Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Əbdülhəmidin qurdlarla rəqsi" - "Abdülhamidin kurdlarla dansı" (Türk dilində). Osmanlı Sultanının 33 il ərzində "qurdlar"la dolu olan ölkəni necə idarə etməsinə aid maraqlı araşdırma. Türkiyə və Avropa arasındakı oyun..

Müəllif:

Mustafa Armağan


Kateqoriya:

Türkiyə



Qısa Təsvir:

Osmanlı imperiyasının sonuncu hökmdarı olan Sultan II Əbdülhamidin həyatından və onun etdiyi fədakarlıqlardan bəhs edən bu kitab həm də Osmanlı-Avropa qarşıdurmasını insanlara müfəssəl çatdıra bilir.


Baxış sayı: 3463
    
    


Sultan II Əbdülhəmid 33 il ərzində ətrafı "qurdlar"la dolu olan bir ölkəni sağ-salamat sahilə çıxarmaq mübarizəsi verdi. Xəstə adamın mirasının bölüşdürülməsi mövzusu 1850-ci ildə ortalığa atılmışdı. 1878-ci ildə Rusiya qarşısındakı məğlubiyyət imizimperializmin iştahasını artırmışdı və Türkiyə zərbə üstünə zərbə alırdı. Öncə Sultan Əbdüləzizə (Abdülaziz) zərbə endirildi, sonra V.Murada. Və Sultan Əbdülhamid taxta çıxdığı vaxt İngilis xarici işlər naziri onu təhqir etmiş, "Ayağını yorğanına görə uzatsın, yoxsa ona da əvvəlkilərə etdiklərimizi edərik!" söyləmişdir.
Yıxılmaq üçün gün sayılarkən, 34 yaşındakı bu mərd insan 30 ilini fəda edəcəyi bir işə girişirdi. Ölkəsinə sülh gətirməklə yanaşı, qazanılan zamanda dəmiryolu salınmasından təhsili gücləndirməyə qədər çoxlu mühüm işlərə imza atırdı.

"Qızıl Sultan" demişdilər ona. Onlar düşündüklərində haqlı idilər. Çünki Osmanlını bölüşdürmək baha otumuşdu avropalılara. Heç bir qan tökülməyəcəkdi. Osmanlı uğrunda əməliyyat deyə düşündükləri bir vaxda 30 illəri hədər getdi avropalıların və qanlı bir müharibə - I Dünya müharibəsi də başlayırdı artıq.
Osmanlı tarixini yenidən yazmağı qət edən Mustafa Armağan sərrast və axıcı qələmindən "Son Sultanın Qurdlarla dansı" kitabını oxuyunca oyunun bugün də getdiyini görəcəksiniz.

Bu kitab sizlərə www.dunyali.azerisayt.com saytı tərəfindən təqdim olunur.