Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Eduard Uspenski. "Timsah Gena və onun dostları". Povest. Tərcüməçi: Bəhram Basqallı. "Dünya uşaq ədəbiyyatı inciləri" silsiləsindən Rusiyanın tanınmış imza sahibinin dillərəzbəri əsərini ana dilimizdə təqdim edirik.

Müəllif:

Eduard Uspenski


Kateqoriya:

Rusiya Federasiyası



Qısa Təsvir:

Eduard Uspenski. "Timsah Gena və onun dostları".  Povest. Tərcüməçi: Bəhram Basqallı.  "Dünya uşaq ədəbiyyatı inciləri" silsiləsindən Rusiyanın tanınmış imza sahibinin dillərəzbəri əsərini ana dilimizdə təqdim edirik.


Baxış sayı: 2330
    
    


www.kitabxana.net

Milli Virtual-Elektron Kitabxananın təqdimatında

 "Dünya uşaq ədəbiyyatı inciləri". Elektron kitab N 103 (01 - 2016)


Bu e-kitab Yeni Yazarlar və Sənətçilər Qurumunun "Dünya uşaq ədəbiyyatı inciləri" ədəbi-kulturoloji layihəsi çərçivəsində təqdim edilir. 


Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:

Yeni Yazarlar və Sənətçilər Qurumu - http://www.yysq.org

Azərbaycan Yazıçılar Birliyi - http://www.azyb.net


Eduard Uspenski


Timsah Gena və onun dostları


Povest


Tərcüməçi: Bəhram Basqallı

Redaktə və bütün hüquqlar tərcüməçiyə məxsusdur

Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb
Virtual redaktoru, e-nəşrə hazırlayanı: Aydın Xan Əbilov, yazıçı-kulturoloq
YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri. Bаkı - 2016


Eduard Uspenski. "Timsah Gena və onun dostları".  Povest. Tərcüməçi: Bəhram Basqallı.  "Dünya uşaq ədəbiyyatı inciləri" silsiləsindən Rusiyanın tanınmış imza sahibinin dillərəzbəri əsərini ana dilimizdə təqdim edirik. "Gaşıoğlu" nəşriyyatı, 2010.


DİQQƏT


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsin şamil olunmur.

 

ALIM, ŞAİR, PUBLİSİST BƏHRAM BASQALLI 



b.basqalli


Quluzadə Bəhram Əndəlib oğlu (Bəhram Basqallı) 1955-ci il iyunun 21-də Basqalda dünyaya göz açıb. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsini fərqlənmə diplomu ilə bitirib. O vaxtdan taleyini akademik Tofiq İsmayılovun yaradıcısı və başçısı olduğu Azərbaycan Milli Aerokosmik Agentliyi və Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ilə bağlayıb.
Bəhram Basqallı astronomiya üzrə fəlsəfə doktorudur. Bəhram Basqallı qoşa ulduz sistemlərinin partlayışlı kütlə itkilərindən sonra təkamülü kimi aktual astrofiziki problemi səma mexanikasının metodlarını tətbiq etməklə tədqiq edərək bu köhnə-yeni məsələdə ilk dəfə ehtimal nəzəriyyəsindən istifadə etməklə bir sıra maraqlı nəticələr almışdır. Bəhram Basqallı respublikamızda və onun hüdüdlarından kənarda həm də öz bədii yaradıcılığı ilə tanınır. Onun elmi-fantastik hekayələri, lirik və satirik şeirləri müntəzəm olaraq qəzet və jurnallarda dərc olunur, "Canım Qırat, gözüm Dürat" adlı pyesi Abdulla Şaiq adına Dövlət Kukla Teatrında tamaşaya qoyulmuş və on il ərzində repertuardan düşməmişdir.
Bəhram Baqsallı 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. O, bir sıra orijinal və tərcümə kitablarının müəllifidir. Eləcə də bir neçə kitaba redaktorluq edib. Televiziya və radioda çoxsaylı verilişlərin müəllifi, iştirakçısı və aparıcısı olub. Tamaşaçı və dinləyicilər onun "İdrak", "Gənclik", " Dalğa", "Ədəbi üfüqlər" , "Fantastika klubu", "Ulduzların işığında" , "Göy üzü" və s. verilişlərdəki çıxışlarını yaxşı xatırlayırlar.
60 illik yubileyini qeyd edən Bəhram Basqallının qəlbi hələ yaşamaq və yaratmaq eşqiylə çırpınır. AMEA Şamaxı Astrofizika Rəsədxanasının kollektivi iş yoldaşları, Bəhram bəyə cansağlığı, səadət, çoxşaxəli yaradıcılığında uğurlar diləyək!