“Ədəbi körpü”. Aylıq ədəbi e-dərgi. XXV sayı. İranda - Güney Azərbaycanda hazırlanaraq yayımlanır və aylıq ədəbi elektron dərginin bu yeni sayında o taylı-bu taylı müxtəlif düşüncəli yaradıcı adamlarımızın ədəbi-bədii nümunələri verilib.
"Qarabağ Azərbaycandır." Ali Baş Komandan İlham Əliyev. YYSİB-nin hərbi-vətənpərvərlik, kulturoloji elektron kitablar layihəsi. "Qarabağ Azərbaycandır." "Filoloq" qəzetinin xüsusi buraxılışı.
"Dövlətimiz - dilimiz". Elmi məqalələr toplusu. Tərtibçi-redaktor: Gülayə Könül (Rzayeva). Bu elmi nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Qayğı və Himayə" Xeyriyyə Fondu tərəfindən həyata keçirilən "Azərbaycan dövlət dilinin qorunması və inkişafı istiqamətində tədbirlərin təşkili" layihəsi çərçivəsində hazırlanıb.
"Şəhidlik: qəhrəmanlıq zirvəsi". Şəhid analarının ismarıcları. Publisitik və poetik əsərlər toplusu. ŞASDİB layihə toplusu. Tərtibçi və redaktor: Almaz Zeynalova. Bu ədəbi-poetik nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyi tərəfindən reallaşdırılan "Sosial şəbəkələrdə "Şəhid analarının ismarıcları" mövzusunda aksiyaların keçirilməsi" layihəsi çərçivəsində hazırlanaraq nəşr edilib.
Rəhilə Gülgün. "Göylər adamı": Yazıçı, alim, pedaqoq Mir Cəlal Paşayev. Müəllif görkəmli elm və ədəbiyyat adamının həyat-yaradıcılığına həsr etdiyy esse - araşdırmasında yeni yozumlardan yararlanır.
Bella Musayeva. "Elm və yaradıcılığın harmoniyası: Mir Cəlal Paşayev". Araşdırma. Rus dilində. Белла Мусайева. "Гармония науки и творчества: Мир Джалал Пашаев".
Müxtəlif peşələrlə bağlı davranış normaları, onların ictimai əhəmiyyəti və s. mövzuları əhatə edən nəşrdə təqdim olunan mövzular ictimai nəqliyyatda çalışan, onlardan yararlanan şəxslər, eləcə də pedaqoqlar, jurnalistlər, hüquqşünaslar, gömrük işçiləri, biznes sahəsində çalışan insanlar üçün həm də idarəetmə və digər sahələrdə təhsil alan tələbələr üçün maraqlı vəsaitdir.
“Ədəbi körpü”. Aylıq ədəbi e-dərgi. XXIII sayı. İranda - Güney Azərbaycanda hazırlanaraq yayımlanır və aylıq ədəbi elektron dərginin XXIII sayında da o taylı-bu taylı müxtəlif düşüncəli yaradıcı adamlarımızın ədəbi-bədii nümunələri verilib.
Allahverdi Eminov. "Mir Cəlalın poetikası". Filologiya elmləri doktoru, ədəbiyyatşünas alim A.Eminovun bu monoqrafiyası görkəmli yazıçı Mir Cəlalın yaradıcılıq poetikasına həsr olunub.