Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"İrəvan xanlığı" Qərbi Azərbycan torpaqarımızın sirrləri barədə akademik - elmi səviyyədə yazılmış kitab...

Müəllif:

Fuad Əiye, Urfan Həsənov


Kateqoriya:

Xarici müəlliflərin Azərbaycan və Qarabağa aid e-kitabları



Qısa Təsvir:

Tarixən qədim Azərbaycan torpaqlarını əhatə edən İrəvan xanlığı həm
siyasi, həm də iqtisadi baxımdan az öyrənilmiş xanlıqlardan biridir. Kitabda
müstəqil dövlət qurumuna çevrilməzdən əvvəl mürəkkəb və uzun tarixi yol keçmiş İrəvan xanlığının yaranmas, ictimai- iqtisadi vəziyyəti və siyasi tarixi ilkin mənbələr və arxiv sənədləri əsasında təqdim edilir.
Bu kitabda 1747- 1828-ci illəri əhatə edən dövrdə ermənilərin Azərbaycan
ərazisində, Rusiya imperiyasının tərkibində "erməni dövləti yaratmaq üçün
müxtəlif məktublarla dönə - dönə Rusiya dövlətinə müraciət etmələri barədə də maraqlı məlumatlar vardır.


Baxış sayı: 3691
    
    


Fuad Əliyev, Urfan Həsənov

"İrəvan xanlığı"

 

 

 

 

Redaktoru və ön sözün müəllifi: Kərim Şükürov tarix elmləri doktoru

 

Fuad Əliyev, Urfan Həsənov. İrəvan xanlığı. Bakı, "Şərq- Qərb", 2007,144 səh.


Tarixən qədim Azərbaycan torpaqlarını əhatə edən İrəvan xanlığı həm
siyasi, həm də iqtisadi baxımdan az öyrənilmiş xanlıqlardan biridir. Kitabda
müstəqil dövlət qurumuna çevrilməzdən əvvəl mürəkkəb və uzun tarixi yol keçmiş İrəvan xanlığının yaranmas, ictimai- iqtisadi vəziyyəti və siyasi tarixi ilkin mənbələr və arxiv sənədləri əsasında təqdim edilir.
Bu kitabda 1747- 1828-ci illəri əhatə edən dövrdə ermənilərin Azərbaycan
ərazisində, Rusiya imperiyasının tərkibində "erməni dövləti yaratmaq üçün
müxtəlif məktublarla dönə - dönə Rusiya dövlətinə müraciət etmələri barədə də maraqlı məlumatlar vardır.

 

ISBN 978- 9952- 34- 166 - 9

"Şərq - Qərb", 2007

 

 

QƏRBİ AZƏRBAYCAN - ERMƏNİSTAN (İNDİKİ) TARİXŞÜNASLIĞI VƏ ÜMUMİ ZƏRBAYCAN TARİXİNDƏ ƏKSİ

Azərbaycan tarixinə görə ölkənin Cənub (Atropatena) və Şimal (Albaniya) torpaqları qədim zamanlardan Rusiya işğalınadək (XIX əsrin əvvəlləri) ümumi konteksdə nəzərdən keçirilir, işğaldan sonra isə vəziyyət dəyişir, yəni yalnız Şimali Azərbaycan (əsasən, keçmiş Azərbaycan SSR) öyrənilir 1 . Bununla birgə Cənubi Azərbaycan tematikası xüsusi tədqiqatlarda davam etdirilir2. 1980-ci illərin sonları- 90-cı illərin əvvəllərində Azərbaycan tarixinin müasir dövrədək ümumi şəkildə öyrənilməsi zərurəti irəli sürüldü. İlk dəfə
orta məktəblər üçün yeni, milli Azərbaycan tarixi dərsliklərində bu həyata keçirildi 3 . Təəssüf ki, bu yeniliklər Azərbaycan tarixinin yeddi cildlik akademik nəşrində nəzərə alınmadı4. Azərbaycanlıların digər tarixi etnik torpaqları olan Ermənistanın (indiki) - Qərbi
Azərbaycanın tarixinin öyrənilməsi və ümumi Azərbaycan tarixində əksi vəziyyəti daha acınacaqlı oldu. ("Ermənistan (indiki)" anlayışı sonra xüsusi qeyd olmadığı halda Ermənistan kimi verilir - K. Ş.). Bu tematika faktiki olaraq gündəlikdən çıxarıldı. Sovet İttifaqının dağılması, Ermənistandan azərbaycanlıların deportasiyasının başa çatdırılması, Azərbaycana qarşı müharibə və i.a. tarixi həqiqətin - Ermənistan (Qərbi Azərbaycan) reallığının bərpasına təkan verdi. Azərbaycan tarixşünaslığında yeni elmi istiqamət - Azərbaycan ermənistanşünaslığı (ermənişünaslıq ilə qarışdırılmamalıdır) və ya Qərbi Azərbaycanşünaslıq yaranır.
Əvvəlcə Ermənistan - Qərbi Azərbaycan anlayışının tarixinə diqqət yetirək. Belə bir anlayış birdən - birə yaranmayıb. İlk vaxtlar Ermənistana dair tədqiqatlarda, əsasən, "Ermənistanda
Azərbaycan...", yaxud "Ermənistan azərbaycanlıları" kimi ifadələr üstünlük təşkil edirdi 1 Lakin tədricən onunla paralel olaraq Ermənistan - Qərbi Azərbaycan fikri genişlənir, sonra isə əsas mövqeyə keçir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" 1997-ci il 18 dekabr fərmanından sonra bu mövqe daha da güclənir. Fərmanda bir mənalı şəkildə Ermənistan adlandırılan ərazi
- azərbaycanlıların min illər boyu yaşadıqları öz doğma etnik torpaqları kimi ifadə edilir.
Ermənistan - Qərbi Azərbaycan tarixşünaslığında Ermənistanın Qərbi Azərbaycan Torpqalarının olmasının təsdiqi mərkəzi məsələ kimi çıxış edir. Burada bir neçə istiqamət diqqəti cəlb edir:  1) Ermənistan - Qərbi Azərbaycanın toponimiyasının tədqiqi;  2) ermənilərin indiki Ermənistan ərazisinə miqrasiyası; 3) Azərbaycanın tarixi coğrafiyasının dəqiqləşdirilməsi və i.a.
Birinci istiqamət daha geniş ədəbiyyat yaratmışdır2 .Lakin burada daha çox toponomik faktların izahına geniş yer verilib. B.Budaqov və Q.Qeybullayev isə problemin konseptual ifadəsini (1. S. N. M ahmudov. Ermənistan SSR-in ərazisindəki Azərbaycan mənşəli toponimlərin tədqiqinə dair. Azərbaycan SSR EA -nın "Xəbərlər"i (Yer elmləri seriyası), 1981, № 6, səh. 103-109; А.И.Абдуллаев. Материальная культура азербайджанцев, проживающих в Армении в ХIX- начале ХХ века. АКД, Тифлис, 1981; İ. Məmmədov. Sovet Ermənistanında Azərbaycan kitabı. İrəvan, 1985. 2. İ. Bayramov. Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Bakı, 2002, səh. 669-695.)  irəli sürüb. Bu baxış həmin müəlliflərin "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti" adlı kitabında ümumiləşdirilib. Müəlliflər yazır: "Azərbaycan dilində "Ermənistan" sözü 1921-ci
ildə Sovet Rusiyasının İrəvan quberniyası ərazisində təşkil etdiyi dövlətin (və ölkənin) adıdır.Ondan əvvəl "Ermənistan" adı məlum deyil. 1588 və 1728 - ci illərə aid türkcə arxiv sənədlərində İrəvan şəhərinin adı ilə bu ölkə müvafiq olaraq "Rəvan əyaləti" və " İrəvan
əyaləti adlanır" 1 Tədqiqatı yekunlaşdıran müəlliflər davam edir: "Deyilənlərdən görünür ki, indiki Ermənistan ərazisi ermənilərin yox, e. ə. VIII - VII əsrlərdən başlayaraq türk mənşəli tayfaların yaşadığı ölkə olmuş və sonralar, XIX əsrin əvvəllərinə qədər burada türklər aparıcı rol oynamışlar. Mənbələrdə elə bir tarixi məlumat yoxdur ki, Ermənistan ərazisində azərbaycanlılar erməniləri kəndlərindən qovub yerlərini tutsunlar. Lakin adları türkcə olan
yaşayış məntəqələrində hələ orta əsrlərdə ermənilərin yaşaması halları istənilən qədərdir. Kimin gəlmə, kimin yerli olduğunu müəyyən etmək üçün bu faktın özü kifayətdir"2. Göstərilən kitabda türk tayfalarının indiki Ermənistan ərazisində yerli olması əsaslandırılsa, digər qrup tədqiqatlarda, ermənilərin bu əraziyə miqrasiyası tarixi nəzərdən keçirilir. Onların içərisində İ. Əliyev, H. Verdiyeva və R. Hüseynzadənin araşdırmalarını qeyd etmək olar3. H. Verdiyeva və R. Hüseynzadənin "Ermənilərin "şəcərəsi" və onların Balkandan Qafqaza miqrasiyası" essesinin adı bütövlükdə problemi əks etdirir. Müəlliflər ermənilərin Cənubi Qafqaza gəlmə olduqlarını bildirərək yazırlar ki, ermənilərin əcdadları Cənubi
Qafqazda əzəli azəri torpaqlarını tutaraq vətən əldə etdilər 4 . İndiki Ermənistan ərazisinin Azərbaycan torpaqları olması Azərbaycanın tarixi coğrafiyasının obyektiv öyrənilməsi ilə bağlıdır.