Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

İtkin arzular

Müəllif:

Dərya Qılıc


Kateqoriya:

Çağdaş ədəbiyyat



Qısa Təsvir:

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, istedadlı yazıçı-publisist Dərya Qılıcın (Nailə Bahadır qızı Qılıcova) növbəti oxunaqlı bədii nəsr əsəri - romanı: e-kitabı. Tanınmış xanım nasir “Qəmli səadət”, “Cəhənnəmə gedən yol”, “Dağlardan gələn səda”, “Tale yolları”, “İtkin arzular”, “Bir qapılı iki məhəllə”, “Daşa dönmüş ürək”, "Cinayət və məhəbbət", "Kəhrəba bıçaq”, “Povest və hekayələr “, "Uşaq hekayələri” və b. kitablarının müəllifidir. Müəllifin dörd romanı audiokitab formatında işıq üzü görüb. “Qızıl Qələm” Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Dünya Şair və Yazıçılar İttifaqının keçirdiyi müsabiqənin qalibidir.


Baxış sayı: 198
    
    


Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi


www.kitabxana.net


Mir Cəlal Paşayev adına


 Milli Virtual Kitabxananın təqdimatında


“Çağdaş Azərbaycan bədii nəsri”


Bədii e-kitablar seriyası. Elektron kitab N 19 (17 - 2025)



Bu elektron nəşrlər Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı, www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın texniki-yaradıcı yardımıyla icra edilən “Çağdaş Azərbaycan bədii nəsri” mövzusunda kreativ layihəsi  çərçivəsində hazırlanaraq yayımlanır.



Kreativ-bədii layihənin maliyyələşdirən qurum: YYSİB



Silsiləyə daxil edilən elektron nəşrləri buradan izləyin:


https://kitabxana.net


Rəsmi FB səhifəmiz:


  https://www.facebook.com/groups/kitabxana



Dərya Qılınc


 

İtkin arzular



Roman



Bədii nəsr kitabı


 

Bakı - YYSİB – 2025



Elektron kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb. YYSİB - 2025


Milli Virtual-Elektron Kitabxananın e-nəşri


Virtual redaktoru və e-nəşrə hazırlayanı: 



Aydın Xan Əbilov, yazıçı-kulturoloq, Prezident təqaüdçüsü




Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, istedadlı yazıçı-publisist Dərya Qılıcın (Nailə Bahadır qızı Qılıcova) növbəti oxunaqlı bədii nəsr əsəri - romanı: e-kitabı. Tanınmış xanım nasir “Qəmli səadət”, “Cəhənnəmə gedən yol”, “Dağlardan gələn səda”, “Tale yolları”, “İtkin arzular”, “Bir qapılı iki məhəllə”, “Daşa dönmüş ürək”, "Cinayət və məhəbbət", "Kəhrəba bıçaq”, “Povest və hekayələr “, "Uşaq hekayələri” və b. kitablarının müəllifidir. Müəllifin dörd romanı audiokitab formatında işıq üzü görüb. “Qızıl Qələm” Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Dünya Şair və Yazıçılar İttifaqının keçirdiyi müsabiqənin qalibidir.



ÖN SÖZ

 

    “İtkin arzular” adlı roman Dərya Qılıc - Nailə Bahadır qızı Qılıcovanın silsilə əsərlərindən sayca beşinçisidir. Klassik roman üslubunda yazılmış bu əsəri oxuyub çox bəyəndim. Əsər haqqında fikrimi deməzdən əvvəl bir haşiyə çıxıb, qısaca kitab oxumağın faydasından danışmaq istəyirəm. Oxumaq insanın daxili aləmini zənginləşdirməklə yanaşı, alimlərin gəldiyi qənatə görə, insanın ömrünü uzadır və beyin hüçeyrələrinin qocalmağının qarşısını alır.

Elə bu əsəri oxuyanda düşündüm ki, niyə kitab öxumaq insanın daxili aləmini zənginləşdirir?! Çünki əslində həyatda nə tam müsbət, nə də tam mənfi insan var. İnsanların yaxşı və pis cəhətləri var. Lakin əsərlər yazılanda müəllif müsbət obrazlar haqqında danışarkən, əksər vaxt yalnız xoş əməllərini yazır.

Bunu oxuyan oxucu istər-istəməz özünü həmin insana bənzədərək, daxilində olan bütün pislikləri atmaq istəyir. Kitabı bitirənədək daxili ələmi saflaşır durulur. Mənfi obrazara isə nifrət yaranır. Oxucu uzun müddət həmin qəhrəmanı nifrətlə xatırlayır.

Doğrudan da bu əsəri oxuyarkən müəllifin yarartmış olduğu müsbət və mənfi obrazlara qarşıoxuçuda fikirlər formalaşır. Əsər ailə- məişət movzusunda qələmə alınıb. Dramatik, həyəcanverici hadisələrlərlə zəngin olan əsər tərbiyəvi missiya daşıyir. Vətənpərvərlik, el-obaya, torpağa bağlılıq ön plandadır.

Bu romanı qələmə almaqla müəllif, əsrimizin bəlasına çevrilmiş uyuşdurucu alüdəçilərindən və bu maddələri yayıb minlərlə ailələrə bədbəxtlik gətirən, insanlığını, şərəfini, vicdanını itirmiş pul hərislərindən bəhs etmişdi. Əsər ağır bir mövzudan bəhs etsə də, məhəbbət motivləri altında qələmə alındığı üçün öxucunu özünə cəlb edir.

Qarabağ uğrundə gedən müharibə zamanı həyat yoldaşını itirmiş qadının min bir əzabla böyüdüb, boya-başa yetirdiyi oğlunun acı taleyi oxucunu təsir altına salır. Əslində ağıllı, savadlı, düzgün aqidəli Asif adlı oğlan, qumarbaz, acgöz, pula görə hər şeyini satmağa hazır olan cinayətkar bir dəstənin qurduğu tələyə düşür. Hansı ki bu dəstənin üzvüləri Azərbaycan oğlanlarını işləmək adı ilə ölkədən cıxarıb, pis yollara çəlb edirlər.

Vətənindən, ailəsindən ayrı düşmüşmüş bu yeniyetmələr çarəsizlikdən belə adamların əlində oyuncağa çevrilib məhv olurlar. Belə gənclər zamanla düşdükləri bataqlıqdan çıxmaq əvəzinə daha da bir heçə dönüb itib-batırlar. Müəllif bilərəkdən hadisələri dramatikləşdirir. Bununla oxucusunu əsərin orbitinə salıb, hadisələrin iştirakçısına çevirir.

Demək olar ki, həyatı məhv olmuş Asif düşdüyü vəziyyətdən çıxmaq üçün çarə axtarır. Bu zaman həmin dəstənin üzvü olan Nəsib tərəfindən yeni bir bataqlığa sürüklənir. O, Nəsibin məsləhəti ilə varlı ailənin qızı olan Şəhlanı sevgisinə inandıraraq, oyuna gətirir. Lakin safliğı, təmizliyi kökündən gələn oğlan son anda Şəhlanı ələ vermir.

Məhəbbətinə ürəkdən inanmış olan qızı xilas etmək üçün öz həyatını təhlükəyə atır. Asifin ailəsinə düşdükdən sonra hər şeyi anlayan Şəhlə oğlanın anasına yazığı gəldiyi üçün onu xilas etməyə çalışır. Bu işdə ona təsadüfən rastlaşdıqları Emin yardımçı olur. Emin Şəhlanı dəlicəsinə sevsə də hər şeyə rəğmən Asifə kömək edir O, atasının vasitəsi ilə uzun sürən əməliyyatdan sonra oğlanı quldurların cəngindən azad edir.

Müəllif vətənə bağlılıq hissini qabarıq şəkildə verməklə gənclərə vətənpərvərlik hissi aşılayır. Onları torpağa, el-obaya bağlamağa çalışır. Nailə xanım Şəhla obrazını yaratmaqla qızlarda özbaşınalığın onlara gətirdiyi bədbəxliyi oxuçuya məharətlə çatdırmşdı. Müəllifin bu əsəri qələmə almaqda amalı gəncləri pis yoldan yayındırmaq, qızlarımızı gələcəyə ayıq gözlə baxmağa səsləmək dir.

Əsərdə ən gərgin hadisələr gənclərin ülvi məhəbbətindən bəhs edilərək çərayan edir. Elə bu da əsərə rəng qataraq məna verir. Kitab sadə, oxunaqlı dildə yazılıb. Oxucu təsir altına düşüb, maraqla hadisələrin sonunu gözləyir.

Müəllifi ürəkdən təbrik edib, ona yeni-yeni yaradıcılıq uğurları diləyirəm. Arzu edirəm “İtkin arzular” adlı bu əsər müəllifin bundan əvvəl ərsəyə gətirdiyi, “Cəhənnəmə gedən yol”, “Dağlardan gələn səda”, “Qəmli Səadət”, “Tale yolları” əsərləri kimi geniş oxucu kütləsi toplayıb sevilsin. 

 

                             AZƏR KƏRİMOV,


Texnika Elmləri Doktoru, professor,

Çexiyya Azərbaycan Mədəni Əlaqələr Mərkəzinin sədri,

Beynəlxalq Diaspor Mərkəzinin Avropa təmsilçisi.  




Müəllifin digər elektron kitabları burada:


https://kitabxana.net/author.php?author=959


DİQQƏT!


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.