Rövşən Yerfi. “Günahsız” qatil". Povest. Qadın səadəti... Qadını o səadətə yetişdirəcək sevgi uğrunda uğursuz cəhdləri, çarpışması... Sevgidən yaranan qısqanclıq zəminində cinayətin törənməsi. Və nəticədə sevgi umduğu insanların etinasızlığı üzündən qadının “günahsız” qatilə çevrilməsi...
Rövşən Yerfi. "Sel" (povest). Bu dünyada elə bir yük var ki, nə gizlətmək mümkündür, nə də daşımaq... Bir sel gəldi,bütün natəmizliklərin üstünü açdı, özü-özünü aldatmaq istəyənlərin ümidlərini puç edən bir sel!.. “Çağdaş Azərbaycan bədii nəsri”: 17 (132 - 2013)
Rövşən Yerfi. "Residivist". Povest. Kitabada olan “Residivist” povestində residivist hesab edilən bir məhkumun faciəli həyatından bəhs edilir. Əsər penitensiar xidmət əməkdaşı tərəfindən qələmə alınmışdır.
Rövşən Yerfi. “Qadın düşərgəsi” (Povest). Kişilər üçün kitab. Nəsrimizdə qadın cəza evindən bəhs edən ilk əsər...Kitаbdа qаdın islаh-əməк düşərgəsinə düşmüş qаdınlаrın таlеyindən, düşərgələrdəki həyаt tərzindən, ən əsаsı isə qаdınlаrı belə yerlərə düşməyə gətirən səbəblərdən bəhs еdilir. Pоvestin bu mövzudа yazılmış digər əsərlərdən böyüк bir fərqi də оnlаrın хidməт əməкdаşı tərəfindən qələmə аlınmаsıdır.
Rövşən Yerfi. “Üzdəniraq ada”. Detektiv-realit roman. Kitaba daxil olan “Üzdəniraq ada” romanı cəzaçəkmə müəssisələrinin əsasən 1995-2000-ci illər dövründən bəhs edir. Əsər həbsxana mühitini bütün mərtəbələrində uzun illər boyu daxildən müşahidə etmiş penitensiar xidmət əməkdaşı tərəfindən qələmə alınmışdır. Kitab görmədən bilmək istəyənlər və həyatın qədrini bilməyənlər üçün daha maraqlı olacaqdır.