Əvəz Süleyman. "Əfsanəyə çevrilmiş ömür". Şamaxıda yaşayıb-yaradan tanınmış ziyalı, 10 kitab müəllifi Əvəz Süleymanın bu əsərindəŞirvan elinin inanc yeri müqəddəs övliyalar nəslinin layiqli varisi olmuş Hacı Ağanın (Mirməmmədtağının) şərəfli ömür yolundan bəhs olunur.
Əvəz Süleyman. "Dünyadan qalsın". Aforizmlər. Kitabda tanınmış yazıçı, ziyalı və pedaqoqun indiyə qədər müxtəlif əsərlərində getmiş mənalı fikirləri, eləcə də aforizmləri və fəlsəfi düşüncələri yer alıb.
Əvəz Süleyman. "Dərd yazanın dərdi". Kitabda Şamaxıda yaşayıb-yaradan tanınmış ziyalı, 10 kitab müəllifinin müxtəlif illərdə böyüklər və uşaqlar üçün qələmə aldığı maraqlı, oxunaqlı əsərlər oplanıb. Kitabda müasir həyada hər an rastlaşdığımız, yaşadıqlarımız və gördüklərimiz yazıçının dili ilə obrazlı şəkildə təsvir olunmuşdur. Burada daha çox müəllifin qələmə aldığı hekayə və povestləri toplanmışdır. “Çağdaş Azərbaycan nəsri”: 15 (111 - 2013). Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.