Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Tale yolları

Müəllif:

Dərya Qılıc


Kateqoriya:

Çağdaş ədəbiyyat



Qısa Təsvir:

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, istedadlı yazıçı-publisist Dərya Qılıcın (Nailə Bahadır qızı Qılıcova) yeni elektron - oxunaqlı bədii nəsr əsərlərindən ibarət kitabı. Tanınmış yazıçı “Qəmli səadət”, “Cəhənnəmə gedən yol”, “Dağlardan gələn səda”, “Tale yolları”, “İtkin arzular”, “Bir qapılı iki məhəllə”, “Daşa dönmüş ürək”, "Cinayət və məhəbbət", "Kəhrəba bıçaq”, “Povest və hekayələr “, "Uşaq hekayələri” və b. kitablarının müəllifidir. Müəllifin dörd romanı audiokitab formatında işıq üzü görüb. “Qızıl Qələm” Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Dünya Şair və Yazıçılar İttifaqının keçirdiyi müsabiqənin qalibidir.


Baxış sayı: 736
    
    


Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi


www.kitabxana.net


Mir Cəlal Paşayev adına


 Milli Virtual Kitabxananın təqdimatında


“Çağdaş Azərbaycan bədii nəsri”


Bədii e-kitablar seriyası. Elektron kitab N 13 (15 - 2025)



Bu elektron nəşrlər Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı, www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın texniki-yaradıcı yardımıyla icra edilən “Çağdaş Azərbaycan bədii nəsri” mövzusunda kreativ layihəsi  çərçivəsində hazırlanaraq yayımlanır.



Kreativ-bədii layihənin maliyyələşdirən qurum: YYSİB



Silsiləyə daxil edilən elektron nəşrləri buradan izləyin:


https://kitabxana.net


Rəsmi FB səhifəmiz:


  https://www.facebook.com/groups/kitabxana



Dərya Qılınc


 

Tale yolları



Bədii nəsr kitabı


 

Bakı - YYSİB – 2025



Elektron kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb. YYSİB - 2025


Milli Virtual-Elektron Kitabxananın e-nəşri


Virtual redaktoru və e-nəşrə hazırlayanı: 



Aydın Xan Əbilov, yazıçı-kulturoloq, Prezident təqaüdçüsü




Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, istedadlı yazıçı-publisist Dərya Qılıcın (Nailə Bahadır qızı Qılıcova) yeni elektron - oxunaqlı bədii nəsr əsərlərindən ibarət kitabı. Tanınmış yazıçı “Qəmli səadət”, “Cəhənnəmə gedən yol”, “Dağlardan gələn səda”, “Tale yolları”, “İtkin arzular”, “Bir qapılı iki məhəllə”, “Daşa dönmüş ürək”, "Cinayət və məhəbbət", "Kəhrəba bıçaq”, “Povest və hekayələr “, "Uşaq hekayələri” və b. kitablarının müəllifidir. Müəllifin dörd romanı audiokitab formatında işıq üzü görüb. “Qızıl Qələm” Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Dünya Şair və Yazıçılar İttifaqının keçirdiyi müsabiqənin qalibidir.



ÖN SÖZ

 

    “Tale yolları” romanı Dərya Qılıc - Nailə Bahadır qızı Qılıcovanın sayca altıncı kitabıdır. Əsər ənənəvi roman üslubunda yazılıb. Roman klassik dramatik hadisələrlə zəngindir. Bu irihəcmli bədii nəsr nümunəsi qələmə almaqda müəllifin məqsədi xalqımızın qarşılaşdığı erməni işğalından bəhs etməkdir. Nailə xanım dövrümüzün fəlakətini ürək yanğısı ilə qələmə almışdır. O, əsasən, qaçqınlıq həyatını yaşamış şahidlərin ifadəsinə istinad etmişdir. Xocalının işğalını və işğal zamanı xocalıların qarşılaşdığı müsibətləri hər vəcdlə oxucularına çatdırmaq istəsə də  Azərbaycan nitq hissəsində mənfur qonşularımızın törətdiyi vəhşilikləri ifadə etmək üçün söz yoxdur - demişdir. Onların törətdiyi müsibətlərini dillə anlatmaq çox çətindir desə də, müəllif erməni vandallarının  qəddarlığını, acgözlüyünü,  zülmkarlığını,  vəhşiliyini oxuculara göstərə bilmişdir. Əsər Xocalı əhalisinin müharibədən əvvəlki xoş güzaranının təsviri ilə başlamışdır. Zəhmətkeş xalqın öz dədə-baba torpaqlarında keçirdiyi dinc, sakit həyat tərzini göstərmiş və işğalçı başqasının torpaqlarına göz dikən ermənilərin onların həyatına gətirdiyi bəladan söz açmışdır. Müəllif əsərin süjet xəttini Xocalıdan olan iki gəncin məhəbbəti üzərində  qurub, bəlkə də tarixdə görünməmiş bu müharibənin gənclərin taleyinə gətirdiyi müsibətdən bəhs etmişdi. O, bilərəkdən oxucusunu intizarda qoyur, hadisələrin iştirakçısına çevirir. Azərbaycan xalqının qan yaddaşından heç vaxt silinməyəcək  bu müharibənin gətirdiyi müsübəti öz qəlbinin süzgəcindən keçirərək  və yenidən bir də yaşayaraq  canlandırmışdı. Yazıçı otuz ilə yaxın bir dövürdə ağır günlər yaşamış, torpaqları işğal altında olan əzilmiş bir xalqın dərdindən bəhs etsə də oxucusunu yormamaq üçün ağrı-acını həyatın əsas meyarı olan məhəbbət motivləri əsasında qələmə almışdı. Hələ Xocalıda ikən bir-birini ülvi məhəbbətlə sevən Vüsal və Nərmin adlı iki gənc müharibənin törətdiyi fəsadlara görə amansız bir tale ilə üzbəüz qalmalı olub, ömürlərinin gözəl vaxtinda   həyatın ən ağır günlərini yaşamalı olurlar.

 Söhbət onların Xocalıdan qaçıb Bakıya gəldikdən sonrakı taleyindən gedir. Dövlətinə, vətəninnə sadiq olan oğlan işlə bağlı ölkəni tərk etməli olur. Bu zaman  fürsətdən istifadə edən Nərminin uzaq qohumu qızı öz məqsədi üçün ələ keçirməyə calışır. Vüsala yalan sözlər deyərək Nərmindən uzaqlaşdırır.

 Təkbaşına,  ata-anasını, qardaşlarını, əzizlərini itirmiş qız çarəsizlikdən yeni doğulan ovladından imtina edir. Əsərin ən ağır məqamları buradan başlayır. Nərmin amansız bir həyat yaşamalı olur. Özünə gələn kimi uşağını axtamağa başlayır. Uzun çətinliklərdən sonra övladını tapıb sahib cıxır. Gənclər yenidən qovuşur. Müəllif onları qovuşdurmaqla ülvi, saf məhəbbətin gec və ya tez  zamanın cətinliklərinə qalib gələcəyini göstərir. Əsərdə müxtəlif mənfi və müsbət obrazlar yer alıb. Nailə xanım daim yaxşının qələbə qazanmasına nail olmağa çalışır. Bununla oxucusunu da yaxşı olmağa sələyir. Əsər sadə və oxunaqlı dillə qələmə alınıb.

 Əsrlər keçəcək, qərinələr ötəcək Azərbaycan xalqı keçirdiyi bu acı günləri unutmayacaq. İşğaldan bəhs edən əsərlər, eləcə də Nailə xanımın qələmə aldığı “Tale yolları” romanı daim xalqın qan yaddaşını təzələyəcək. Yer üzündə erməni kimi işğalçı, acgöz, yalahürən, başqasının torpağına gözdikən bir xalqın varlığını   xatırladacaq.

   Müəllifə uğular diləyirəm.“Tale yolları” adlı bu romanın da digər - “Qəmli Səadət”, “Cəhənnəmə gedən yol”, “Dağlardın sədasi”, “Bir qapılı iki məhlə” , “İtkin arzular “ adlı romanları kimi oxucu rəğbəti qazanmağını arzu edirəm.

 

                             Mehman Rasimoğlu 


  Azərbaycan Yazıcılar Birliyinin üzvü,

Prezident təqaüdçüsü. “Qızıl Qələm”

 və “Nəsimi” poeziya diplomu mükafa  




Müəllifin digər elektron kitabları burada:


https://kitabxana.net/author.php?author=959


DİQQƏT!


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.