Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Yuxumda gördüyüm ev

Müəllif:

Rəna Qurbanlı Qılıcova


Kateqoriya:

Çağdaş ədəbiyyat



Qısa Təsvir:

Müasir Azərbaycan ədəbiyyatının istedadlı imza sahibinin yeni elektron kitabı. Müəllifin indiyə qədər 10 toplusu -  “Hər ömürdən bircə gün”, “Yaralı məhəbbət”, “Tənha çiçək”, “Yuxumda gördüyüm ev”, “Qəlbimdən qopan incilər”, “Zəhərli tikan”, “Ana ürəyi”, “44 günün sədası”, “Sülh istəyirik”, “Sirli ölüm” adlı kitabları işıq üzü görüb. Bu kitabında müxtəlif səpkili lirik-epik əsəri - poemaları toplanıb. Uşaqlıq, yuxu ilə reallıq arasındakı təzadlar, insana sayığı, həyata sevgi kimi duyğular bu əsərlərin əsas mövzusudur. Müəllifin özünəxas poetik üslubu, maraqlı dəst-xətti, oxunaqlı forma və məzmun rəngarəngliyo, fərqli deyim tərzi, ifadə zənginliyi bu kitabda da əks olunub.


Baxış sayı: 705
    
    


Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi


www.kitabxana.net


Mir Cəlal Paşayev adına


 Milli Virtual Kitabxananın təqdimatında


“Çağdaş Azərbaycan poeziyası”


Bədii-poetik e-kitablar seriyası. Elektron kitab N 08 (05 - 2025)



Bu elektron nəşrlər Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı, www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın texniki-yaradıcı yardımıyla icra edilən “Çağdaş Azərbaycan poeziyası” mövzusunda kreativ-ədəbi layihəsi  çərçivəsində hazırlanaraq yayımlanır.



Kreativ-bədii layihənin maliyyələşdirən qurum: YYSİB



Silsiləyə daxil edilən elektron nəşrləri buradan izləyin:


https://kitabxana.net


Rəsmi FB səhifəmiz:


  https://www.facebook.com/groups/kitabxana




Rəna Qurbanlı - Qılıcova


 

Yuxuda gördüyüm ev



Poemalar kitabı



Elektron kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb. Bakı - YYSİB - 2025


Milli Virtual-Elektron Kitabxananın e-nəşri


Virtual redaktoru və e-nəşrə hazırlayanı: 



Aydın Xan Əbilov, yazıçı-kulturoloq, Prezident təqaüdçüsü




Müasir Azərbaycan ədəbiyyatının istedadlı imza sahibinin yeni elektron kitabı. Müəllifin indiyə qədər 10 toplusu -  “Hər ömürdən bircə gün”, “Yaralı məhəbbət”, “Tənha çiçək”, “Yuxumda gördüyüm ev”, “Qəlbimdən qopan incilər”, “Zəhərli tikan”, “Ana ürəyi”, “44 günün sədası”, “Sülh istəyirik”, “Sirli ölüm” adlı kitabları işıq üzü görüb. Bu kitabında müxtəlif səpkili lirik-epik əsəri - poemaları toplanıb. Uşaqlıq, yuxu ilə reallıq arasındakı təzadlar, insana sayığı, həyata sevgi kimi duyğular bu əsərlərin əsas mövzusudur. Müəllifin özünəxas poetik üslubu, maraqlı dəst-xətti, oxunaqlı forma və məzmun rəngarəngliyo, fərqli deyim tərzi, ifadə zənginliyi bu kitabda da əks olunub.



ÖN SÖZ


“Yuxumda gördüyüm” ev adlı poeması ilə dördüncü dəfə oxucuları ilə görüşə gəlmişdir. Sadə, o axıcı və şirin dillə yazdığı poemalarında əsasən illərdən bəri gördüyü, eşitdiyi və müşahidə etdiyi hadisələrdən bəhs etmişdir. Şairə müxtəlif maraqlı mövzular hərarətlə qələmə almışdır. O, yaratdığı obrazları oxucuya müsbət və mənfi xüsusiyyətləri ilə təqdim etmişdi. Bununla da enişli-yoxuşlu dünyamızın bitib tükənməyən hadisələrini, eyni zamanda mənfi və müsbət insanlarını oxucusuna çatdırmağa cəhd etmişdir. Rəna xanımın misralarında qadın ürəyinin hərarəti, nəfəsi duyulur. Müəllif bu kitabda üç poema qələmə almışdır. Onların hər birində müxtəlif mövzulara toxunmuşdur.

"Yuxumda gördüyüm ev" poemasında insanların illərdən bəri sirr olaraq qalan yuxu dünyasına baş çəkmişdir. Bu elə dünyadir ki, onun nə zamanı, nə makanı, nə də aqibəti haqqında heç kim ağıla sığan bir söz söyləmək iqtidarında deyil. Rəna xanım poemasında Elşən adlandırdığı qəhrəmanının yuxusunu reallaşdırmaqla oxucusunu da bu sirli dünyaya aparmaqla onda böyük maraq oyada bilib. Bütün hadisələr bu sirli yuxunun təsiri altında davam edir.

Şairənin «Vahiməli gecə» adlandırdığı ikinci poemasında ta qədimdən bəri bəşəriyyətin qarşılaşdığı cinayət və cəzanın insanlara gətirdiyi bəlanın əzabından bəhs etmişdir. Başqasının var-dövlatinə, puluna göz tikənlərin vəhşiliyini göstərməklə yanaşı, Namaz obrazını yaratmaqla, insanlığın, saflığın çaldığı ədaləti göstərə bilmişdi. Poema müxtəlif maraqlı hadisələrlə zəngindir.

Kitabdakı üçüncü poema «Övlad yarası» adlanır. Rəna xanım bu poemanı qələmə almaqla övladını itirən bütün anaların parçalanmış ürəyinin harayından bəhs etmişdir. Poemada istər ailə-məişət məsələləri, istərsə təbiət təsvirləri sadə və şirin dillə qələmə alınmışdır. Poemaların hər üçü dramatik hadisələr və maraqlı obrazlarla zəngindir. Oxucunu cəlb edə bilən sujet xətti və özünə məxsus poeziyası ilə kitab bundan əvvəlki kitablar kimi geniş oxucu kütləsinin marağına səbəb olacağına inanaraq şairə xanıma yeni yaradıcılıq uğurları arzulayıram.


Azər Kərimov,


Texnika elmləri doktoru, professor,

Çexiya-Azərbaycan Mədəni Əlaqələr Mərkəzinin sədri,

Beynəlxalq Diaspor Mərkəzinin Avropa təmsilçisi 



Müəllifin digər elektron kitabları burada:


https://kitabxana.net/author.php?author=961




Həyat eşqini poeziyaya çevirən


Şairə-publisit Rəna Qurbanlı (Qılıcova):

məhsuldar yaradıcılığı və kövrək şeirləri


Şairə-publisist Rəna Bahadur qızı Qurbanlı (Qılıcova) 1960-cı ildə, iyunun 26-da Sumqayıt şəhərində anadan olub. 1977-ci ildə Tovuz rayonunda Puşkin adına orta məktəbi bitirib. Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub, 1994-cü ildə oranın bitirib.

Hələ erkən yaşlarından sözə, ədəbiyyata meyl edən Raəna xanım son illər fəal ədəbi prosesə qoşularaq aktiv poetik-ədəbi fəaliyyəti ilə oxucuların marağını öz yaradıcılığına yönəldə bilib.

Şairənin indiyə qədər 10 kitabı işıq üzü görüb, çoxsaylı poetik-publisitik yazıları İnternet saytlarında, dövrü mətbuatda, ədəbiyyat jurnallarında verilib.

Xanım şairənin “Hər ömürdən bircə gün”, “Yaralı məhəbbət”, “Tənha çiçək”, “Yuxumda gördüyüm ev”, “Qəlbimdən qopan incilər”, “Zəhərli tikan”, “Ana ürəyi”, “44 günün sədası”, “Sülh istəyirik”, “Sirli ölüm” topluları ədəbiyyat həvəskarlarının, poeziya sevər oxucuların diqqətini cəlb edib.

Rəna xanımın poeziyası sənət adamlarının da marağını kəsb edib: onun 3 şerinə mahnı bəstələnib. “Atilla torpağı” (tanınmış sənətçi Şəmistan Əlizamanlının ifasında), “Gözəl xanımsan” və “Ömür yolumuz” (istedadlı ifaçı Ülvi Qılıçın ifasında) şahnıları dinləyicilərin könlünü oxşayıb.

Yazıçı-araşdırmaçı Vaqif İsaqoğlu tərəfindən Rəna Qurbanlı haqqında “Rəna Qurbanlının söz dünyası” adlı araşdırma kitab qələmə alınıb. Bu ədəbi-publisitik araşdırmada şairənin sənət-poeziya dünyasına ekskurs edilir, onun həyatı və yaradıcılığı tədqiq edilir.

Müəllifin müxtəlif səpkili şeirləri “Zirvə”, “Vətən”, “Canım Azərbaycanım”, “Buta”, “Şərqin səsi”, “Xarıbülbül” və s. ədəbi məcmuələrdə, bir sıra qəzet və jurnallarda dərc olunub.

Rəna Qurbanlı (Qılıcova) həm də ictimai-mədəni aktivliyi ilə seçilir. O, Azərbaycan Yazıçılar Birliyinin, Dünya Şairlər və Yazıçılar İttifaqının, eləcə də Dünya Jurnalistlər Birliyinin üzvüdür. Şairə-publisit yaradıcılıq uğurlarına görə bir neçə dəfə Fəxri fərman və mükafatlarla təltif olunub, “Qızıl Qələm” mükafatına layıq görülüb, həmçinin, Prezident təqaüdçüsüdür.

Aliləlidir, 3 övladı var.

Ayxan – Hidayət Əbilli



DİQQƏT!


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.