Zaur Ustac. "Usubcan əfsanəsi" (Məqalələr. I toplu). Bu kitabda Zaur Ustacın müxtəlif elektron kütləvi informasiya vasitələrində dərc olunmuş, olduqca fərqli mövzuları əhatə edən məqalələri toplanmışdır.
Zaur Ustac. "Gülünün şeirləri". Bu kitabda əlifbamızda olan bütün hərflərə aid maraqlı və əyləncəli uşaq şeirləri, həmçinin "1"dən "10"-qədər rəqəmlərə aid tapmaca - şeirlər toplanmışdır...
Zaur Ustac. "Qəlbimin açıqcası". Müəllifin "Qəlbimin açıqcası" adlandırdığı bu kitab sözün əsl mənasında bir qəlbin harayı, hıçqırtısı, olduqca kövrək duyğuların təzahür forması, kağız üzərində inkasıdır.
Zaur Ustac. "Bayatılar - بایاتیلار ". Bu kitabda Zaur Ustacın müəllifi olduğu bayatılar toplanmışdır. Kitabın özəlliyi ondadır ki, iki qrafika ilə həm Az-latın, həm də Əski əlifba nəşr olunmuşdur.
Zaur Ustac. "Ustadnamə". Kitab iki hissədən ibarətdir. "Ustadnamə" və ya "Kitab haqqında kitab" adlanan birinci hissədə müəllifin söz, kitab haqqında düşüncələri, 1/4 adlandırılmış ikinci bölümdə isə müxtəlif illərdə qələmə aldığı yeni şeirlər toplanmışdır.
Zaur Ustac. “Oriyentir ulduzu”. (Yeniyetmələr üçün. Povest). Kitab yeniyetmə və gənclərdə vətənpərvərlik hissini gücləndirmək məqsədilə qələmə alınıb... "Çağdaş Azərbaycan bədii nəsri" ədəbi-kulturoloji layihə