Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Əli Həsənov. "Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasətinin əsasları". Professor Əli Həsənovun yeni elmi-analitik monoqrafiyası milli inkişaf və təhlükəsizlik məsələlərimizin intellektual tərəflərinə işıq salır

Müəllif:

Əli Həsənov


Kateqoriya:

Geosiyasət, siyasi elmlər



Qısa Təsvir:

Əli Həsənov. "Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasətinin əsasları". Professor Əli Həsənovun yeni elmi-analitik monoqrafiyası milli inkişaf və təhlükəsizlik məsələlərimizin intellektual tərəflərinə işıq salır...


Baxış sayı: 900
    
    


www.kitabxana.net

Milli Virtual-Elektron Kitabxananın təqdimatında

 

  “Geosiyasət və siyasətşünaslıq”. Elektron Kitab N 75  (06 -  2017)

 

 Bu elektron kitab Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi (Qurumu) tərəfindən həyata keçirilən,   http://www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın  “Geosiyasət və siyasətşünaslıq” intellektual-elmi, analitik-ictimai elektron kitablar silsiləsi çərçivəsində nəşrə hazırlanıb və yayılır. 


Silsilənin bu hissəsini maliyyələşdirən qurum


Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi (Qurumu):

 http://www.yysq.kitabxana.net 


Bu silsilədən olan digər  digər e-kitablarını buradan oxuyun:


http://kitabxana.net/?oper=e_kitabxana&cat=181



 Əli Həsənov


 "Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasətinin əsasları."


Elmi-analitik monoqrafiya


 MİLLİ İNKİŞAF VƏ TƏHLÜKƏSİZLİK

SİYASƏTİNİN ƏSASLARI

 MİLLİ MARAQ VƏ MİLLİ

TƏHLÜKƏSİZLİK ÖLÇÜLƏRİ

 TƏHLÜKƏSİZLİK SAHƏSİNDƏ DAXİLİ VƏ

XARİCİ SİYASƏT STRATEGİYASI

 BEYNƏLXALQ VƏ REGİONAL

TƏHLÜKƏSİZLİK SİYASƏTİ

 GEOSİYASİ STATUSU, FƏALİYYƏT

KODEKSİ VƏ İNKİŞAF PERSPEKTİVLƏRİ

 ERMƏNİSTAN-AZƏRBAYCAN, DAĞLIQ

QARABAĞ MÜNAQİŞƏSİ VƏ ONUN MİLLİ

TƏHLÜKƏSİZLİYƏ TƏSİRİ


Kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb

YYSİB - Milli Virtual-Elektron  Kitabxananın e-nəşri

Virtual redaktoru və e-nəşrə hazırlayanı:  Aydın Xan (Əbilov), yazıçı-kulturoloq


Elmi redaktoru: Elçin Əhmədov, siyasi elmlər doktoru

Rəyçilər: Musa Qasımlı, tarix elmləri doktoru, professor

Hikmət Məmmədov, siyasi elmlər doktoru


Ə.M.HƏSƏNOV. Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasətinin əsasları. Bakı, “Zərdabi LTD”, 2016, 700 s.


Azərbaycanda dövlət müstəqilliyinin bərpa edilməsindən sonrakı iyirmi beş illik müddət ərzində milli inkişaf və təhlükəsizlik siyasətinin əsasları, məqsəd və vəzifələri, başlıca istiqamətləri və mexanizmləri sistemli şəkildə tədqiq olunur, ictimai-siyasi, sosial-iqtisadi, hərbi-sərhəd, nəqliyyat-tranzit, ərzaq, informasiya, ekologiya və s. sahələrində həyata keçirilən təhlükəsizlik fəaliyyətinin geniş politoloji təhlili aparılır, ölkənin milli, regional və beynəlxalq təhlükəsizlik sahəsində yürütdüyü siyasətin, təhlükəsizlik sahəsində həyata keçirilən tədbirlərin, daxili və xarici fəaliyyətin elmi-nəzəri aspektləri araşdırılır, milli təhlükəsizlik strategiyasının formalaşması, həyata keçirilməsi, praktiki nəticələri və səmərəlilik dərəcəsi geosiyasi cəhətdən qiymətləndirilir. 

Monoqrafiyada ayrıca olaraq Azərbaycan Respublikasının geosiyasi kodunun, təhlükəsizlik sahəsində milli və xarici siyasət konsepsiyasının hazırlanması, milli maraq çərçivəsinin müəyyənləşməsi və təmin edilməsi kimi çoxsaylı hərbi-geostrateji və geosiyasi məsələlər təhlil olunur, dövlətin gələcək inkişaf perspektivləri, təhlükəsizlik sahəsində dünyanın və regionun geosiyasi güc mərkəzləri ilə münasibətləri, Xəzərin enerji resurslarının istismarı və dünya bazarlarına çıxarılması, Şərq-Qərb, Simal-Cənub nəqliyyat-kommunikasiya dəhlizləri və s. transmilli layihələrin təhlükəsizliyinin təmin edilməsinin vacib aspektləri araşdırılır.

Monoqrafiyanın faktiki materialları, müddəaları və nəticələri həm elmi-nəzəri, həm də praktiki əhəmiyyət daşıyır. Ondan gələcək tədqiqat işlərində, mövzu üzrə dərslik, dərs vəsaiti və ümumiləşdirilmiş əsərlərin yazılmasında, universitetlərdə və xüsusi ali məktəblərdə təhlükəsizlik kursu üzrə mühazirələrin tərtib edilməsi və seminar məşğələlərində, Azərbaycan Respublikası XİN, DTX, MN və digər nazirlik, xüsusilə xarici siyasət məsələləri ilə məşğul olan qurumların praktiki fəaliyyətində, kütləvi informasiya vasitələrində, təbliğat işlərində və s. sahələrdə istifadə etmək olar.

ISBN 978 9952 504 25 5

© Həsənov Ə.M., 2016

© “Zərdabi LTD” MMC, 2016



Professor Əli Həsənov


Əli Məhəmmədəli oğlu Həsənov (10 mart 1960, Şərur rayonu, Tənənəm) — Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri, tarix elmləri doktoru, professor.

1992-1993-cü illərdə Naxçıvan Dövlət Universitetinin Tədris şöbəsində inspektor, baş laborant, 1994-1995-ci illərdə Yeni Azərbaycan Partiyasının İdeologiya şöbəsinin müdiri, 1995-1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsi müdirinin müavini, 1996-2005-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri təyin edilib.

1-ci dərəcəli dövlət müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 9 mart 2010-cu il tarixli Sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi təyin edilib.

1 iyun 2017-ci il tarixindən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiridir...


 

DİQQƏT!


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.