Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

“Səməd Behrənginin qətli”. Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan yazarın maraqlı məqalə...

Müəllif:

Həmid Herisçi


Kateqoriya:

Kulturoloji



Qısa Təsvir:

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan yazar Həmid Herisçidən gözəl bir məqalə...


Baxış sayı: 3832
    
    


Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan yazar Həmid Herisçidən gözəl bir məqalə...

Son vaxtlar, bilmirəm nədən, ürəyim yamanca sıxılır, tez-tez rəhmətlik atamın nəhəng arxivinə girib İran inqilabıyla bağlı sənədlərə baxıram. Qəfildən gözümə bir qutu dəydi. Qapağı götürəndə heyrətdən az qala bayıldım- Pişəvərinin ən yaxın silahdaşlarına verdiyi “21 Azər” medalı, uzun bir mikrofilm, ərəb hərifləriylə yazılmış kiçik mətnlər, Praqa Opera binasının əzik bukleti, qəzet parçasına bükülü paslı açar, nəhayət, qutunun üzərinə həkk edilmiş “Fransua Jenu” kəlməsi...

Nəydi bu? Pişəvəinin əliylə atamın yaxasına sancılmış bir paslı “21 Azər” medalı çoxdan mənə tanışdı. Çoxdan. Bəs bu ikinci medal hardan çıxdı, niyə onun barəsində indiyəcən mən xəbərsiziydim? Lakin, Fransua Jenu adı mənə az-maz tanışdır-lap uşaqlıq günlərimdə atam onun barəsində pıçıltıynan bəzi söhbətlər edib mənlə...
Yaddaşımı silkələyib o müdhiş xatirələri bir daha beynimdə canlandırdım.