Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana

ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

"Övsafül-Əşraf" (Şərafətli insanların xüsusiyyətləri). Şərq və Azərbaycan intellektualizminin böyük ustadının azəricə traktatı. YYSQ-nin e-nəşri N 38

Müəllif:

Nəsrəddin Tusi

Kateqoriya:

Sufizm. Sufi poeziyası

Qısa Təsvir:

Nəsrəddin Tusi - "Övsafül-Əşraf" (Şərafətli insanların xüsusiyyətləri). Uzun illər boyu "Övsafül-Əşraf" kitabı görkəmli alimlər tərəfindən tədqiq edilmiş və yeri gəldikcə bir çox dünya dillərinə tərcümə olunmuşdur. Günümüzə qədər gəlib çatmış əlyazma nümunələri, həmin nüsxələrdə olan fərqlər qeyd olunan işləri dərinləşdirmiş və bu tədqiqatların nəticəsi olaraq, kitabın əsas hissələri demək olar ki, dəqiqləşmişdir. Üzərində tədqiqat işləri aparılan və əksər alimlərin diqqətini cəlb edən nümunələrdən biri də görkəmli alim Seyyid Mehdi Şəmsəddinin 1990-cı ildə nəşr etdiyi nüsxədir. Bu tərcümə də məhz həmin nüsxə əsasında hazırlanmışdır.

Baxış sayı: 4493
    
 www.kitabxana.net

Milli Virtual Kitabxananın təqdimatında

NƏSİRƏDDİN TUSİ

ÖVSAFÜL-ƏŞRAF

(ŞƏRAFƏTLİ İNSANLARIN XÜSUSİYYƏTLƏRİ)

Tərcümə edən: Füzuli Şəfiyev

E-kitab N 38

Şəbəkə üçün hazırlayanı: yazar-kulturoloq Aydın Xan (Əbilov)

YYSQ - Milli Virtual Kitabxananın rəqəmsal e-nəşri N 38

Bakı - 2010

Tərcümə, çıxarışlar, qeyd və şərhlər: Füzuli Şəfiyevindir

Giriş

Uzun illər boyu "Övsafül-Əşraf" kitabı görkəmli alimlər tərəfindən tədqiq edilmiş və yeri gəldikcə bir çox dünya dillərinə tərcümə olunmuşdur. Günümüzə qədər gəlib çatmış əlyazma nümunələri, həmin nüsxələrdə olan fərqlər qeyd olunan işləri dərinləşdirmiş və bu tədqiqatların nəticəsi olaraq, kitabın əsas hissələri demək olar ki, dəqiqləşmişdir. Üzərində tədqiqat işləri aparılan və əksər alimlərin diqqətini cəlb edən nümunələrdən biri də görkəmli alim Seyyid Mehdi Şəmsəddinin 1990-cı ildə nəşr etdiyi nüsxədir. Bu tərcümə də məhz həmin nüsxə əsasında hazırlanmışdır.
Tərcümədə XІІІ əsr nəsr nümunəsi olan "Övsafül-Əşraf" əsərinin özünəməxsus "ruhu və koloriti" mümkün qədər qorunub saxlanılmış, bu məqsədlə müəllifin öz orjinal üslubuna xələl gəlməsin deyə, bə`zi ifadə və terminlər olduğu kimi verilmiş, mətndə fikri tamamlamağa ehtiyac duyulan yerlərdə isə böyük mö`tərizələr daxilində tamamlayıcı tərkiblərdən istifadə edilmişdir. Əlavə olaraq bə`zi söz və ifadələrin kənarına açıqlama və tərcümə xarakteri daşıyan, kiçik mö`tərizələr daxilində isə qeydlər artırılmışdır. Məsləhət görülən bə`zi ifadə və terminlərin izahı, həmçinin çıxarışlar mətnin altında verilmişdir.
Qeyd etmək lazımdır ki, bu kitab ümumi oxucu kütləsi üçün deyil, klassik ədəbiyyat və dini maariflə yaxından tanış olanlar üçün nəzərdə tutulub.
Kitabın əsas hissəsini təşkil edən elmi, əxlaqi, irfani və fəlsəfi məfhumların izah və açıqlamaya ehtiyacı var.
Bu kitabdan tam yararlanmaq üçün onun mə`na və məzmununa əhatəli şəkildə varid olan müəllimə (əxlaq ustadı) ehtiyac var.
Kitabın klassik Azərbaycan nəsrinə məxsus bir üslubda tərcümə olunması mütərcimin zəifliyini yox, onun bu sahədə xüsusi iste`dad və bacarığa malik olduğunu göstərir. Müasir dilçilik sahəsində kifayət qədər mə`lumat və təcrübəsi olan qələm sahibi üçün klassik üslubda tərcümə və digər yaradıcılıq işinin nə qədər çətin olmasını ədəbiyyatşünaslar çox gözəl başa düşürlər.
Klassik üslubun dirçəldilməsi, müasir oxucuların izafi tərkibli yazı formaları ilə tanışlığı müxtəlif sahələrdə yazılmış, arxivlərdə və kitabxanalarda saxlanılan zəngin ədəbi irsimizin orjinal nüsxələrdən oxunmasına da şərait yaradır.
Belə bir əsərin dilimizə çevrilərək, həqiqət axtarışında olan müdrik oxuculara təqdim edilməsi bir neçə cəhətdən təqdirəlayiqdir:
Birincisi, sələflərimizin gənc nəslə tanıtdırılması, dahi şəxsiyyətlərimizin müasir cəmiyyətimizə yeni təqdimatı günümüzün ən zəruri məsələlərindəndir.
İkincisi, özünəməxsus ideoloji donuqluğa məxsus olan sovetlər rejimini yaşamış ölkəmizdə korifeylərin qiymətli əsərlərinin yenidən işlənib hazırlanması da öz zəngin elmi-mə`nəvi irsimizə qovuşmaq hesab olunur.
Üçüncüsü, müxtəlif əqidə və fikirlərin xalqımızın üzərinə hücuma keçdiyi bir dövrdə öz əsilliyimizi qorumamızda, mürtəce məzhəblərin bütün inanclarımızı sual altına aldığı bir şəraitdə öz ayinlərimizi yaşatmamızda bu kimi əsərlərin faydası danılmazdır.
Dördüncüsü, öz kökündən ayrı salınmış bir xalqın məqsədyönlü şəkildə cılızlaşdırıldığı bir dönəmdə, özü üçün əcnəbi örnək axtaran böhranlı bir cəmiyyətə onun bəşəriyyət üçün nümunə ola biləcək xacələrini həyata qaytarmaq ən böyük xidmətlərdəndir.

Naşirdən

Nəhayətsiz şükür və həmd olsun o Allaha [ondan ötəri] ki, Onun həqiqətindən xəbərdar olmağa heç bir əqlin gücü yetməz, heç bir fikir və bilik Onun mə`rifətinin dərinliklərinə vara bilməz. Onun haqqında deyilən hər bir söz, Onun vəsfində dildə cari olan hər bir bəyan əgər sübuti olsa təsəvvürə gələn bənzətmə nöqsanı olmadan mümkün olmayacaqdır, əgər qeyri-sübuti olsa vəhmi idrakda (təvəhhöm) canlanması tə`til fitnəsindən amanda qalmayacaqdır. Buna görə də peyğəmbərlərin ağası, övliyaların müqtədası Xatəmül-Ənbiya Muhəmməd Mustafa dedi: "Sənə sitayiş etməyə qadir deyiləm. Sən həmin o Zatsan ki, Özün Özünü vəsf etdin. Sən, Sənin haqqında söz söyləyənlərin dediklərindən daha üstünsən."

Minlərcə salam və salavat, afərin və əhsən onun müqəddəs ruhuna, pak ruhlara, onun sülaləsinə, xüsusilə də mə`sum imamlara və seçilmiş silahdaşlarına olsun, Allah həqqinə!

Amma sonra [deyim ki] bu risalənin yazarı Muhəmməd Tusi, gözəl əxlaqın və filosofların qaydasına uyğun bəyənilmiş siyasətin bəyanına şamil olan və "Əxlaqi Nasiri" adlandırılan kitabı yazdıqdan sonra fikirləşirdi ki, təriqət yolçularının və əqli, nəqli qanunlara söykənən, və nəzəri və əməli yöndən həqiqət aşiqlərinin qaydasına müvafiq övliya və bəsirət əhlinin yolu haqqında müxtəsər - həmin fənnin xülasəsi və məğzi həddində ola biləcək - bir risalə hazırlasın. [Amma] işlərin çoxluğundan, bə`zi maniələr üzündən həmin mühüm işlə məşğul olmaq heç cür müyəssər olmurdu, fikirdə olanları həyata keçirməyə imkan tapılmırdı.

Nəhayət Yer üzünün padşahı, aləmin buyruqçusu, qılıncın və qələmin valisi, ərəbin və əcəmin böyüklərinin müqtədası, haqqın və dinin günəşi, islamın və müsəlmanların şökəti, aləmlərin məliki, məmləkətlərin divanının sahibi, əşraf və ə`yanın iftixarı, ədl və ehsanın məzhəri, cahanın əfzəl və əkməli, İranın pənah və ümid qapısı, övliyaların sevimlisi, xoşbəxtlik sahibi Muhəmməd bin Əl-Cuveyninin[3] kəsərli işarəsi həmin fikrin həyata keçməsinə səbəb oldu. Belə ki, fürsət əl verdi, vaxt və hal da yerinə düşmüş oldu; maneələrin olmasına və işlərin çoxluğuna baxmayaraq, o şey ki, könül onun bəyan edilməsində köməkçi olmuşdu, həmin maneələrin qələmə alınmasında güzəştə getdi. O böyük zatın əmrinə baş əyərək və fərmanına itaət edərək həmin həqiqətlərin şərhindən və fikirlərin zikrindən ibarət neçə bab bu müxtəsər risalədə qələmə aldı. Hər babda Qur`ani Məciddən - [necə ki, bu ayədə buyurmuşdur:] "Heç bir batil nə qabaqdan, nə də arxadan onun sorağına gəlməz" - dediklərimizə şəhadət verəcək misallar çəkildi. Əgər məqsədə uyğun açıq-aşkar misallar tapılmadısa, ona yaxın olanlarla kifayətləndi və onu "Övsaful-Əşraf" adlandırdı. Əgər [bu risalə onun] şərəfli nəzərində bəyənilərsə, [deməli] məqsəd yerinə yetirilmişdir, əks təqdirdə qabaqcadan üzürxahlıq edir, [və ümid edirik ki] Onun şərif zatının bəyənilmiş əxlaq və gözəl xüsusiyyətləri yol verilmiş nöqsanları öz məğfirət pərdəsi ilə örtsün. Allah-taala onu məcazi aləmdə məxsus padşahlıq dərəcəsinə çatdırdığı kimi, həqiqi aləmdə də ilahi rəf`ətə və əbədi dövlətə çatdırsın.

Allah lətif və duaları qəbul edəndir.

Bu risalənin şamil olacağı bəhslərin zikri

Şəksiz hər kəs özünə və əməllərinə nəzər salsa özünü başqasına möhtac görəcəkdir və hər kəs başqasına möhtac olsa zatən naqisdir. Elə ki, insan öz naqisliyindən agah oldu, daxilində kamala varmağa doğru bir şövq oyanacaqdır və beləliklə kamala doğru hərəkətə ehtiyac hiss edəcəkdir. Təriqət əhli[1] bu hərəkəti süluk[2] adlandırır. Bu hərəkətə rəğbət göstərən kəsin altı məsələyə diqqət yetirməsi lazımdır:

1. Hərəkətin hidayəti (başlanğıcı) və bu səfər üçün lazım olan azuqə, yol tədarükü. (Yə`ni bu hərəkətə, yola qədəm qoyan ilk qədəmi haradan götürəcəyini, ilkin hazırlığı bilməlidir.)

2. Onu hərəkətdən və sülukdan saxlayacaq, [seyri-süluk yolunda] maneələrin aradan qaldırılması.

3. İnsanı ilk qədəmdən son məqsədə aparan hərəkət ki, [bu hərəkət] seyri-süluk olar və bu hərəkət zamanı salikin qarşılaşacağı hallar.

4. Seyri-süluk əsnasında, yolun əvvəlindən son məqsədə doğru olan hərəkət zamanı salikin qarşılaşacağı hallar.

5. Sülukdan sonra vüsal əhlinə, (məqsədə çatanlara) baş verəcək hallar.

6. Hərəkətin sonu ki, bu yerdə ona "tövhiddə fəna" deyərlər.

Altıncı bəndi çıxmaqla yerdə qalan bəndlərin hər biri başqa neçə məsələyə şamil olar ki, onları altı babda və hər babı altı fəsildə verəcəyik. Və amma axırıncı (6-cı) bab bölünmədiyi üçün bu bölgüdən istisnadır, [çünki] hərəkətdə olduğu kimi bilməliyik ki, keçmiş hərəkətin hər bölməsinin hasil olması, ondan öncə mövcud olmuş başqa bölümə dayanır və [həmçinin] özündən sonra gələcək başqa bir bölümdən öndə dayanır və amma axırıncı bölüm yolun sonu olduğu üçün və ondan sonra heç bir bölüm olmadığı üçün heç bir məsələyə şamil olmayacaqdır.

Və amma səfər əsnasında salikin düşdüyü hər bir hal öncəki və sonrakı halət arasında bir vasitə olub, əgər öncəki hala nisbətdə müqayisə olunsa kamal və bəyənilmiş, əgər sonrakı halət ilə müqayisə olunsa nöqsan və bəyənilməz olacaqdır.

Ona görə də Peyğəmbəri-əkrəm (s) buyurub: "İki günü bərabər (oxşar) olan adam zərər etmişdir."[3]
Və buna görə də atalar demişlər: "Yaxşıların bəyənilən işləri müqərrəblərin[4] pis işləri yerində hesab olunar."[5] İnşəallah bütün bu mətləblər bu risalənin fəsillərində aydınlaşacaqdır. İndi ki, bu müqəddimə aydın oldu, Allahın köməkliyi ilə bu risalənin bablarının və fəsillərinin bəyanına keçirik.