Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Tənha çiçək

Müəllif:

Rəna Qurbanlı - Qılıcova


Kateqoriya:

Çağdaş ədəbiyyat



Qısa Təsvir:

Azərbaycan ədəbiyyatının məhsuldar nümayəndəsinin növbəti - yeni elektron kitabı. İstedadlı müəllifin indiyə qədər 10 poeziya kitabı - “Hər ömürdən bircə gün”, “Yaralı məhəbbət”, “Tənha çiçək”, “Yuxumda gördüyüm ev”, “Qəlbimdən qopan incilər”, “Zəhərli tikan”, “Ana ürəyi”, “44 günün sədası”, “Sülh istəyirik”, “Sirli ölüm” adlı şeirlər və poemalardan ibarət toplusu işıq üzü görüb. Bu kitabında müxtəlif səpkili epik-lirik əsərləri, 3 poeması toplanıb. Ailə-məişət, mənəviyyat-əxlaq, müxtəlif insanların sevgi aləmi, insanlara sayığı, həyata maraq, detektiv olaylar kimi məsələlər bu poemaların əsas mövzusudur. Müəllifin özünəxas poetik üslubu, maraqlı dəst-xətti, oxunaqlı forma və məzmun rəngarəngliyi, fərqli deyim tərzi, ifadə zənginliyi bu kitabda da əks olunub.


Baxış sayı: 193
    
    


Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi


www.kitabxana.net


Mir Cəlal Paşayev adına


 Milli Virtual Kitabxananın təqdimatında


“Çağdaş Azərbaycan poeziyası”


Bədii-poetik e-kitablar seriyası. Elektron kitab N 16 (09 - 2025)



Bu elektron nəşrlər Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı, www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın texniki-yaradıcı yardımıyla icra edilən “Çağdaş Azərbaycan poeziyası” mövzusunda kreativ-poetik layihəsi  çərçivəsində hazırlanaraq yayımlanır.



Kreativ-bədii layihənin maliyyələşdirən qurum: YYSİB



Silsiləyə daxil edilən elektron nəşrləri buradan izləyin:


https://kitabxana.net


Rəsmi FB səhifəmiz:


https://www.facebook.com/groups/kitabxana




Rəna Qurbanlı - Qılıcova


 

Tənha çiçək



Poemalar kitabı



Elektron kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb. Bakı - YYSİB - 2025


Milli Virtual-Elektron Kitabxananın e-nəşri


Virtual redaktoru və e-nəşrə hazırlayanı: 



Aydın Xan Əbilov, yazıçı-kulturoloq, Prezident təqaüdçüsü



Azərbaycan ədəbiyyatının məhsuldar nümayəndəsinin növbəti - yeni elektron kitabı. İstedadlı müəllifin indiyə qədər 10 poeziya kitabı - “Hər ömürdən bircə gün”, “Yaralı məhəbbət”, “Tənha çiçək”, “Yuxumda gördüyüm ev”, “Qəlbimdən qopan incilər”, “Zəhərli tikan”, “Ana ürəyi”, “44 günün sədası”, “Sülh istəyirik”, “Sirli ölüm” adlı şeirlər və poemalardan ibarət toplusu işıq üzü görüb. Bu kitabında müxtəlif səpkili epik-lirik əsərləri, 3 poeması toplanıb. Ailə-məişət, mənəviyyat-əxlaq, müxtəlif insanların sevgi aləmi, insanlara sayığı, həyata maraq, detektiv olaylar kimi məsələlər bu poemaların əsas mövzusudur. Müəllifin özünəxas poetik üslubu, maraqlı dəst-xətti, oxunaqlı forma və məzmun rəngarəngliyi, fərqli deyim tərzi, ifadə zənginliyi bu kitabda da əks olunub.


ÖN SÖZ

 

  “Tənha çiçək” tanınmış şairə Rəna Qurbanlı - Qılıcovanın sayca üçüncü kitabıdır. Kitab klassik poema üslubunda qələmə alınsa da, poemalarda yeni meyllər özünü göstərir.

Rəna xanım əsərlərində müasir dünyamızda baş verən hadisələri oxucularına məharətlə çatdırmaqla yanaşı, onları təsir və həyəcan altında saxlamaqla, poemasına maraq və rəng qata bilmişdi. Kəskin dramatik hadisələrlə zəngin olan poemalarının hər birində dolğun obrazlar yaratmağa müvəffəq olan müəllif ədəbi təhkiyə ilə oxucularını arxası ilə apararaq az qala hadisələrin canlı şahidinə çevirə bilmişdir.

Rəna xanım “Tənha çiçək” poemasında ilk oxu daşa dəymiş qızın ağır həyat yolunda baş verənlərə ürək ağrısı ilə toxunmaqla bütün qadınların həyat yolunda rastlaşdığı tənhalığın məşəqqətindən bəhs etmişdir.

“Məzar daşları” poeması iki oğul övladını itirmiş ananın çəkdiyi iztirabları, ağır günlərini göstərməklə yanaşı, anaların başqa övladının xatirinə özlərini toplayıb yenidən ayaqları üzərində durmağı bacarmağından bəhs etmişdir. Müəllif poemasında qadınların hər zaman rastlaşdığı çətinliklərə nəzər salıb, onların dərdini öz sadə, şirin və axıcı qafiyələri oxucularına çatdırmağı bacarmışdır.

“Xətasız qul olmaz” poemasında məhəbbət üzərində qurulmuş müqəddəs, təmiz, saf bir ailənin az qala xəyanətin qurbanı olacağından bəhs etməklə ailə dramlarını tərənnüm etməyə nail olmuşdur.

Ümidvaram ki, Rəna xanım bu kitabda da “Hər ömürdən bircə gün”, “Yaralı məhəbbət” və başqa kitabı qədər çoxsaylı oxucular tərəfindən seviləcək. Rəna xanıma yeni yaradıcılıq uğurları arzulayıram...

  

Azər Kərimov,

Texnika elmləri doktoru, professor,

Çexiya-Azərbaycan Mədəni

 Əlaqələr Mərkəzinin sədri,

Beynəlxalq Diaspor Mərkəzinin Avropa təmsilçisi 




Müəllifin digər elektron kitabları burada:


https://kitabxana.net/author.php?author=961




Həyat eşqini poeziyaya çevirən


Şairə-publisit Rəna Qurbanlı (Qılıcova):

məhsuldar yaradıcılığı və kövrək şeirləri


Şairə-publisist Rəna Bahadur qızı Qurbanlı (Qılıcova) 1960-cı ildə, iyunun 26-da Sumqayıt şəhərində anadan olub. 1977-ci ildə Tovuz rayonunda Puşkin adına orta məktəbi bitirib. Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub, 1994-cü ildə oranın bitirib.

Hələ erkən yaşlarından sözə, ədəbiyyata meyl edən Raəna xanım son illər fəal ədəbi prosesə qoşularaq aktiv poetik-ədəbi fəaliyyəti ilə oxucuların marağını öz yaradıcılığına yönəldə bilib.

Şairənin indiyə qədər 10 kitabı işıq üzü görüb, çoxsaylı poetik-publisitik yazıları İnternet saytlarında, dövrü mətbuatda, ədəbiyyat jurnallarında verilib.

Xanım şairənin “Hər ömürdən bircə gün”, “Yaralı məhəbbət”, “Tənha çiçək”, “Yuxumda gördüyüm ev”, “Qəlbimdən qopan incilər”, “Zəhərli tikan”, “Ana ürəyi”, “44 günün sədası”, “Sülh istəyirik”, “Sirli ölüm” topluları ədəbiyyat həvəskarlarının, poeziya sevər oxucuların diqqətini cəlb edib.

Rəna xanımın poeziyası sənət adamlarının da marağını kəsb edib: onun 3 şerinə mahnı bəstələnib. “Atilla torpağı” (tanınmış sənətçi Şəmistan Əlizamanlının ifasında), “Gözəl xanımsan” və “Ömür yolumuz” (istedadlı ifaçı Ülvi Qılıçın ifasında) şahnıları dinləyicilərin könlünü oxşayıb.

Yazıçı-araşdırmaçı Vaqif İsaqoğlu tərəfindən Rəna Qurbanlı haqqında “Rəna Qurbanlının söz dünyası” adlı araşdırma kitab qələmə alınıb. Bu ədəbi-publisitik araşdırmada şairənin sənət-poeziya dünyasına ekskurs edilir, onun həyatı və yaradıcılığı tədqiq edilir.

Müəllifin müxtəlif səpkili şeirləri “Zirvə”, “Vətən”, “Canım Azərbaycanım”, “Buta”, “Şərqin səsi”, “Xarıbülbül” və s. ədəbi məcmuələrdə, bir sıra qəzet və jurnallarda dərc olunub.

Rəna Qurbanlı (Qılıcova) həm də ictimai-mədəni aktivliyi ilə seçilir. O, Azərbaycan Yazıçılar Birliyinin, Dünya Şairlər və Yazıçılar İttifaqının, eləcə də Dünya Jurnalistlər Birliyinin üzvüdür. Şairə-publisit yaradıcılıq uğurlarına görə bir neçə dəfə Fəxri fərman və mükafatlarla təltif olunub, “Qızıl Qələm” mükafatına layıq görülüb, həmçinin, Prezident təqaüdçüsüdür.

Aliləlidir, 3 övladı var.

Ayxan – Hidayət Əbilli



DİQQƏT!


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.