Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"XIX əsr Azərbaycan şeri antologiyası". Bu dövrdə yaşayıb-yaratmış 60-dan artıq şairin əsərlərindən seçmələr toplanmışdir. Nümunələr tarixi-xronoloji prinsip əsasında düzülmüşdür.

Müəllif:

Bələdçi


Kateqoriya:

Klassika



Qısa Təsvir:

"XIX əsr Azərbaycan şeri antologiyası"nda həmin dövrdə yaşayıb-yaratmış 60-dan artıq şairin əsərlərindən seçmələr toplanmışdir. Nümunələr tarixi-xronoloji prinsip əsasında düzülmüşdür.


Baxış sayı: 695
    
    


XIX əsr Azərbaycan şeri antologiyası

Tərtib edəni və ön sözün müəllifi: Zaman Əsgərli

Redaktoru: Bəkir Nəbiyev

 

XIX əsr Azərbaycan şeri antologiyası, Bakı, "Şərq-Qərb", 2005, 424 səh.

Qədim və spesifik mənəvi mədəniyyətlərin bir çoxunun öz saflığını və billurluğunu itirdiyi XIX əsr Azərbaycanın bədii mədəniyyəti tarixində ideya-estetik nailiyyətləri ilə seçilən bir mərhələdir. Klassik irsin yaşarı ənənələri zəminində inkişaf edən, eyni zamanda bədii keyfiyyətlərinə görə özünəməxsus bir hadisə olan, təzə, orijinal ədəbi forma və janrlarla zəngin XIX yüzil Azərbaycan ədəbiyyatında bununla yanaşı aparıcı yeri, qədim və orta əsrlərdə olduğu kimi, hələ ki yenə poeziya tutulur. Lakin onun yeni istiqamətdə inkişafı artıq əsrin əvvəllərində ictimai-siyasi və mədəni həyatda
baş vermiş mühüm dəyişikliklər şərtləndirir.
Təqdim olunan "XIX əsr Azərbaycan şeri antologiyası"nda həmin dövrdə yaşayıb-yaratmış 60-dan artıq şairin əsərlərindən seçmələr toplanmışdir. Nümunələr tarixi-xronoloji prinsip əsasında düzülmüşdür.

ISBN 9952-418-69-5

© "ŞƏRQ-QƏRB", 2005