Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Qəşəm Çıraqlı. "Yolumuz ömrümüz boyda". Poetik toplu. Tanınmış və məhsuldar Azərbaycan şairi Qəşəm Çıraqlı dəyərli oxucularına növbəti poetik toplusunu təqdim edir.

Müəllif:

Qəşəm Çıraqlı


Kateqoriya:

Sağlamlığı məhdud gənclər üçün kreativ-virtual sənət mərkəzi



Qısa Təsvir:

Qəşəm Çıraqlı. "Yolumuz ömrümüz boyda". Poetik toplu. Tanınmış və məhsuldar Azərbaycan şairi Qəşəm Çıraqlı dəyərli oxucularına növbəti poetik  toplusunu təqdim edir.


Baxış sayı: 1624
    
    


www.kitabxana.net


Milli Virtual-Elektron Kitabxananın təqdimatında

 

  “Sağlamlığı məhdud gənclər üçün kreativ-virtual sənət mərkəzi”. Elektron Kitab N 17  (29 -  2018)

 

 Bu elektron kitab Azərbaycan Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə (2017-ci ildə maliyyə yardımı müsabiqəsi), AGF tərəfindən bir hissəsi maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi (Qurumu) tərəfindən həyata keçirilən, http://www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın  “Sağlamlığı məhdud gənclər üçün kreativ-virtual sənət mərkəzi” kreativ-bədii layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır. 


Kreativ-bədii layihənin bu hissəsini maliyyələşdirən qurumlar:

Azərbaycan Respublikası Prezidenti  yanında  Azərbaycan Gənclər Fondu

http://youthfoundation.az


Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi (Qurumu):

 http://www.yysq.kitabxana.net 


Bu silsilədən olan digər  digər e-kitablarını buradan oxuyun:


http://kitabxana.net/?oper=e_kitabxana&cat=179


   “Sağlamlığı məhdud gənclər üçün kreativ-virtual sənət mərkəzi” kreativ-bədii layihə çərçivəsində hazırlanan Feysbukda səhifəmizi və virtual kursu buradan izləyin: 

 https://www.facebook.com/YeniYazarlar/

 


Qəşəm Çıraqlı 


"Yolumuz ömrümüz boyda"


Poetik toplu


Kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb. YYSİB - 2018

YYSİB - Milli Virtual-Elektron  Kitabxananın e-nəşri

Virtual redaktoru və e-nəşrə hazırlayanı:  Aydın Xan (Əbilov), yazıçı-kulturoloq



Qəşəm Çıraqlı. "Yolumuz ömrümüz boyda". Poetik toplu. Tanınmış və məhsuldar Azərbaycan şairi Qəşəm Çıraqlı dəyərli oxucularına növbəti poetik  toplusunu təqdim edir.


 

Redaktor: prof. dr. Minəxanım Nuriyeva-Təkləli, Qafqaz Universiteti

1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü Qəşəm Çıraqlı “Dünya həmin dünyadır”, “Fikir burulğanı”, “Yollar sabaha gedir”, “Ömrümün işığı”, “Mən hamıya inanıram”, “Tarazlıqda yaşayırıq”, “Bir işıq ucundan tutub gedirəm”, “Bu dünya tanrıya səcdə yeridir”, “Yolumuz ömrümüz boydadır”, “Şeir də güzgü kimidir” və “Əsərləri” (I-II cild) şeir kitablarının müəllifidir.

Qəşəm Çıraqlı bədii yaradıcılığındakı uğurlarına görə “Vətən” və “Qızıl Qələm” Media mükafatı diplomları, həmçinin “Qafqaz Media” İctimai Birliyinin fəxri diplomu ilə təltif edilmişdir.


Müəllifin digər e-kitabları burada:


"Əsərləri - l"


http://kitabxana.net/?oper=readBook&id=3848


"Əsərləri - II"


http://kitabxana.net/?oper=readBook&id=3856 


http://kitabxana.net/?oper=readBook&id=2982


http://kitabxana.net/?oper=readBook&id=3846


DİQQƏT!


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.




Minəxanım Təkləli


Hər şey yüzə yüz olmur...


Qəşəm Çıraqlı o nəslin nümayəndəsidir ki, bu nəslin göz açıb gördüyü, ilk həyat dərsləri əmək meydanından alınırdı. Ancaq bu dərslər səmərəsiz də qalmırdı; şairin gələcək mövzularını, həyata baxışlarını formalaşdırıb müəyyən etməkdə idi. Odur ki, hazırkı dövrün səciyyəvi məsələlərinə və qayğılarına, yəni cəmiyyəti məşğul edən, düşündürən, onun indisini və gələcəyini müəyyənləşdirən vacib məsələlər onun şeirlərinin də mövzusunu, məzmununu təşkil etməkdədir. Torpağa, onun sahibi olan insana, əməyə hörmət, tüfeyli həyata, meşşanlığa, rüşvətxorluğa, əliəyriliyə barışmaz mövqe tutmaq və nifrət bəsləmək; insanların, o cümlədən gəncliyin saflıq, təmizlik, azad ruhda tərbiyəsi, halallığa, xalqın milli dəyərləri sayılacaq nələri varsa ona inam və sevgi həm də bu şeirlərin bədii-estetik meyarlarını müəyyənləşdirə bilmişdir. Şairə görə bu gözəl dünyanın keçidləri də, sərt, başgicəlləndirici dolayları da, insanın doya bilmədiyi gözəllikləri də varsa da bu cəmiyyətdəki həmin ikili zidd keyfiyyətlər üzündən, yəni insanın insana, cəmiyyətə, eləcə də təbiətə olan münasibətləri ilə əlaqədardır. Məhz bu əksliyin ucbatından dünya hər bir halında şairi qədər onun oxucunu da ibrətamiz təzahürləri ilə bərk məşğul etməkdədir:
Həyat qılınc kəsməz,
Balta doğramaz kötükdür.
Həyat çəkisiz-ölçüsüz,
Kiminə ağır, kiminə yüngül
Şirinli-acılı bir yükdür.
("Deməli")

Həyat böyük məktəbdir, aqil bir qocadır, demişlər. Məhz buna görə də Qəşəm Çıraqlı həyat, yaşayış qayğıları, gündəlik problemlər və s. haqqında yazarkən onun öz təbii, sakit, təmkinli səsini duymuş kimi olursan. Əlbəttə böyük sözü və eləcə də təcrübəli qələm əhlinin gəldiyi ibrətamiz nəticələr məhz müasirlərimizin canlı həyatını dəqiq müşahidələr əsasında araya-ərsəyə gəldiyindən təsirli və faydalı görünür. Şair bir çox hallarda bir el ağsaqqalı kimi, müdrik söz sahibi olaraq doğma elində-obasında baş verənlərə özünü məsul sayır, etiraz səsini qaldırıb haray salır; bu etirazın ünvanı müxtəlifdir. Şair üçün ən nəcib keyfiyyət, insanda ən qiymətli xüsusiyyət onun vəfalı, etibarlı olmasıdır. Bu etibarsızlıq yaltaqlıq və ikiüzlülüklə birləşəndə yaman olur:

Sağlığında diddilər,
didişdirdilər.
Qədrini bilmədilər,
çərlədib öldürdülər.
Ölüsünü sevdilər,
heykəlləşdirdilər.
"Öldürdülər"

Bunlar əslində ağrı verən, sızıldayan dərddir; cəmiyyəti də eyni dərəcədə düşündürən məsələlərdir; şair onları - riyakar insanları ironiya ilə "zamanə adamları" adlandırır:
Zamanə adamları
Yaman çoxalıb.
Düzlər əyilir,
Əyrilərsə düzəlmir.
Haradansa yadıma düşdü:
Bakı küləklərinə
Baş əyən
Bakı ağacları.
"Zamanə adamları"

Hamıya məlumdur ki, son illərdə kənd yerlərində yaşayışın guya çətin olduğunu bəhanə edib çoxu el-obasını, yurd-yuvasını atıb şəhərə qaçır. Bununla nəsilbənəsil yaşadığı doğma ocaq, yurd-yuva tərk edilir, bir vaxtlar abad olan, şenlik diyarlardan ayaq çəkilir. Bunlar Qəşəm Çıraqlını sıxır, onu düşündürür, çünki göz açıb gördüyü və sevdiyi yerlərin xəyalı əlbəttə onu rahat buraxmır. Lakin şair bununla kəndi və şəhəri bir-birinə qarşı qoymur. Təbiətin öz təbiətini saxladığı dağlar-təpələr şair üçün təmizliyin, mənəvi saflığın da simvoludur. Belə ki, el-obanın, dağın-bağın onun üçün təkcə südünü-qaymağını, çölünü-çəmənini vəsf etdiyi diyar deyil demək istəyir. Aydın olur ki, doğma yerlər şair üçün təmiz hava, ən çox da simvolik mənada təmiz bir dünyadır:
Gedirəm dağlara
Hava almağa,-
Şəhərdə havam
Çatışmır ancaq.
Bilirəm,
Şəhərdən getməsəm
Şəhər məni udacaq...

Qəşəm Çıraqlının Azərbaycanın hər bir bölgəsinə həsr edilmiş şeirləri çoxdur; Vətən guşələrinə, onun rəngarəng bölgələrinə, təbiətinin təsvirinə, bunlarla yanaşı ən gözəl təbii nümunə olan insanına həsr olunmuş şeirlər adda-budda, təsadüfi olmayıb şairin daimi müraciət etdiyi mövzulardır. Qəşəm müəllim üçün ali insani keyfiyyət onun mərdliyi və kişiliyidir:
Kişi kişidir,
Vətənin, ailənin dayağıdır.
Əlsizlərin əli,
Ayaqsızın ayağıdır.
"Kişi"
Qəşəm Çıraqlının xalq ruhunda bəstələnmiş şeirləri öz forma və şəkli kimi daxili məzmunu və siqləti də xəlqidir. Eli-xalqı düşündürən nə varsa bunu şair elə elin-xalqın öz üslubunda, onun öz dililə də çatdırmağı bacarır. Xüsusən qısa, az qala ilk baxışdan yarı-yarımçıq təsiri bağışlayan bu parçalarda mükəmməl həyat səhnələri, insana məxsus xasiyyət və xislətlər, xarüqə keyfiyyətlər üzə çıxır:
Qadının güçü
Zərifliyi boydadır.
yaxud,
Dərd dərddir -
Deyil daş-divar.
Dərdin də
öz dərdi var

Öz lakonikliyi, sadə və yığcamlığı etibarı ilə hazırcavab, ötkün bir nitq keyfiyyəti daşıyan bu kiçik parçalar hikmətli-ibrətli ifadələrə yaxınlaşır:
Necə ki deyilməyib-
söz ölüdür.
Elə ki deyildi,
Yaz gülüdür.
eləcə də:

Qılınc qında yuxuludur,
Qından çıxdı-qorxuludur.

və ya:
Eyibinə yamaq vur,
Ayıbın görünməsin. və s.
qeyd etdiyimiz kimi öz fikri ciddiliyi ilə yanaşı dilimizin dərin aforizmləri xatırlatmaqdadır.
Şairi cəlb edən məsələlər, onu düşündürən mövzular: doğma diyar, bizim ellər, bərəkətli çöllər, 20 yanvar... Xocalı... Qarabağ... vətəndaş qayğılarından doğmuşdur; bunlar eynilə müəllifin çeşid-çeşid daxili duyğuları ilə həmahəng səslənən, əks-səda tapan mətləblər, məqsədlər, arzulardır. Əgər desək ki, bu şeir parçalarında adət etdiyimiz şəxsiyyətlər, şairin yaxşı tanıdığı insanlar demək olar ki, yoxdur, bunu da müəyyən mənada təbii qarşılamaq mümkündür. Və düşünürsən ki, sanki bu şeirlər ayrı-ayrı adamlara - şairin özünə çox yaxın olan, sirdaş olduğu adama, qəlb dostuna, oğluna-qızına, bir sözlə bu adamlara ünvanlansaydı bəlkə çox şeyi itirərdi. Lakin belə deyil və nə yaxşı ki, şeirlər şairi cəlb edən mənəvi-insani keyfiyyətlərə ünvanlanıb. Bir çox hallarda bu elə belədir ki, var. Demək ki, şair ayrı-ayrı əzizlərinə, tək-tək adamlara, konkret şəxslərə nə deyəcəksə elə məhz onu insana-insanlığa deyir. Məqsədinə nail olur şair; təbliğ etdiyi ideyaları oxucularına yetirə bilir. Çünki yanlış hallar, tənqid olunası keyfiyyətlər, nə qədər qeyri-insani olsa da yenə insana məxsus olan ziddiyyətli xislətlər şairi narahat edir:
Həyat həyatdı də,
Hər şey yüzə yüz olmur.
Vaxtında qəddara - qəddar,
Namərdə - namərd deməyə
İnsanda
cəsarət olsa da
üz olmur, olmur.
("Üz olmur")

Şeir misra-misra, söz-söz yaranır, hasilə gəlir, heç də bunlar asanlıqla başa gəlmir. O da doğrudur ki, qələmində xoş əməllərə, düzlüyə-dincliyə, yaxşılığa, xeyirxahlığa çağırış çox güclüdür. Bunlar bir zəhmət adamı olan, halallıqla öyünən şairdə onun öz həyat yolundan, xasiyyətindən, davranışından qaynaqlanır.
Mən söz demirəm,
Vəsiyyət edirəm.
Ərənlər gedən yolu
Təkrar edirəm,
Tərk etmirəm.

Qəşəm Çıraqlının şeirlərində - bu lirik nümunələrdə obrazlılıq, xəlqi qaynaqlardan gələn bədii müqayisələr ahəngdarlığı artırır, sözün təsirini gücləndirir.
Qəlbimdə bir sevgi cücərir,
Kimə boylanacaq,
Kimə qismət olacaq-
bilmirəm.
Hər əzaba sinə gərir,
Gizlin-gizlin cücərir.
Boy atır, yekəlir - bilirəm,
Kimə qismət olacaq-bilmirəm.
deyən şair belə həzin, oxşama tərzli şeirləri ilə yanaşı ən çoxu da yarı ciddi, yarı şux-məzəli bir tonda:
Yaxşılıq edənlə
Yaxşılıq edilən-
bir tərəzinin
tarazlaşmış gözləridir.
"Yaxşılıq"

"Şeir də güzgü kimidir"
Güzgü-güzgüdür:
...daxili aləmin zənginliyini,
ənginliyini göstərir.

deməklə əslində saf, təmiz və sadə duyğuları dilə gətirir. Bu parçalarda tərəzi-tarazlaşmaq; zənginlik-ənginlik kimi yaxın sözlər özü bir gərəkli olan harmoniya yaradır, şeiri də, fikri də maraqlı edir. Həmin ovqatda yazılmış və lirik qəhrəmanın ən başlıcası fədakar, səmimi hisslərini çatdıran:
Mən səni başıma
tac eyləmişdim.
Tac təki zirvədə
dura bilmədin.
Qarışıb göz yaşlarıma
düşdün gözümdən.
misraları göstərir ki, şairin həqiqətən yağış kimi üşüdən, od kimi yandıran bir təəssüratı ifadə edən təsirli poetik parçaları da vardır. Qəşəm Çıraqlının insan ömrünə, bu ömrün zirvəsi, bir növ nəticəsi, yekunu sayılan qocalığa, ömrün ahıl çağlarına da deməyə sözü vardır. Şair bu zaman da öz yarıməzəli, yarı ciddi, həm də saf, səmimi tərzinə sadiq qalır, qocalıq çağlarını ruh yüksəkliyi, əzm və səbatla dəyərləndirir.
Ömrümüzü uşaqlıqda - uşaqlığa,
Gənclikdə-gəncliyə
İsraf etdik,
Xərclədik.
Qocalığa-
nimdaş paltar təki gəldik.
"Qocalığa nimdaş gəldik"
Yenə həmin üslubda, səmimi bir tərzdə deyib çatdırdığı:
Həyat şirindir,-bilirəm,
Həkimdən-həkimə varıram.
Tutmağa Tanrı ətəyi,
Saman çöpü axtarıram.
şeirində yaşamaq uğrunda mübarizə, könül çırpıntıları əks olunur. Bu parçada Qəşəm müəllim üçün həyat bayağı bir həvəs-ehtiras deyil, mənalı ömür arzuları, tam dolğun bir yaşam sevgilərindən nəşət edən istəkdir. Beləliklə şairin daxili dünyası da çox böyükdür. Kitabdakı şeirlərin təhlili göstərir ki, bu ürəklərin gözəlliyidir; daha doğrusu, ürəkdən gələn, ruhdan süzülən qiymətli duyğuların dəyəridir.
Şairin müraciət etdiyi mövzular rəngarəngdir və qeyd etdiyimiz kimi, bu zaman hikmət, mənalandırma, nəticələndirmə özünü qabarıq hiss etdirir. Qəşəm Çıraqlı
milli - mənəvi dəyərlərimiz kimi əxlaqi-mənəvi irsimizə də ehtiramla, sayqı ilə yanaşır. Şairin əsərlərinin müəyyən qismi bu sayaq mövzulara həsr edilməklə ruhi aləmimizin ən yaxşı, ən lazımlı ifadəçisinə çevrilir:
Kim kimi sevir-sevsin,
Nə işimiz var.
Sevən də, sevilən də əzizimizdir.
Təki insanı Tanrı sevsin,
Tanrı sevgisi bəsimizdir.
"Kim kimi sevir"

Yurdun Xocalı harayını, Şuşa -Qarabağ dərdini-nisgilini şeirlərində dönə-dönə bəyan edən şairin sanki millətin bu faciəli tarixi ilə bağlı sözü nə qurtarır, nə də dərdinin odu səngiyir. Bu dərdin əks-sədası onun bu örnək olaraq verdiyimiz nümunə qədər əksər şeirlərində bir ürək nidası kimi daim vurmaqdadır.
Ürəyimdə
Qarabağ nisgili vardı.
Ürəyim dərd əlindən
Cadar-cadardı.
Qarabağ təki
Vüqarım vardı...
"Ürəyim cadar-cadardı"
Bu şeirlər sözlə nəqş edilən mənzərələrin də boyalardan yapilmiş şəkillər kimi heç vaxt solmayacağına, təsir qüdrətinin əksilməyəcəyinə bizi də inandırır. Bu mənzərə -sözlə çəkilmiş, güclü duyğunun əsəri olan şairanə peyzaj sözün də əsrarəngiz rəngləri olduğunu göstərir.
Gəldi,
meşələri lüt-üryan qoydu payız.
meşələr gizlənməyə,
bürünməyə
Yarpaq tapmadı.
Ağaclar meşədən qaçmaq istədi,
Xəzəllər sərildi ayaqlarına...
Şairin sözə münasibətini gəlin sadə bir yaradıcılıq halı, vərdişə çevrilmiş bir yazı tərzi kimi qəbul etməyək. Bir çox hallarda sözün özü şair üçün düşüncə mənbəyinə çevrilir, sözün məqamı, təbiəti onu məsuliyyətli fikirlərə çəkir. Odur ki,
Söz ilan təki
neçə dəfə
qabıqdan çıxır,
qabığını dəyişir
söz şeir olana qədər
deyən şairin kitaba daxil edilən şeirlər üzərindəki müşahidələrimiz zamanı onun öz dilinə məsuliyyətlə yanaşmasını üzə çıxaran "qələm də nadinc uşaq kimidir", "tüstüsü də olmayacaq, istisi də olmayacaq", "tanrı əmri", "əlsizlərin əli", "dərdin də öz dərdi var" "layla tumarı, qoca əyyam... və s. kimi duyğulu, poetik , həm də şeir yazmanın məsuliyyətini çatdıran örnəklər diqqətimizi çəkdi. Qəşəm Çıraqlı
Bir söz şeirə gəlirsə,
Yer tapıb yerləşirsə,
Demək doğmadır bizə,
Doğmadır dilimizə.
dedikdə məhz son zamanlar başı çıxdı-çıxmadı, dilimizi mənşəcə eşələyənlərə, doğma dilimizdə "yad" söz axtarışına çıxan "sözbazlara" üzünü tutur. Bu, ziyalı mövqeyidir, alqışlara layiq vətəndaş görüşüdür.
Hər gün
Yaza-yaza
yazmaği,
Oxuya-oxuya
dil öyrənirəm.
Dildən
söz dərirəm,
Sözü şeirə döndərirəm.
("Öyrənirəm")

Bu mənada həmin misraları sözə, söz sənətinə sayqı və hörmətə həsr olunduğunu düşünmüş olursan.
Qəşəm Çıraqlı bir neçə şeir kitabı müəlifidir və inanırıq ki, zamanı və onun - ən aktual problemlərini daim diqqət-nəzərində saxlayan şairin bu kitabı da oxucu auditoriyası tərəfindən maraqla qarşılanacaqdır.
Şeirlər tərcümeyi-halım,-
Qəlbimin dərinliyindən
Üzə çıxmış duyğularım...
Oxuyun şeirlərimi.
Nə yaxşı ki, şair həyat maraqlarını, mübarizə və amallarını şeirlərinə - bədii yaradıcılığına köçürə bilmişdi.


26 iyun 2013