AYB Lənkəran bölməsinin sədri istedadlı yazıçı Qafar Cəfərli və istedadlı şairə Xatirə Xatunun həmmüəllifliyi iləişıq üzü görmüş bu kitab II Qarabağ müharibəsində tarix yazan, Vətən, torpaq uğrunda şəhid olan və doğulduqları torpaqda əbədiyyətə qovuşan 63 nəfər lənkəranlı qəhrəman haqqındadır.
İradə Əlili, Nazim Tapdıqoğlu. Bir damla göz yaşında torpaq həsrəti. / Ирада Алили, Назим Тапдыкоглу. В капле слезы тоска по земле. / Irada Alili, Nazim Tapdigoghlu. Homesickness in a teardrop. Azərbaycan, rus və ingiliscə. Publisitik-sənədli toplu
İradə Əlili və Sevinc Rzanın müştərək qələmə aldıqları sənədli-publisitik kitabında 4 dildə - azərbaycanca, türkcə, rusca, ingiliscə Qarabağ, Laçın həqiqətləri, Vətən müharibəsinin sirləri, qələbələrlə dolu Zəfərimiz sənət dili ilə dünyaya çatdırılır...
İradə Əlili, Vüqar Şahinoğlunun bu müştərək kitabında Prezident İlham Əliyevin apardığı uğurlu siyasət, Müzəffər ordumuzun şücaəti, cəsarəti sayəsində torpaqlarımız işğaldan azad olunması, 44 günlük mücadiləmiz qələbə ilə nəticələnməsi, Qalibiyyətimizin sevinci tərənnüm olunub. İki dildə - azərbaycanca və ingiliscə.
“Zəfərnamə”: Qarabağ Zəfərimizin virtual-kreativ tarixi: QHT Agentliyinin dəstəyi ilə YYSİB-nin yeni layihəsi. “Zəfərnamə”: Qələbə mövzulu kitabların e-nəşri, yayımı, təbliği və virtual sərgisi” kreativ layihə
Azərbaycan alimlərinin müştərək qələmə aldıqları tarixi-filoloji kitab. "Böyük Azərbaycanın mütəffəkkiri Nizami" / "Büyük Azerbaycan mütefekkiri Nizami" monoqrafiyası qardaş Türkiyədə, türk və Azərbaycan dilində işıq üzü görüb.
Kitabça Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Valideyin Himayəsindən Məhrum Olan Uşaq və Gənclərə Yardım” İB-nin "İlk dəfə əmək fəaliyyətinə başlayacaq region gəncləri üçün peşəyönümü məlumat-məsləhət xidmətinin yaradılması" layihəsi çərçivəsində nəşr edilmişdir.
Azərbaycan və İngilis dilində materialları verilmiş bu dəyərli kitabda Ömummilli Lider, Azərbaycan tarixinin görkəmli nümayəndəsi Heydər Əliyevin milli mədəni irsin böyük hamisi və dayağı kimi dünya oxucularına təqdim olunur. Milli kulturoloji proseslərin rəhbərliyinbdə duran Heydər Əliyev XX əsr tarixinin əsas görkəmli siması kimi göstərilir.
Elmi məqalələr toplusunda, Azərbaycan və rus dilində XX əsr peşəkar Avropa musiqisinin görkəmli nümayəndəsi Qara Qarayev və milli bəstıəarlıq məktəbimiz, musiqisi sənətinə həsr olunmuş elmi-kütləvi yazıları toplanıb. Milli incəsənətimizin müxtəlif sahələrinə həsr olunmuş bu yazıları kiçiksənət ensiklopediyası kimi də oxumaq mümkündür.
Şairə-publisit Südabə Sərvi tərəfindən çapa hazırlanmış bu topluda Azərbaycan yazıçılarının dünyaşöhrətli xalq artistimiz, görkəmli bəstəkar Qara Qarayev haqqında dəyərli fikirləri əks olunan məqalələri və bədii-poetik yazıları toplanıb