Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

Axtarış sorğusu:

Axtarışa uyğun: 2446 nəticə tapıldı


    
Müharibə və məhəbbət
Müəllif: Ağaverdi Nəsirov (Ağa Aqil)

Bu kitab əslən Qubadlıdan olan istedadlı şairin oxucularla dördüncü görüşüdür. Kitab “Zəfər duyğuları”, “İkinci Qarabağ müharibəsindən öncə yaızılanlar” və “Poemalar” başlıqları altında toplanan üç böləmədən ibarətdir.

Baxış sayı: 713
Yüklə: PDF yüklə
    


    
Təmənnalı izdivac
Müəllif: Uilyam Somerst Moem

Kitabxana.net portalı Aygün Əzizin dünya ədəbiyyatının klassiki, görkəmli Böyük Britaniya yazıçısı Uilyam Somerset Moemin ingilis dilindən tərcümə etdiyi hekayələrini yeni bir elektron kitab formasında oxucularına kreativ ərməğan edir. 

Baxış sayı: 740
Yüklə: PDF yüklə
    


    
Abay Kunanbayev
Müəllif: Elman Quliyev

Görkəmli filoloq alimin qardaş Türkiyədə işıq üzü görmüş bu monoqrafiya-kitabı klassik qazax şairi, nasiri Abay Kunanbayevın anadan olmasının 175 illiyi ilə əlaqədar TÜRKSOY-un (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) sifarişi ilə hazırlanmışdır.

Baxış sayı: 722
Yüklə: PDF yüklə
    


    
Ədəbiyyatşünaslıq problemləri və onun təhlili məsələləri
Müəllif: Ülkər Baxşiyeva

İstedadlı gənc filoloq alimin bu monoqrafiyasında Azərbaycanın görkəmli Xalq Yazıçısı Mirzə İbrahimovun ədəbi-nəzəri görüşləri əsasında ədəbiyyatşünaslıq problemləri və onun təhlili məsələləri tədqiq olunur.

Baxış sayı: 725
Yüklə: PDF yüklə
    


    
Oyanan ruhlar
Müəllif: Ədalət Əroğlu

Məhsuldar şair, peşəkar hüquqşünas, tanınmış düşüncə adamı Ədalət Əroğlunun yaradıcılığında Qarabağ, vətən harayı poetik-bədii rənglərlə verilir. Qələmə aldığı lirik-poetik mövzular oxucu qəlbinə tez yol tapır. Bu topludada müəllifin vətənpərvərlik və lirik şeirləri toplanıb.

Baxış sayı: 718
Yüklə: PDF yüklə
    


    
Böyük Azərbaycanın mütəffəkkiri Nizami / Büyük Azerbaycan mütefekkiri Nizami
Müəllif: Bələdçi

Azərbaycan alimlərinin müştərək qələmə aldıqları tarixi-filoloji kitab. "Böyük Azərbaycanın mütəffəkkiri Nizami" / "Büyük Azerbaycan mütefekkiri Nizami" monoqrafiyası qardaş Türkiyədə, türk və Azərbaycan dilində işıq üzü görüb.

Baxış sayı: 725
Yüklə: PDF yüklə
    


    
Adil Cəmilin poeziyası
Müəllif: Vaqif İsaqoğlu

Monoqrafik kitabda istedadlı Azərbaycan şair-publisiti, tanınmış alim, "Ədəbiyyat qəzeti"nin baş redaktorunun birinci müavini Adil Cəmilin bədii-poetik yaradıcılığı araşdırılır, dövrümüzün humanitar-mədəni düşüncəsindəki yeri haqqında dəqiq fikirlər yer alıb.

Baxış sayı: 731
Yüklə: PDF yüklə
    


    
Vərəqlərin günahı
Müəllif: Xalidə Nuray

İstedadlı şairə Xalidə Nurayın yaradıcılığında haqqın-ədalətin səsi, vətən harayı bədii boyalarla verilir. Yanaşdığı mövzular poeziyasında oxucu qəlbinə rahat yol tapır. Bu kitabda müəllifin vətənpərvərlik və lirik şeirləri toplanıb.

Baxış sayı: 709
Yüklə: PDF yüklə
    


    
Buludlara səyahət
Müəllif: Nazilə Rahibqızı

Ədəbi prosesə lirik şeirlər balaca oxuculara ünvanlanmış əsərlər müəllifi kimi qoşulmuş istedadlı pedaqoq-şairənin bu yeni kitabı uşaq ədəbiyyatının maraqlı nümunələrini özündə cəmləyir. Uşaqlar üçün poetik və bədii nəsr əsərlərindən ibarət toplu.

Baxış sayı: 751
Yüklə: PDF yüklə
    


    
Dağlara sığınan Lüvəsər
Müəllif: Etibar Əhədov

Lənkəranın qədim yaşayış məskənləri silsiləsindən tanınmış yazıçı-araşdırmaçı Hacı Etibar Əhədovun növbəti olduqca maraqlı elmi-kütləvi kitabı.

Baxış sayı: 732
Yüklə: PDF yüklə
    


    
Anama layla
Müəllif: Adil Cəmil

Tanınmış istedadlı şair-publisist, Manasşünas alimin öz doğma anasına, eləcə də Vətənə, xalqa, Qarabağa - Kəlbəcərə həsr etdiyi lirik-fəlsəfi şeirlər kitabı.

Baxış sayı: 715
Yüklə: PDF yüklə
    


    
Vətən müharibəsi və Vətəni yaşadanlar…
Müəllif: Camal Zeynaloğlu

Kitab II Qarabağ - Vətən müharibəsinin başlanması və ilkin səbəbləri, 44 günlük Vətən müharibəsinin xronologiyası, bu savaşda xüsusi qəhrəmanlıq, şücaətlər göstərmiş Xüsusi Təyinatlı Qüvvələrin igidləri, şəhid və qaziləri, Milli Ordunun qəhrəman əsgərləri haqqındadır.

Baxış sayı: 717
Yüklə: PDF yüklə
    


    
İgidlik zirvəsi
Müəllif: Gülayə Könül (Rzayeva)

Kitabça Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qayğı və Himayə” Xeyriyyə Fondu tərəfindən həyata keçirilən vətənpərvərlik layihəsi çərçivəsində hazırlanıb

Baxış sayı: 727
Yüklə: PDF yüklə
    


    
Gənclərin iqtisadi - əmək fəaliyyətinin əsasları
Müəllif: Bələdçi

Kitabça Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Valideyin Himayəsindən Məhrum Olan Uşaq və Gənclərə Yardım” İB-nin "İlk dəfə əmək fəaliyyətinə başlayacaq region gəncləri üçün peşəyönümü məlumat-məsləhət xidmətinin yaradılması" layihəsi çərçivəsində nəşr edilmişdir.

Baxış sayı: 726
Yüklə: PDF yüklə
    


    
Heydər Əliyev və mədəni irs. Heydar Aliyev and Cultural Heritage
Müəllif: Bələdçi

Azərbaycan və İngilis dilində materialları verilmiş bu dəyərli kitabda Ömummilli Lider, Azərbaycan tarixinin görkəmli nümayəndəsi Heydər Əliyevin milli mədəni irsin böyük hamisi və dayağı kimi dünya oxucularına təqdim olunur. Milli kulturoloji proseslərin rəhbərliyinbdə duran Heydər Əliyev XX əsr tarixinin əsas görkəmli siması kimi göstərilir.

Baxış sayı: 718
Yüklə: PDF yüklə