Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

XX əsrin görkəmli musiqi tədqiqatşısı: Firidun Şuşinski

Müəllif:

Aslan Kənan


Kateqoriya:

Kulturoloji Azərbaycan



Qısa Təsvir:

Monoqrafik kitabda XX əsrin görkəmli musiqi tədqiqatşısı Firidun Şuşinski həyat və yaradıcılığının əsas tərəflərinə işıq salınır.


Baxış sayı: 158
    
    


Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi


www.kitabxana.net 


 Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təqdimatında



KULTUROLOJİ AZƏRBAYCAN


YYSİB-nin kulturloji e-kitablar seriyası 


Elektron kitab N 13 (04 - 2022)



Bu elektron nəşrlər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2021-ci il üçün qrant müsabiqəsində qalib gəlmiş, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı, www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın texniki-yaradıcı yardımıyla icra edilən, "Kulturoloji Azərbaycan": mədəniyyətimizin kreativ-innovativ tanıtımı, İKT formatlarında təbliği" kreativ layihəsi çərçivəsində hazırlanaraq yayımlanır. 


Kulturoloji layihənin maliyyələşdirən qurum:



Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi



 

Xüsusi qeydlər:

 

1.    Bu elektron kitablar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır. Çap ediləcək materialların mövzusu Agentliyin mövqeyini əks etdirmir. Bu e-Kitablarının məzmunu Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin cavabdehliyindədir: bu baxımdan kitabların məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.



2.    Saytın bu bölümü Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır. Saytın mövzusu Agentliyin mövqeyini əks etdirmir. Saytın məzmunu Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir. 




Silsiləyə daxil edilən elektron nəşrləri buradan izləyin:


https://kitabxana.net/e-library.php?cate=198



Rəsmi FB səhifəmiz:


www.facebook.com/kreativlayihe


https://www.facebook.com/groups/kitabxana




"Kulturoloji Azərbaycan": mədəniyyətimizin kreativ-innovativ tanıtımı, İKT formatlarında təbliği"


Kreativ layihə


Aslan Kənan



XX əsrin görkəmli musiqi tədqiqatşısı: Firidun Şuşinski




Layihə və seriya rəhbəri: Aydın Xan Əbilov



Elektron kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb. YYSİB - 2022


Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın e-nəşri


Virtual redaktoru və e-nəşrə hazırlayanı: 


Aydın Xan Əbilov, yazıçı-kulturoloq, Prezident təqaüdçüsü



Monoqrafik kitabda XX əsrin görkəmli musiqi tədqiqatşısı Firidun Şuşinski həyat və yaradıcılığının əsas tərəflərinə işıq salınır.


"Kulturoloji Azərbaycan: mədəniyyətimizin kreativ-innovativ tanıtımı, İKT formatlarında təbliği" layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqəsi çərçivəsində Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi tərəfindən reallaşdırılır.


 

"Kulturoloji Azərbaycan": mədəniyyətimizin

kreativ-innovativ tanıtımı, İKT formatlarında təbliği

 


Layihənin ideyası və qısa məzmunu

 

İnformasiya dövründə yaşayırıq, postpandemiya çağının da tələb və qadağalarını üstünə gələndə, son iki ilimizin çərçivəli yaşam tərzi bizi məcbur edir ki, bir çox sahələrdə olduğu kimi, mədəniyyətimizin də təbliği və tanıtımına tamam yeni baxışlar sərgiləyək.

İnformasiya-Kommunikasiya Texnologiyalarının daha da sürətlə inkişafı, virtual-vizual vasitələr, İnternet imkanlar, yeni media və sosial şəbəkələr, mobil tətbiqlər, mesengerlər bir daha imkan yaratdı ki, dəyərlərimizin fərqli - tamam yeni formatlarını yaradıb inkişaf etdirək. Ultra-modern mədəniyyət texnologiyalarını tədqiq etməklə, yeni sənət hadisələrini analizdən keçirməklə, e-kitabxana, elektron kitab, virtual mütaliə və yazı mədəniyyətini formalaşdırmaqla, İKT vərdişlərini inkişaf etdirməklə yanaşı, ənənəvi, müasir və modern milli mədəniyyətin inkişafı, XXI əsrin formatı olaraq gənc nəslin estetik-intellektual yetişməsindəki təsirini artırmaq mümkündür.

 

Mövzunun ictimai əhəmiyyəti və aktuallığı

 

Milli mədəniyyətimizin Qərbdən və Şərqdən gələn estetik-mənəvi həmlələrə qarşı hazırlamaq, onun inkişafına təkan vermək, zənginləşdirilməsinə həvəsləndirmək, etnik-kulturoloji dəyərlərimizi gənc nəsilə çatdırmaq bazımından mövzunun ictimai əhəmityyəti böyükdür. Milli-mədəni dəyər qazanmış mədəni-tarixi, humanitar-estetik sərvətlərimizin İnternet, yeni media və sosial şəbəkələrdə, elektron və virtual KİV-də, xüsusən də yeni nəsilin gənc nümayəndələri arasında tanıdılmasına böyük ehtiyac duyulur. Dünya azərbaycanlılarını birləşdirən milli-mənəvi dəyərlərlə bağlı bilgilərin yayılması, məlumatların zənginləşdirilməsi, elektron resurslarından daha geniş istifadə gənc nəsilin estetik-mənəvi inkişafına təsir göstərir ki, bu da gənclərin maraqlandırmaq üçün fərqli yanaşmalar, kreativ-kulturoloji formatlar tələb edir.

 Ənənəvi milli mədəniyyətimiz ilə müasir dünyanın çağdaş esettik trendlərinin sintezi ətrafında real və virtual formatlarda kulturolojielmi-mədəni araşrırmalar, ictimai-mədəni dinləmə və müzakirə aparılmasını tələb edir. Bu istiqamətdə müxtəlif formatlı materialların hazırlanması, elmi-mədəni toplunun nəşri, İnternetdə - sosial şəbəkələrdə materialların yayılması və yuxarıda göstərilən kimi, geniş ictimaiyyətə çatdırılması vacibdir.  

O istiqamətdə müxtəlif formatda maarifləndirici tədbirləri təşkili etməklə, layihə fəaliyyətlərinin əsas fəlsəfəsini insanllara çatdırmaq, yeniyetmə və gənclərimizi əhatələyən ictimai-psixoloji gərginliklərlə mübarizədə milli mədəniyyətdən yararlanmaq, humanist dəyərlərimizin təbliğ etmək əsas məsələ kimi qarşımızda durur.

Azərbaycan insanı olaraq bizi birləşdirən milli mədəniyyətimizin inkişafı, soydaşımızı əhatələmək, cəmiyyətin səviyyəsini yüksəldən neo-təbliğat formalarına üstünlük vermək, milli-mənəvi dəyərlərimizin qlobal planetar təbliğat maşınına şevirə bilərik. 

 

 

Layihənin məqsədi və qarşıya qoyulan vəzifələr

 

Milli mədəniyyətimizin kreativ-innovativ tanıtımını təşkil etmək, İKT formatlarında təbliği ilə əlaqədar İnternetdə aksiyaların təşkili, yeni sahəvi elmi məqalələrin yazılması, virtual-vizual materialların, ictimai-kreativ məhsulların hazırlanması, "Kultoroloji Azərbaycan" Feysbuküzərində elektron resursun təşkil edilməsi, sosial şəbəkələrdə onlayn/oflayn aksiyaların keçirilməsi layihənin əsas məqsədlərindəndir.

Azərbaycanda yeni inkişaf etməkdə olan kulturologiyanı inkişaf etdirmək, o sahəyə aid sahəvi əsərlərin yazılmasını həvəsləndirmək, yeni elmi-kütləvi toplunun çapı, kultral formatda milli estetik-bədii yaradıcılıq nümunələrini dünyaya çıxartmaq, yeni media imkanlarından yararlanaraq İnternetdə daimi yayımlanacaq silsilə onlayn video-məhsullar və TV verlişləri hazırlamaq, elektron kitabxanada və sosial şəbəkədə bu mövzuda yeni nəşrlərin virtual tanıtımı, ayrıca e-bölümün yaradılması, tele-debatların təşkili məqsədlərdən biridir.

 Milli mədəniyyət, yaşam dünyagörüşləri, etnik dəyərlər daha çox İnternet – sosial şəbəkələrdə, KİV-də, yeni nəsil nümayəndələri arasında tanıdılmasına ehtiyac duyulur. Xalqımızı birləşdirən milli mədəniyyətimizlə bağlı məlumatların yayılması, elektron resurslarında daha geniş tanıtımı yeni nəsil nümayəndələrindən asılıdır. Onlar həm öyrənəcək, həm başqalarına ötürəcək, həm də yenilərini yaradacaqlar. 


Görüləcək işlər

 

Milli mədəniyyətimizi dünyada təbliğ etmək üçün müxtəlif formatlı tanıtım tədbirlərinin təşkil etməklə estetik-kreativ texnologiyaların - milli-mənəvi dəyər kəsb edən hadisələrin əhəmiyyətini qabartmaqla, yeni İKT alətlərindən yararlanmaqla innovativ-kreativ təbliğat kampaniyasının reallaşdırmaq üçün aşağıdakı fəaliyyət növlərinin reallaşdırılması nəzərdə tutulub:


1. Təşkilat üzvləri, könüllülər, tədqiqatçılar və mütəxəssislərdən ibarət layihə komandasının formalaşdırılması; 

2. Milli mədəniyyətşünaslıq - kulturologiya elminin inkişafına səbəb olacaq məqalələr, esselər, araşdırmalardan ibarət toplunun nəşrə hazırlanması;

3. Milli kultural sərvətimizə, Azərbaycan mədəniyyətiə dair araşdırma yazılarından ibarət kağız və elektron formada toplu çapı, yayımı, İnternetdə, elektron kitabxanalarda yerləşdirilməsi.

4. Milli mədəniyyətimizin müxtəlif məsələlərinə, dünya estetik xəzinəsi ilə qarşılıqlı münasibətlərinə, tarixinə, kultural sərvətimizə, Azərbaycan mədəniyyətinə dair tədqiqatçıların, yaradıcı insanların, alimlərin, pedaqoqların qələmə aldığı 20 elektron kitabın hazırlanması və elektron kitabxanalarda yerləşdirilməsi.

5.  Azərbaycan mədəniyyətinə aid elektron kitabxanada ayrıca bölümün yaradılması, e-nəşlərin yerləşdirilməsi, tanıtımı, yayımı və virtual sərgisi.

6.  6 fərqli buraxılışdan ibarət, İnternet TV və video-portallarda, sosial şəbəkə, yeni media və saytlarda yayımlanması nəzərdə tutulan onlayn/oflayn verilişin çəkilişi və yayımı.

7. Feysbukda ayrıca "Kulturoloji Azərbaycan": mədəniyyətimizin kreativ-innovativ tanıtım virtual Mərkəzinin yaradılması, zənginləşdirilməsi, materiallarla davamlı genişləndirilməsi.

8. "Kulturoloji Azərbaycan" sosial şəbəkə səhifəsində e-nəşrlərin, onlayn verilişlərin, mədəniyyətimizin təbliği ilə bağlı başqa virtual-vizual məhsulların davamlı yayımı.

9. Xüsusil analitik saytda milli mədəniyyətin təbliğinə həsr olunmuş ayrıca bölümün yaradılması və zənginləşdirilməsi.

10. İnternet portalları, mətbuatda, saytlarda, sosial şəbəkələrdə, yeni mediada, yazılı və elektron KİV-də bu istiqamətdə təbliğatların gücləndirilməsi, virtual tanıtım tədbirlərinin reallaşdılması istiqamətində canlı tele-debatlar, virtual müzakirələr təşkili.

11. Layihənin nəticələrinin geniş ictimaiyyətə çatdırmaq üçün İnternetüstü təqdimat-müzakirənin təşkili.

12. Təsviri və maliyyə hesabatların hazırlanması, əlaqədar qurumlara və geniş ictimaiyyətə təqdim edilməsi. Fəaliyyət sonrakı planlaşdırma işlərinin aparılması.

 

Layihənin iştirakçıları və faydalananlar 


Azərbaycanda və xaricdə yaşayan soydaşlarımız, milli mədəniyyətimi üzrə mütəxəssislər, kulturoloqlar, cəmiyyətşünaslar, psixoloqları, mədəniyyətşünaslar, sosioloqlar, İnternet istifadəçiləri olan yeniyetmələr, gənclər, tələbələr, jurnalistlər, yazıçı və publisitlər, yazılı və elektron KİV nümayəndələri, bloqer və İnternet – sosial media, onlayn TV əməkdaşları. Layihə müddətində fəaliyyətlərə real cəlb olunacaq 50 nəfər, virtual olaraq İnternet vasitəsilə minlərlə şəxsi əhatələyəcək layihə Azərbaycan cəmiyyətinin bütün sferalarını, eləcə də virtual alətlər vasitəsilə dünyada yaşayan soydaşlarımızı əhatə edəcək. Aalimlər, tədqiqatçılar, gənclər faydalanacaq. Bütövlükdə xalqımızın malik olduğu mənəvi-mədəni sərvətlərin, estetik dəyərlərin gənc nəslə ötürülməsini nəzərdə tutduğu üçün geniş əhatə dairəsinə malikdir və ictimai-mədəni xarakterlidir. Layihədə faydalanların yaş və cins fərqi: daha çox yeni nəsil nümayəndələrinə, gənclərə və qadınlara üstünlük veriləcək.

 

Layihənin həyata keçiriləcəyi ərazivə onun seçilmə səbəbi


 

Azərbaycan, Bakı və İnternet və sosial şəbəkələr vasitəsi ilə soydaşlarımız yaşayan dünya ölkələri. Milli-mənəvi və ideoloji işlərin mərkəzi paytaxrt olduğuna görə əsas fəaliyyət buradan qorulacaq. Pandemiyaya görə və az məsrəflərlə ölkəni əhatə etmək mümkün olduğuna görə İnternetüstü fəaliyyətlərə xüsusi önəm veriləcək

 

Layihənin icra müddəti (ay):


3 ay. 01 fevral 2022 - 30 aprel 2022

 

 

Gözlənilən nəticələr, onların qiymətləndirilmə meyarları və layihənin davamlılığı

 

Layihənin böyük uğur qazanacağına inanırıq:


​​​​​​​- Milli mədəniyyətimizi dünyada təbliğ etmək üçün müxtəlif formatlı tanıtım tədbirlərinin təşkil ediləcək.

- Etetik-kreativ texnologiyaların - milli-mənəvi dəyər kəsb edən hadisələrin əhəmiyyətini qabardılacaq, yeni nəsil nümayəndələrinə tanıdılacaq.

- Yeni İKT alətlərindən yararlanmaqla innovativ-kreativ təbliğat kampaniyası reallaşdırılacaq.

- Təşkilat üzvləri, könüllülər, tədqiqatçılar və mütəxəssislərdən ibarət layihə komandasının formalaşdırılacaq ki, sonralar ardıcıl olaraq bu işləri davam etdirən peşəkar mütəxəssislər nəsli yaransın. 

- Milli mədəniyyətşünaslıq - kulturologiya elminin inkişafına səbəbolacaq məqalələr, esselər, araşdırmalardan ibarət toplu nəşrə hazırlanacaq.

- Milli kultural sərvətimizə, Azərbaycan mədəniyyətiə dair araşdırma yazılarından ibarət kağız və elektron formada toplu çap ediləcək, onun e-variantı elektron kitabxanalarda yerləşdiriləcək.

- Milli mədəniyyətimizin müxtəlif məsələlərinə, dünya estetik xəzinəsi ilə qarşılıqlı münasibətlərinə, tarixinə, kultural sərvətilərimizə, Azərbaycan mədəniyyətinə dair, tədqiqatçıların, yaradıcı insanların, alimlərin, pedaqoqların qələmə aldığı 20 elektron nəşr hazırlanacaq və elektron kitabxanalarda yerləşdirilərək geniş auditoriya üçün açıq istifadəyə veriləcək.

- Azərbaycan mədəniyyətinə aid elektron kitabxanada ayrıca bölüm yaradılacaq, orada e-nəşlərin virtual sərgisi.

- 6 buraxılışdan ibarət, İnternet TV və video-portallarda, sosial şəbəkə, yeni media və saytlarda yayımlanması nəzərdə tutulan - "Kulturoloji Azərbaycan": mədəniyyətimizin kreativ-innovativ tanıtımı mövzusunda onlayn/oflayn veriliş çəkiləcək, montaj edilərək geniş yayımı təşkil olunacaq.

 - Feysbukda ayrıca "Kulturoloji Azərbaycan": mədəniyyətimizin kreativ-innovativ tanıtım üçün Virtual Mərkəzinin yaradılacaq, davamlı zənginləşdiriləcək, vizual-virtual materiallarla davamlı genişləndiriləcək ki, hər kəs ondan yararlana bilər.

- "Kulturoloji Azərbaycan" sosial şəbəkə səhifəsində e-nəşrlərin, onlayn verilişlərin, mədəniyyətimizin təbliği ilə bağlı başqa virtual-vizual məhsulların davamlı yayımı təşkil olunacaq ki, bunlar da alternativ təhsil resursu kimi gənclərə kömək edəcək.

- Xüsusil analitik saytda milli mədəniyyətin təbliğinə həsr olunmuş ayrıca bölüm yaradılacaq və zənginləşdiriləcək.

- İnternet portallarında, mətbuatda, saytlarda, sosial şəbəkələrdə, yeni mediada, yazılı və elektron KİV-də bu istiqamətdə təbliğatlar gücləndiriləcək.

- Virtual və realtanıtım tədbirləri reallaşdılacaq;

- Layihənin nəticələrinin geniş ictimaiyyətə çatdırmaq üçün təqdimat-müzakirə təşkil olunacaq. 

- Müxtəlif nəsil şair, yazıçı, publisit və bloqerlərin bu janrda yeni ədəbi əsərlər yaratmağa iştirakını təşviq olunacaq, fərqli janrlarda yeni vətənpərvərlik əsərləri yazılacaq, yayılacaq.

- Yeni İKT formatlarında - vizual müzakirələr, teledebat janrında ictimai-kreativ debatlar baş tutacaq.

- Sosial şəbəkələrdə virtual aksiya, görüş, tədbirlər keçiriləcək, şəbəkədə yayımlanacaq.

- Virtual formatlarda foto-video, sosial media janrlarında virtual-elektron məhsulları yeniyetmə və gənclərin istifadəsinə veriləcək.

- Müxtəlif sosial şəbəkələrdə - Feysbuk, Tvviter, İnstoqram, TikTok və Youtube və b. resurslarda bu istiqamətdə fəaliyyətlər dəstəklənəcək, gənclərin, yeniyetmələrin intellektual səviyyəsini yüksəltmək üçün layihənin davamlığı təşkil ediləcək.

- Ənənəvi - yazılı, elektron, virtual KİV-də ardıcıl bu mövzuda və layihə fəaliyyətləri haqqında materiallar hazırlanıb yayılacaq.

 

Layihə bitdikdən sonra da fəaliyyətimiz davam etdirilərək aşağıdakı istiqamətdə işlər həyata keçiriləcək:


- Davamlı olaraq bu istiqamətdə İnternetüstü bu fəaliyyətlər daha da genişləndiriləcək və ardıcıl işlər görüləcək;

- “Kulturuloji Azərbaycan” sosial şəbəkə resursunda milli mədəniyyət mövzusunda müxtəlif materiallar paylaşılacaq;

- İnternetdə, elektron kitabxanada, sosial mediada kulturologiya mövzusunda e-kitablar, rəqəmsal nəşrlər yazılacaq, yayıma hazırlanacaq, eyni zamanda sosial şəbəkələrdə onlayn-oflayn yayımlanacaq TV verilişlərin davamı gözlənilir. 

- Müxtəlif mütəхəssislər tərəfindən bu layihənin həm peşəkar dairələri, həm geniş ictimaiyyət tərəfdən müzakirəsi, mətbuatda işıqlandırılmasına şərait yaradılacaq/

- www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana daha da genişləndiriləcək, eyni zamanda ölkəmizin daxilində və xaricdəki anoloji İnternet kitabxanaların şəbəkəsinə qoşulması, qarşılıqlı-faydalı əməkdaşlığa xüsusi əhəmiyyət veriləcəkdir.

- Böyük uğurlar qazandığı təqdirdə layihənin növbəti mərhələsi hazırlanaraq donor təşkilatlara təqdim olunacaq.

 

Müraciət olunan sahə üzrə təcrübə və əməkdaşlıq edəcəyiniz qurumlar


 

QHT olaraq 1993-cü ildən gənclər arasındat milli və dünya mədəniyyət, elm və ədəbiyyat hadisələrinin təbliğini aparırıq. Real və virtual təlim və kursların təşkili, Azərbaycan intellektual sərvətlərini, ədəbiyyatını, mədəniyyətini inkişaf etdirmək, zənginləşdirmək, xaricdə tanıtmaq istiqamətində yeni nəsil yaradıcı insanları səfərbər edərək kreativ innovasiyalar, elektron kitabxana, yeni virtual yazı və mütaliə mədəniyyəti, alternativ təhsil, e-kitablar və s. sahələrdə fəaliyyətini qurub. 

Təşkilat 13 il respublika əhəmiyyətli və beynəlxalq səviyyəli mədəniyyət, elm, ədəbiyyat, sənət, kitab nəşri və təbliği, qəzetçilik, yeni media və İnternet kitabxana, e-itab, bloqqerlik, sosial media, alternativ təhsil fəaliyyəti ilə məşğul olur. 13 dəfə Bakı Kitab Bayramı – illik Milli Kulturoloji layihə həyata keçirib, 20 kitab nəşr etmiş, çoxsaylı mətbuat-ədəbiyyat layihələrini reallaşdırıb.

 Hazırda İnternetdə və ictimai düşüncədə “Virtual Azərbaycan” layihəsini gerçəkləşdirir. QHT-nin bu dəyərli layihəsi əsasında www.kitabxana.net ünvanlı Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana - İnternet portalı yaradılıb və fəaliyyət göstərir. İnternetdə və sosial şəbəkələrdə 20-yə yaxın anadilli elektron resursu fəaliyyət göstərir. İndiyəcən bir neçə kurs təşkil edib və 6000-dən artıq elektron kitabı hazırlayaraq İnternet istifadəçilərinin azad istifadəsinə verilib.

Təşkilatın fəaliyyəti milli, eləcə də dünya mədəniyyətini və ədəbiyyatını həm ölkə daxilində, həm də xaricdə təbliğ etmək, yeni nəsil yaradıcı insanların əqli-intellektual, sosial və müəlliflik hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərmək, sənət adamlarının yaradıcılığını cəmiyyətə tanıtmaq, çağdaş mədəniyyəti və ədəbiyyatı inkişaf etdirməklə milli kulturoloji-intellektual düşüncənin zənginləşməsinə yardımçı olmaq, mədəniyyətlərarası dialoqu, sivilizasiyaların inteqrasiyanı gücləndirməklə qloballaşan dünyada Azərbaycanın inkişafına, estetik-bədii irsini yüksək səviyyəyə çatdırmaqdır.

Vətəndaş cəmiyyəti təsisatı olaraq fəaliyyət istiqamətlərinə uyğun ədəbi-mədəni, kulturoloji hadisələr gerçəkləşdirir, hüquqi-mədəni maariçilik, gənc yaradcı insanlarin ictimai maraqlarını ifadə edir, mədəniyyətlə, ədəbiyyat, İnternet, sosial şəbəkələr, virtual resurslar, elektron kitabxanalar, kreativ innovasiyalarla bağlı kulturoloji layihələri hazırlayır və həyata keçirməklə qarşısına qoyduğu məqsədlərə çatmağa çalışır. 

 

Layihənin monitorinqi, icrası zamanı yarana biləcək risklər və onların həlli yolları

 

Layihə ilə bağlı yekun hesabat həm yazılı və elektron KİV-də yayımlanacaq, təşkilatın saytında, sosial şəbəkələrdəki resurslarında - səhifə və qruplarında yerləşdiriləcək. Agentlik, AYB, dövlət və ictimai qurumların ekspertləri tərəfindən görüləcək işlərin qiymətləndirilməsinə şərait yaradılacaq.

Sonda donor və əlaqədar qurumlara onun nəticələri haqqında ətraflı hesabat-arayış təqdim ediləcək, Agentliyin mühasibatlıq sektoruna isə maliyyə hesabatı təqdim ediləcək. Eyni zamanda AR Maliyyə Nazirliyinə (maliyyə hesabatı), Vergilər Nazirliyinə (vergi hesabatı), Azərbaycan Yazıçılar Birliyinə, KİV, İnternet portalarına və ictimaiyyətin nümayəndələrinə ətraflı məlumatlar, geniş hesabatlar təqdim ediləcək. Layihəyə ictimai nəzarət mexanizmi kimi istənilən qurum və şəxslər üçün monitorinq üçün açıq olacaq.

Həyata keçirilən fəaliyyətlər zamanı risklər ola bilər, bu yaradılan resursların dağıdılması, və b. Buna görə də peşəkar xidmətlərindən istifadə olunacaq. Müəlliflik və əlaqəli hüquqlarla bağlı müəyyən beynəlxalq tələblər - standartlara riayət edilməsi lazım olacaq. İdeoloji sahələrin inkişafı və istiqamətlərini ümumiləşdirə biləcək tədqiqatçıların azlığı. İnternet resurslarında işləyə biləcək mütəxəssislərin çatışmamazlığı problem ola bilər. Yeni - virtual oxu və şəbəkəyazı vərdişlərinə hazırlıqsız, e-yayım şəbəkəsinin olmaması təsir edə bilər. Ənənəvi yazı mətnlərinə üstünlük verənlərin mühafizəkarlığı bloqerlərin və gənclərin ideoloji sahələrə həvəs göstərməmələri kimi risklərin qarşısının alınması üçün görüləcək tədbirlər layihə fəaliyyəti çərçivəsində xüsusi metodlar vasitəsi ilə hazırlanacaq. Belə mətbuatda və elektron KİV-də, eləcə də İnternet resurslarında, yeni mediada, sosial şəbəkələrdə bu risklərlə bağlı güclü təbliğat və tanıtım işlərinin aparılması, xüsusi resursların yaradılması, mütəxəssislərin ekspert rəyləri ilə ictimai düşüncəyə təsir mexanizmlərini tapılması, ortadakı problemlərin, mənfi təsirlərin nsbətən lokallaşdırılmasına, aradan qaldırılmasına çalışılacaq.


Hidayət - Ayxan Əbilli,


YYSİB Analitik-İnformasiya Bölümünün rəhbəri,

publisist-bloqer


DİQQƏT!


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.



Nakam talelərdən danışan kitab


Aslan Kənanın adı oxuculara yaxşı tanışdır. Onun yazıları və kitabları oxucularda həmişə böyük maraq doğurur, sevilə-sevilə oxunur. Bu yazıları və kitabları oxuculara sevdirən odur ki, Aslan Kənan çoxlarına bəlli olmayan, hamının əli çatmayan, uzun illər boyu dəmir rəflərdə üstünü toz basmış arxiv sənədlərilə işləyir. Onları üzə çıxarır, araşdırır, təhlil süzgəcindən keçirir, aydın və anlaşıqlı dildə oxuculara çatdırır.


Aslan Kənanın yenicə işıq üzü görmüş “Arxivlərdən gələn səslər” kitabı da arxiv sənədləri əsasında yazılıb. Onun əlinin altında o qədər zəngin sənədlər var ki, yazdıqlarını heç vaxt təkrarlamır. Bu mənada toplanmış yazıları da müəllifin əvvəlki kitablarında çap olunmayıb.


Kitabda ayrı-ayrı şair və yazıçılar, müğənnilər, bəstəkarlar və çalğıçılar, kino işçiləri-aktyorlar, rejissorlar və ssenari müəllifləri, digər sənət adamlarının həyat və yaradıcılıqları haqqında bir-birindən maraqlı yazılar toplanıb.


Aslan Kənan 1937-ci il repressiyasının qurbanları haqqında onlarca məqalənin, bir neçə kitabın müəllifidir. Bu kitabın da böyük Azərbaycan şairi Hüseyn Cavid haqqındakı yazıyla açılması təbiidir, çünki şairin acı taleyi bir vətəndaş kimi Aslan Kənanı da həmişə düşündürür.


Aslan Kənan arxiv sənədlərinə söykənərək yazır ki, Hüseyn Cavid 4 iyun 1937-ci ildə həbs olunub. H.Cavidin istintaq materiallarının arasında Mikayıl Rzaquluzadənin adından yazılmış bir ifadə saxlanır. Ona görə “adından” deyirəm ki, burada çox açıq görünən bir uyğunsuzluq var. Həmin ifadənin sonuncu iki cümləsini olduğu kimi təqdim edirəm: “H.Cavid Azərbaycanın “ruslaşmaya” aparıldığını, vəzifələrə rusların yerləşdirildiyini, Azərbaycan dilinin rus təsiri altına düşdüyünü iddia edir. Həbs olunana qədər (kursiv - mənimdir, - İ.S.) o öz ideyasından dönməmiş, əksinqilabi, millətçi kimi qalır”. Bu ifadənin altında 13 mart 1937-ci il tarixi qoyulub. Guya ifadənin həmin tarixdə kiçik leytenant Məmmədov tərəfindən alındığı göstərilib. Bundan sonra isə H.Cavidin artıq həbsdə olduğu deyilir. Halbuki H.Cavid ifadənin verildiyi tarixdən (13 mart 1937) düz 2 ay 22 gün sonra həbs edilib. Əgər ifadə doğrudan da 13 mart 1937-ci il tarixdə alınmış olsaydı, M.Rzaquluzadə heç vaxt H.Cavidin haqqında həbs olunana qədər deməzdi. Bu cümlədən aydın görünür ki, ifadə 13 mart 1937-ci il tarixində yox, H.Cavid həbs ediləndən sonra yazılıb. Bu da ifadənin M.Rzaquluzadənin özü tərəfindən yazıldığına çox böyük şübhə yaradır.


Böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin və onun kiçik qardaşı, Fransada yaşamış Ceyhun Hacıbəyli haqqında Aslan Kənanın çoxsaylı araşdırmaları var. Bu dəfə də arxiv sənədlərinə əsasən Hacıbəyli qardaşlarının həyatlarının görünməyən və bilinməyən səhifələrinə işıq salıb. Məsələn, Ceyhun bəy Hacıbəylinin “Qarabağ dialekti və folkloru” əsərinin 1933-cü ildə Parisdə nəşr olunan “Asiya” jurnalına əlavə kimi 144 səhifədən ibarət ayrıca kitab şəklində işıq üzü gördüyünü yəqin ki, çoxları ilk dəfə Aslan Kənanın bu kitabından oxuyacaqlar. Müəllif çox doğru yazır ki, and, yalvarış, qarğış, alqış, bayatı, tapmaca, lətifə, hədə-qorxu, öygü və s. folklor örnəklərinin toplandığı “Qarabağ dialekti və folkloru” əsəri Azərbaycanda tədqiq olunmalı, folklorşünas və dilçilərimiz bu mənəvi xəzinəni araşdırmalıdırlar. Belə bir kitabın Azərbaycanda tədqiqi və nəşri bu gün çox vacibdir.


Aslan Kənanın kitabında çap olunmuş “Fədakar jurnalist”, “Üzeyir bəyin təkrarsız operası”, “O olmasın, bu olsun” filmi haqqında”, “Sonbeşiyin Vətən həsrəti” adlı yazıların hər biri Üzeyir və Ceyhun Hacıbəyli qardaşları haqqında təzə fikirlər, yeni bilgilərlə o qədər zəngindir ki, onları həyəcansız oxumaq olmur.


1937-ci il Azərbaycan tarixinin qanlı səhifələrindən biridir. Həmin repressiyaların ağrısı bizi hələ çox göynədəcək. 1937-ci il bir tufanıydı, seliydi gəldi və bir çox aydınlarımızı ağzına alıb apardı. Az sayda ziyalılarımız o tufanın, selin ağzından təsadüf nəticəsində qurtardı. Məhv edilənlər ağır itkimiz, qalanlar qazancımız oldu. İndi bu qazancımızı gözləri götürməyənlər də tapılır. “Filankəslər niyə güllələnmədilər”- deyib, ürək bulandırırlar. Onlar daha çox Səməd Vurğunun, Süleyman Rüstəmin adlarını çəkirlər. Bu baxımdan, Aslan Kənanın “Süleyman Rüstəm dəhşətli repressiyadan necə keçdi” yazısı həqiqət prizmasından yazılıb və belələrinə çox tutarlı cavabdır. Səməd Vurğunun, Süleyman Rüstəmin, Rəsul Rzanın, Süleyman Rəhimovun da 1937-ci il repressiyasından kənarda qalmalarına ağız büzən, haqsız danışıqlara yol verənlərə bu cür cavab vermək lazımdır.

Abay Dağlının adı ədəbiyyat adamlarına yaxşı tanışdır. Onun səsi-sorağı ilk dəfə Türkiyədən gəldi. O zaman Abay Dağlının kim olduğunu ədəbiyyatçılar da bilmirdilər. Çoxlarına elə gəlirdi ki, o Türkiyə yazıçısıdır. Sən demə, belə deyilmiş. O zaman onun Azərbaycanın dilbər guşələrindən olan Şuşa şəhərində doğulduğunu kim ağlına gətirə bilərdi...


1993-cü ildə mən “Azərnəşr”də bədii ədəbiyyat şöbəsinin müdiri işləyirdim. O zaman Aslan Kənan bir əlyazma gətirdi. Qovluğun üstündə müəllif kimi Rana, əsərin adının yerində “Onlar türklərdi” yazılmışdı. Aslan Kənan bu əsərin surətini Ceyhun bəy Hacıbəylinin Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində saxlanan şəxsi fondunda görmüşdü. Kitabı müəllif 1950-ci ildə Ceyhun bəy Hacıbəyliyə avtoqrafla bağışlamışdı.


Əsər Aslan Kənanın “Ön sözü” ilə həmin il nəşr olundu. O zaman Rana adlı müəllifin kimliyini Aslan Kənanın özü də bilmirdi. Bununla bağlı Aslan Kənan yazır: “İllər bir-birini əvəz etdikcə, “Rana”nın kimliyi məni sakit buraxmırdı. Türkiyə ilə əlaqə saxlamağa çalışsam da, heç bir nəticəsi olmadı. Nəhayət, köməyimə Ramiz Abutalıbov gəldi. O, mənə Almaniyada “Azadlıq” radiosunun ilk redaktoru olmuş Əbdülrəhman Fətəlibəylinin (Düdənginskinin) Ceyhun bəyə yazdığı məktubla tanış olmağı məsləhət gördü. O məktubun bir cümləsi mənim illərlə axtardığım suala tutarlı cavab verirdi: “Mirzə Abay Dağlı adında bizdə böyük bir ədəbiyyatçı var. “Onlar türklərdi” əsərinin müəllifidir”.


Bundan sonra Aslan Kənan Abay Dağlının sorağına düşmüş, onun kimliyini üzə çıxarmaq üçün ciddi axtarışlar aparmışdır. İndi onun bu kitabını oxuyanlar biləcəklər ki, Abay Dağlı kimi tanıdığımız yazıçı Cəmil İbrahim oğlu Ağayevdir. O, 1941-ci ildə cəbhəyə getmiş, geri qayıtmamış və yeri-yurdu da bilinməmişdir. Onun Türkiyəyə necə gəldiyi də bəlli deyil. Yazıçı Türkiyədə adını da, soyadını da gizlətmiş, Abay Dağlı kimi tanınmışdır.

“Dolan, kəfkirim, dolan” yazısı akademik Nizami Cəfərov haqqındadır və onun bir kitabı da elə bu cür adlanır. Nizami Cəfərovun həmin kitabının qəhrəmanı hamının yaxşı tanıdığı Manaf Süleymanovdur. 1993-cü ildə çapdan çıxmış bu kitabın nə qədər gözəl yazıldığını və oxunaqlı olduğunu çoxları bilir. Aslan Kənanın yazısının dəyərini göstərmək üçün iki fakta diqqəti cəlb etmək istəyirəm. Onun birincisi budur ki, Manaf Süleymanovun Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində saxlanan şəxsi fondundakı sənədlərdən aydın olur ki, Nizami Cəfərov kitabının adını ilk dəfə “Manaf Süleymanov, yaxud tarixə dönmüş günlər” qoyubmuş. Bəlkə də bunu çoxları, hətta “Dolan, kəfkirim, dolan” kitabını sevə-sevə oxuyanlar da bilmirdilər. Onu ilk dəfə Aslan Kənan üzə çıxarmış və adın dəyişməsinin səbəbini də Nizami Cəfərovun xalq deyimlərinə, xalq yaradıcılığına sevgisi, məhəbbəti ilə bağlamışdır.


İkinci fakt da maraqlıdır. Onun müəllifi akademik Tofiq Hacıyevdir. Aslan Kənan akademik Tofiq Hacıyevin fikirlərini diqqətə çatdırır: “Universitetin (BDU nəzərdə tutulur) IV kursunda oxuyarkən Tələbə Elmi Cəmiyyətinin xətti ilə Nizamini Qazan Universitetinə göndərdim. Məruzəsini bitirdikdən sonra bir yerli professor deyir ki, biz tələbələrin elmi işlərini dinləyirik, elmi dərəcəlilərinkini yox. Professor bildirir ki, Nizami Cəfərov Azərbaycan Dövlət Universitetinin IV kurs tələbəsidir. Sovet dövrünün görkəmli türkoloqu, o zaman Qazan Pedaqoji İnstitutunun rektoru, professor Mirfateh Zəkiyev heyrət və sevinclə tələbəmin bu parlaq istedadına görə mənə təşşəkkür və təbrik məktubu yazmışdı”.


Mən bu fikirləri təsadüfən xatırlatmadım. Burada iki məsələ düşüncələrimlə üst-üstə düşdü. Birincisi, Nizami Cəfərovun bu gün qazandığı bütün titullar, ad-san, şan-şöhrət ona ana südü kimi halaldı. Çünki bu adların hamısını o özü qazanıb. IV kurs tələbəsinin Qazandakı bir çıxışla çoxlarını heyrətləndirməyi onun bugünkü uğurlarının, özünütəsdiqin ilkin göstəriciləridir. İkinci məsələ, Nizami Cəfərovun rastına Tofiq Hacıyev kimi qayğıkeş insanın çıxmasıdır. İstedadla qayğı yarıbayarıdır. Bir sucuq görüb onun üstünü açanda ordan bulaq qaynayır, yəni bulağın gözü açılır. Amma yanından ötüb keçəndə bir bulaq itirilir...


Böyük tarzən Bəhram Mansurov haqqında Aslan Kənanın bir neçə yazısını oxumuşam. Bu kitabda da müəllif böyük sənətkarı unutmayıb. Aslan Kənan Bəhram Mansurovun həyat və yaradıcılığının bütün incəliklərinə bələddir. Bu yazıda da onun həyatının elə maraqlı səhifələrinə işıq salıb ki, onu oxuduqca böyük sənətkar gözümüzdə daha da ucalır. Fikrimin təsdiqi üçün Almaniyadan Bakıya gəlmiş musiqi professoru Yurgen Elsnerin 1960-cı ildə Bəhram Mansurovun tarına qulaq asandan sonra söylədiyi fikirləri xatırlatmaq yerinə düşür: “Mən bu görüşdən çox şey gözləyirdim, lakin buraya gəldikdə təsəvvür etdiyimdən qat-qat yüksək bir sənətkarlığın şahidi oldum. Mən çox tarzən tanıyıram, amma bu cür texnikaya malik orijinal ifaçını isə ilk dəfə görürəm”.


Aslan Kənanın kitabındakı iki tənqidi yazıdan söz açmadan keçmək olmur. Onlardan biri “Professor Paşa Əfəndiyevə açıq məktub”dur. Məqalə tanınmış folklorşünas, qocaman pedaqoq Paşa Əfəndiyevin bir kitabın yazarını dəqiqləşdirmədən yol verdiyi yanlışlıqlar haqqındadır. Aslan Kənan dəqiqliyi sevən qələm adamıdır. Ona görə də Paşa Əfəndiyevin yanlışlıqlarını düzəltmək üçün axtarıb-aramış, haqqında söhbət gedən “Mahnılar” adlı kitabın müəllifinin Hacı Kərim Sanılı olduğunu aydınlaşdırmışdır. Bundan başqa, P.Əfəndiyevin həmin kitabdan verdiyi şeir parçalarının da təhrif edildiyini qarşılaşdırmalarla üzə çıxarmışdır.


İkinci tənqidi yazı “Yubiley xatirinə nəşr olunmuş kitab” məqaləsidir. Bu yazıda Aslan Kənan 2009-cu ildə çap olunmuş “Azərbaycan Yazıçılar Birliyi 75” kitabında buraxılmış kobud yanlışlıqlardan danışır. Məsələn, kitabın eyni səhifəsində Mikayıl Müşfiqin ölüm tarixi həm 1937-ci il, həm də 1938-ci il kimi göstərilmişdir. Aslan Kənan arxiv sənədlərinə söykənərək Mikayıl Müşfiqin 1938-ci il yanvarın 5-dən 6-na keçən gecə güllələndiyini göstərir.

Bundan başqa, Aslan Kənan həmin kitabda 1937-ci il repressiyalarında güllələnən və yaxud digər ağır işgəncələrlə öldürülən insanlar haqqında “həlak olub” ifadəsinin işləndiyinin yanlışlığını da doğru vurğulayır. Çünki 1937-ci il repressiyalarının qurbanları haqqında “həlak olub” ifadəsini işlətmək olmaz. Güllələnməklə həlak olmağın arasında yerlə göy qədər fərq var. Bu cür yanlışlıqların yetərincə çox olduğunu görən Aslan Kənan “Azərbaycan Yazıçılar Birliyi 75” kitabının azərbaycanlı olmayan və ya Azərbaycan dilini bilməyən bir müəllif tərəfindən yazıldığını söyləməkdə də haqlıdır.


Bu yazıda Aslan Kənanın “Arxivlərdən gələn səslər” kitabını ümumilikdə təhlil etmək fikrində deyiləm. Buna ehtiyac da yoxdur. Kitab görmədiyimiz gördülərlə, bilmədiyiniz bilgilərlə o qədər zəngindir ki, oxucu ondan nəinki yorulmur, əksinə, maraq onu səhifədən-səhifəyə, yazıdan-yazıya çəkərək hər birini diqqətlə oxumağa vadar edir. Aslan Kənanın yeni kitabına daxil edilmiş “Vahidi düşünərkən” (Əliağa Vahid), “Kainatın hayqıran səsi” (Nazim Hikmət). “Unudulmuş yazıçı” (Əli Əsgərov), “Ata ocağı”nda ana həsrəti” (Süleyman Osmanoğlu), “Bizə məlum olmayan Azaflı” (Aşıq Mikayıl Azaflı), “Ələsgər Ələkbərovun bəstəkarlığı da varmış” (Ələsgər Ələkbərov), “Səhnəmizin Ziyası” (Kazım Ziya), “Xalq poeziyasının vurğunu” (İslam Sadıq), “Ustad tarzən” (Əhsən Dadaşov), “Zəhmətkeş tədqiqatçı” (Firidun Şuşalı), “Erməni xislətinə daha bir nümunə”, (“Qrakan Adrbecan” haqqında), “Dünyada səsim qaldı” (Seyid Mir Tağı Mirbabayev), “Çənbərəkəndli Qədirbala” (Əbdülqədir Cabbarov), “Azərbaycan dedektiv janrının banisi” (Cəmşid Əmirov) və bu kimi başqa tədqiqat əsərlərini oxuyanda hiss edirsən ki, sonrakı səhifələrdə səni daha maraqlı məlumat və bilgilər gözləyir.


Aslan Kənanın “Arxivlərdən gələn səslər” kitabının oxucularda böyük maraq və təəssüratlar yaradacağına əminəm.


Mənbə: "Respublika" qəzeti, 2020, 2 fevral.


İslam SADIQ, şair, filologiya elmləri doktoru.