalır. Heç vaxt kəndindən kənara çıxmayan gənc ananı böyük şəhərdə gözlənilməz sınaqlar qarşılayır. Berfadanın hekayəsi təkcə əfqan qadınlarının deyil, müharibə və qarşıdurmaların kölgəsində qalan bütün dünya qadınlarının mübarizəsinin rəmzidir.

Baxış sayı: 278
Yüklə: PDF yüklə
    


    
Heydər Əliyev. Əbədi miras
Müəllif: Aydın Xan (Aydın Əhməd oğlu Əbilov)

YYSİB-nin layihə fəaliyyətləri çərçivəsində hazırlanan rəqəmsal nəşrlərdə Ümummilli Lider Heydər Əliyevin gənc nəsillərə örnək olan müdrik kəlamları, aforizmləri, tarixi fikirləri verilib, eləcə də Ulu Öndərin ömür yoluna, siyasi-dövlətçilik fəaliyyətinə dair məqalələr toplanıb. Təqdim olunan silsilə elektron nəşrlər Azərbaycan Respublikasının Gənclər Fondunun qrant müsabiqəsi çərçivəsində maliyyə dəstəyi alan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin “Milli Konstitusiya və suveren Azərbaycan: Heydər Əliyevin yeni nəsil üçün əbədi mirası” adlı növbəti üçaylıq kulturoloji layihəsi çərçivəsində e-nəşrə hazırlanaraq yayımlanır.

Baxış sayı: 232
Yüklə: PDF yüklə
    


    
İstanbul saatı ilə
Müəllif: Həyat Şəmi

Hazırda qardaş Türkiyədə yaşayan, çağdaş Azərbaycan ədəbi-poetik düşüncəsinin istedadlı nümayəndəsinin yeni poeziya kitabı. Bu maraqlı kitаbdа istedadlı xanım şairənin müxtəlif illərdə qələmə aldığı lirik-fəlsəfi, ictimai məzmunlu şeirləri toplanıb. Kitabdakı şeirlərin mərkəzində insan, onun yaradanı və dünyanı dərk etməsi məsələsi durur. Mövcudluq, həyatın mənası, ədalətsizlik, müharibə, ayrılıq, həmçinin eşq, sevgi, iç dünyasına yolçuluq kimi düşüncələr fəlsəfi-poetik dillə ifadə olunur. Kitab boyu müəllif poetik düşüncələrinin Füzuli–Bakı–İstanbul dövrlərinin təzahürünü ya şayır. Oxucular bu topluda empatiya və həssaslıq duyğusunun poetik əksini görəcəklər. 

Baxış sayı: 260
Yüklə: PDF yüklə
    


    
Heydər Əliyev. Həyat yolu
Müəllif: Bələdçi

YYSİB-nin layihə fəaliyyətləri çərçivəsində hazırlanmış kitabın elektron variantında Ümummilli Lider Heydər Əliyevin gənc nəsillərə örnək olan ömür yoluna işıq salınır. Təqdim olunan elektron nəşr Azərbaycan Respublikasının Gənclər Fondununqrant müsabiqəsi çərçivəsində maliyyə dəstəyi alan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin “Milli Konstitusiya və suveren Azərbaycan: Heydər Əliyevin yeni nəsil üçün əbədi mirası” adlı üçaylıq kulturoloji layihəsi çərçivəsində e-nəşrə hazırlanaraq yayımlanır.

Baxış sayı: 266
Yüklə: PDF yüklə
    


    
Lənkəranın mətbuat salnaməsi
Müəllif: Etibar Əhədov

İstedadlı müəllifin bu yeni kitabı Lənkəranın mətbuatının yaranma tarixi və inkişaf mərhələləri, media nümayəndələri, çap edilmiş qəzetlər haqqında müfəssəl məlumatlarla zəngindir. Kitabda "Leninçi", "Lənkəranın səsi", "Aşkarlıq", "Söz", "Məşəl" kimi qəzet və dərgilər haqqında maraqlı faktlar verilir.

Baxış sayı: 219
Yüklə: PDF yüklə
    


    
Kulturoloji layihə: Heydər Əliyevin Əbədi Mirası
Müəllif: Bələdçi

YYSİB-nin layihə fəaliyyətləri çərçivəsində hazırlanan rəqəmsal nəşrlərdə Ümummilli Lider Heydər Əliyevin gənc nəsillərə örnək olan ömür yoluna, siyasi-dövlətçilik fəaliyyətinə işıq salınır. Təqdim olunan silsilə elektron nəşrlər Azərbaycan Respublikasının Gənclər Fondunun qrant müsabiqəsi çərçivəsində maliyyə dəstəyi alan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin “Milli Konstitusiya və suveren Azərbaycan: Heydər Əliyevin yeni nəsil üçün əbədi mirası” adlı növbəti üçaylıq kulturoloji layihəsi çərçivəsində e-nəşrə hazırlanaraq yayımlanır.

Baxış sayı: 251
Yüklə: PDF yüklə
    


    
Qadın məlahətinin sirri
Müəllif: Allahverdi Eminov

Tanınmış yazıçı, alim, esseistin oxuculara təqdim olunan bu kitabı dünya ədəbiyyatında, elmində və publisistikasında hələ də “açıq” qalan mövzuya həsr edilmişdir: İlahidən Yer üzünə göndərilən qadın aləminin sehrli möcüzələri, təkrarsız məlahiyyəti, ilğım şəhvət hissi. Müəllif bu essesində bütövlükdə qadın məlahətindən irəli gələn vərdişlərinə, yataq həzinliyinə, ruhi – cismani məhəbbətinə toxunmaq istəmişdir. Fərdi yaradıcılıq psixologiyasından və bədii–elmi üslubundan qaynaqlanan təsvirləri, ricətləri oxucuların estetik tələbatlarına cavab verir, onlarda həyatsevərlik hissi aşılayır. Əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. P.S. Diqqqət: 18 yaşdan yuxarı oxucular üçün...

Baxış sayı: 204
Yüklə: PDF yüklə
    


    
Rəqqasə
Müəllif: Allahverdi Eminov

Tanınmış yazıçı, alim, esseistin "Seçilmiş əsərlər"inin I cildində oxuculara təqdim olunan yeni romanı yer alıb. Əsər sevgi və sənət dünyası haqqındadır. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 

Baxış sayı: 196
Yüklə: PDF yüklə
    


    
Ədəbi körpü. Ədəbi e-dərgi. 44-cü sayı
Müəllif: Səxavət İzzəti

Aylıq ədəbi e-dərgi. 44-cü sayı. Güney Azərbaycanda - İranda hazırlanan aylıq ədəbi elektron dərginin yeni sayında o taylı-bu taylı müxtəlif düşüncəli yaradıcı adamlarımızın ədəbi-bədii nümunələri toplanıb. E-dərgi Güney Azərbaycanda yayıma hazırlanıb: redaktoru və naşiri Səxavət İzzətidir.

Baxış sayı: 261
Yüklə: PDF yüklə
    


    
Ədəbi körpü. E-dərgi. 43-cü sayı
Müəllif: Səxavət İzzəti

Aylıq ədəbi e-dərgi. 43-cü sayı. Güney Azərbaycanda - İranda hazırlanan aylıq ədəbi elektron dərginin yeni sayında o taylı-bu taylı müxtəlif düşüncəli yaradıcı adamlarımızın ədəbi-bədii nümunələri toplanıb. E-dərgi Güney Azərbaycanda yayıma hazırlanıb: redaktoru və naşiri Səxavət İzzətidir.

Baxış sayı: 625
Yüklə: PDF yüklə
    


    
Söz. Ədəbi-mədəni dərgi. N 6
Müəllif: Bələdçi

Bu elektron nəşrlər Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı, www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın texniki-yaradıcı yardımı ilə icra edilən “Yeni Azərbaycan ədəbi-mədəni dərgiləri” kulturoloji-geoinnovativ layihə çərçivəsində nəşrə hazırlanıb və yayımlanır.

Baxış sayı: 358
Yüklə: PDF yüklə