İqtisadi-innovativ məqalələr toplusu Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi tərəfindən həyata keçirilən “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsi çərçivəsində nəşrə hazırlanaraq yayımlanır.
Seçmə məqalələr toplusunda YYSİB sədri, tanınmış yazıçı-kulturoloq Aydın Xan Əbilovun Azərbaycanın kulturoloji-mədəni xəritəsi, eləcə də dövlətimizin mədəniyyət siyasəti, Prezident İlham Əliyevin humanitar sahəyə qayğısı və başqa mövzular araşdırılır.
Almanax AGF və YYSİB-nin “Torpağı Vətənə çevirənlər” gənclər üçün motivativ real və virtual hərbi-vətənpərvərlik aksiyaların təşkili” mövzusunda hərbi-vətənpərvərlik, kreativ layihəsi çərçivəsində hazırlanıb
“Qarabağ bülbülləri – 50″: “Yaralı səs”. Bu toplu Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi tərəfindən həyata keçirilən “Qarabağ bülbülləri – 50″: “Yaralı səs” – Vətənpərvərlik mövzusunda sənədli film çəkilişi və kitab nəşri” layihəsi çərçivəsində hazırlanmışdır.
"İctimai nəqliyyatda davranış mədəniyyəti". Elmi-kütləvi toplu. SİMİB-nin layihəsi əsaında hazırlanıb. Hazırlayanı və ümumi redaktoru, layihə rəhbəri: Aydın Xan Əbilov.
"Mir Cəlalın fikir dünyası". Aforizmləri. Elmi məqalələr toplusu. Bu elmi-filoloji nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi tərəfindən həyata keçirilən "Mir Cəlal Paşayev": Gənclər üçün İnternet e-kitabxana və kreativ-innovativ mərkəz" layihəsi çərçivəsində hazırlanmışdır.
"Nəqliyyata ictimai nəzarət": ictimai nəqliyyatda sivil davranış mədəniyyətinin inkişafına dəstək!" mövzusunda tədbirlərin təşkili”. SİMİB-nin innovativ layihəsi haqqında geniş bilgilər...
“İmadəddin Nəsimi. 650 illik poetik-fəlsəfi yol”. Elmi-kütləvi toplu. III e-Cild. Kitabda “Nəsimi-650” yubiley ili münasibəti ilə müxtəlif tədbirlərin, layihələrin, görüşlərin materialları, elmi-filoloji məqalələrdən seçmələr yer alıb.
Сеид Имадеддин Насими. Imadaddin Nasimi. “İmadəddin Nəsimi. 650 illik poetik-fəlsəfi yol”. IV e-Cild. Elmi-kütləvi e-toplu. Dünya dillərində materiallar. Elektron kitabda "İ.Nəsimi-650” yubiley ili münasibəti ilə dünyanın aparıcı dillərində, filoloq- alimlərin, cavan təqdiqatçıların materialları, eyni zamanda dahi mütəffəkkir şair, lirik-fəlsəfi söz sənətkarı İmadəddin Nəsimi və Nəsimişünaslıq mövzusunda elmi-kütləvi məqalələri yer alıb.