Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Sosrealizm bizə nə verdi?" Xalq yazıçısı, professor, tənqidçi, ədəbiyyatşünas alimdən bədii söz tariximizin ən mürəkkəb dövrü barədə maraqlı-polemik 4 məqalə!

Müəllif:

Elçin Əfəndiyev


Kateqoriya:

Ədəbi tənqid



Qısa Təsvir:

"Sosrealizm bizə nə verdi?" Xalq yazıçısı, professor, tənqidçi, ədəbiyyatşünas alimdən bədii söz tariximizin ən mürəkkəb dövrü barədə maraqlı - polemik 4 məqalə!


Baxış sayı: 709
    
    


Elçin

"Sosrealizm bizə nə verdi?"

 

Xalq yazıçısı, professor, tənqidçi, ədəbiyyatşünas alimdən bədii söz tariximizin ən mürəkkəb dövrü barədə maraqlı 4 məqalə!

 

Birinci məqalə


XX əsr Azərbaycan ədəbiyyatı zaman baxımından böyük, yaradıcılıq baxımından zəngin bir dövrü ən sıxı (müəyyənedici!) tellərlə sosialist realizmi (sosrealizm) ədəbi metodu ilə bağlı olub, başqa sözlə desək, ədəbiyyatımız 70 il məhz həmin dövrün bədii məhsulu olub. Sosrealizm Azərbaycan ədəbiyyatına və ictimai fikrinə təbii şəkildə gəlmədi, inzibati yolla gətirildi və SSRİ məkanını, sosialist ölkələrini çıxmaqla dünya ədəbiyyatı tarixində belə bir hadisənin analoqu yox idi. Sosrealizm ədəbiyyatımızın axtarışları, istəyi, bədii-estetik ehtiyacı ilə yox, sovet (Stalin) sisteminin zoru ilə bədiiyyata tətbiq edildi.

Ardını yükləyib oxuyun!