ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Milli Virtual Kitabxananın təqdimatında
“Çağdaş pyes” N 02 (13 - 2013)
Bu elektron nəşr http://www.kitabxana.net - Milli Virtual Kitabxananın “Çağdaş pyes” Kulturoloji-şəbəkə ədəbiyyatı layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır.
Elektron Kitab N 02
YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 02 (13 - 2013)
Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:
YYSQ və Azərbaycan Yazıçılar Birliyi - http://www.azyb.net
Füzuli Yavər
"Talisman, yaxud Fəlakətlər gecəsi"...
(Bir az magik, bir az dramatik, qeyri-adi bir əhvalat)
İki hissəli pyes
Redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq
Bir qədər erotik, bir qədər magik, bir qədər realizmdən də o yana-naturalist, bir az simvolik, fantastik, psixoloji, postmodernist, üç nəfərin iştirakı ilə (Nərgiz nənə, onun gənc və gözəl nəvəsi Lilpar və gənc həkim Tamer) bir payız gecəsi bir kənd evində, yarımqaranlıqda baş verən dramatik bir əhvalat.
Milli dramaturgiya ənənələrinə, milli teatr estetikasına, ekzotikasına o qədər də uyğunlaşmayan bu mətn ola bilsin ki, səbirsiz, təmkinsiz oxucuya, tamaşaçıya darıxdırıcı, üzücü görünsün.
P.S. Pyes əsasında tamaşa hazırlamaq fikrinə düşən rejissor həmkarıma bir neçə söz: sizi uğursuzluq gözləyə bilər. Bu bəladan qaçmaq istəsəniz bir qədər naturalistcəsinə təsvir edilmiş hadisələrin magiyasını, poetikasını tapmağa çalışmaq lazımdır. Remarkalara laqeyd qalmayın. Mətndə ixtisar müəyyən məntiqlərin pozulmasına gətirib çıxardacaq. Səhnələrin kameralılığı vacib şərtdir. Lilpar obrazını oynayacaq aktrisa tapmaq da müşkül məsələ ola bilər...
TALİSMAN, yaxud FƏLAKƏTLƏR GECƏSİ
BİR AZ MAGİK, BİR AZ DRAMATİK,
QEYRİ-ADİ BİR ƏHVALAT
**** iki hissəli pyes ****
ƏHVALATIN İŞTİRAKÇILARI:
TAMER - otuz-otuz beş yaşlarında.
Uzun, dalğın saçları var.
Melanxolik təbiətli, daim
fikri-xəyalı başqa yerdə.
NƏRGIZ NƏNƏ - arıq, ucaboy, cavanlıq
gözəlliyinin əlamətlərini hələ
qoruyub saxlamış yetmiş yaş-
larında pərişan əhvallı bir qarı.
Ağır-ağır, təmkinlə, sirli bir
tərzdə danışır.
LILPAR - onun nəvəsi. Gənc, yaraşıqlı
qadın. Həmişə narahatdır.
SABBAT oyunçulari - cadugərlər,
ifrətələr.
BİR PAYIZ GECƏSİ, XX ƏSRİN SON İLLƏRİ.
Salam, Aydın müəllim.
Kitabxana.net-ə bir orjinal pyes göndərdim. 12 il bundan öncə işlənməsinə baxmayaraq bu yazını hələ heç yerə təqdim etməmişəm. Bu bir qədər fərqli işdir. (Bu mənim ən sevimli işimdir. Dörd ilə yazılıb.)
Mən bilirəm ki, onu çoxları qəbul edə bilməyəcək. Onu da bilirəm ki, bu pyesi bizdə hazırlaya biləcək teatr, xüsusən də Lilpar obrazını oynamağa razılaşacaq aktrisa çətin tapılsın.
Pyesi yalnız bir dəfə elə-belə oxumaq üçün rəhmətlik Əliabbas Qədirova vermişdim. Azdramada bədii rəhbər işlədiyi vaxtlar idi. Gözlədiyimin əksinə olaraq "Bu nə qiyamət pyes imiş" deyərək onun tamaşaya qoyulmasını elə mənim özümə həvalə etmək istədi. Mən riskə getmək istəmədim. "Elə isə özüm hazırlayaram, sənin iştirakınla" dedi. Milli Teatrın aktyorların dəyişməz ənənəsilə bu pyesin tələb
etdiyi oyun üslubunun uyğun gəlməyəcəyini bildirincə dedi ki, institutda sonuncu kursda oxuyan tələbələrim var, onların arasından ifaçıları seçə bilərəm. Razılaşdıq. Hazırlıq mərhələsi başladı. Bədii tərtibat üçün rəssam tapdıq. Plastik səhnələrin qurulması üçün Pantomima teatrı ilə danışıq apardıq. Musiqi məsələsini həll etdik. Hətta maliyyə dəstəyi məqsədilə sponsor da tapdıq. Təəssüflər ki... Qədirovun qəfil ölümü hər şeyi yarımçıq qoydu. Elə ruhdan düşdüm ki, daha bu işlə heç maraqlanmadım da. Bəlkə deyirəm, saytda pyesi oxuyan hər hansısa bir rejissoru cəlb edə bu yazı.
Ən əsas da, Sizin şəxsi rəyinizi bilmək istərdim. Nədənsə, sizin zövqünüzə çox inanıram.
Hörmətlə: Füzuli YAVƏR.
Müəllifin digər pyesi burada:
http://www.kitabxana.net/?oper=readBook&id=1636