İradə Məlikova. "Azərbaycanda yaşayan xalqların Atalar sözləri və deyimləri". Multikultural toplu. Tədqiqatçı-tərcüməçi, etnoqrafçı İradə Məlikovanın hazırladığı bu iş diqqətəlayiqdir və hazırladığı “Azərbaycanda yaşayan xalqların sözləri və deyimləri” kitabını nəşr etməyi lazım bildik. Əsər həmin xalqların qiymətli irsini qoruyub saxlamaq baxımından faydalıdır. On bir xalqın şifahi ədəbiyyatından və ya informatorlardan toplanan bu atalar sözləri və deyimlərinin bir çoxu bəlkə də ilk dəfə olaraq yazıya alınmışdır. Bu da kitabın əhəmiyyətini daha da artırır.