-
\\\\\\\"Məhəbbətə baş əyirəm\\\\\\\"...
-
-
-
Ədəbi eksperimentlər silsiləsindən.
-
-
-
Gənc şairin ilk şeirlər kitabının e-variantı...
-
-
\\\\\\\"Şirvannəşr\\\\\\\" nəşriyyatı - 2009
-
-
ÖN SÖZ
-
-
VƏTƏN HƏSRƏTLİ, SEVGİ QOXULU ŞEİRLƏR
-
-
Son zamanlar poeziyaya axın çoxalıb. Lakin poeziyanın qayda-qanunlarını bilmək, onun incəliklərinə diqqət yetirmək daha vacibdir. Tez-tez çap olunmaq yox, əsas poetic duyum, yəni ifadə tərzi oxucular üçün daha maraqlıdır.
-
Qələm dostlarımdan biri, el aşığı, şair Adil Cəfakeş bir gənci mənə təqdim edib, - şeirlərinə baxarsız , lazım gəlsə fikrinizi deyə bilərsiz. İşlərim çox olsa da mən bu gəncin şeirlərini diqqətlə oxudum.
-
Ağayev Roma Xosrov oğlu 1989-cu il 23 iyulda Laçın rayonunun Alxaslı kəndində doğulub köçkünlük həyatı ilə əlaqədar Bakıya pənah gətirib, burda böyüyüb, orta təhsil alıb və ADMİU-nin sənətşünaslıq fakültəsinin I kurs tələbəsidir.
-
Aşıq poeziyasına söykənən qoşmalarında özünəməxsus deyim tərzi, sərbəst fikirlər məqsədə uyğun şəkildə ifadə olunub. Hələ körpə ikən doğma elini-obasını tərk etməyə məcbur olan Roma, böyüdükcə qəlbində vətən dərdi, vətən həsrəti deyilən bir yaranın qövr etdiyini hiss edib. Elə bu hisslər onu qələmə sarılmağa məcbur edir.
-
-
Neçə ildir vətən əldən gedibdir,
-
Deyən yoxdur döz bu dərdə a qardaş.
-
“Xarı bulbul” yad əllərdə qalıbdır,
-
Qan ağlayır, göz bu dərdə a qardaş.
-
-
Getdikcə içərisindəki düşmənə nifrət hissini özüylə bərabər böyüdən, vətən yanğısını şeirlərində, sözündə söndürməyə çalışan Roma, haqsızlığa qarşı haqq səsini ucaldır. Bu isə yeganə təsəllisinə çevrilir.
-
-
Deyirik Vətənə bağlıdır bu can,
-
Vətən üçün axır damarlarda qan,
-
Amma yurdsuzikən sazda çalınan,
-
Zil nəyə gərəkdir, bəm nəyə gərək?!
-
-
Əslində bu, əldən gedən vətən üçün ağlamağın, əsassız olduğunu düzgün vurğulayan bir gənc şairin içindəki haray səsidir. Məhz, biz qəhrəmanımızı belə yetişdiririk. Sabah belə gənclərimiz əlinə silah alıb, Vətənin müdafiəsinə qalxmağına tam əmin ola bilərik. Çünki hər misranın altında Vətən üçün inləyən bir ürək, döyüşə hazır bir can var.
-
Bəli, əsl məhəbbət Vətəndən başlayır. Roma Xosrov hisslərindəki zəriflik, duyğularındakı kövrəklik və nəhayət şeirlərindəki həsrət dolu yaşantılar onu deməyə əsas verir ki, onun şair qəlbi vətən aşiqli, sevgi ümmanlıdır.
-
-
Uyub eşqin, məhəbbətin dilinə,
-
Bulaq tək damarda qaynayır sevgi.
-
Bu qərib könlümü alıb əlinə,
-
Durmadan qəlbimlə oynayır sevgi.
-
-
Hər çəmənin öz çiçəyi, hər çiçəyin öz qoxusu var. Hər şairin öz deyimi, hər deyimin öz gözəlliyi var. Hər sevən qəlbin də öz harayı. Kim bilir sevgi üçün yazılan şeirlər, hansı qəlblərə hakim kəsilir, hansı qəlbləri didib-parçalayır. Hər halda əqlin gücü, hissin gücünə qalib gələndə, sevgi də, insanlıq da öz lətafətini qoruyub saxlayır. Bu baxımdan Romanın sevgi ətirli şeirlərində hissin gücü qalib gəlsə də, sevgisinə sadiq qalmağı, insanlığın zirvəsində bunları qorumağı bacarır.
-
-
Sənə bəxş elədim təmiz sevgimi,
-
Sevməz oldum, səndən özgə heç kimi.
-
O qədər qəlbimdə daşıdım səni,
-
Saçıma qar düşüb telim üşüyür.
-
-
Şairin qəlbində əks-səda verən sevginin iztirabları onun saçlarına hopur. Dərdlərini sevgisinin odunda, közündə qovuran, həsrətin vüsal adlı şirinliyinə üz tutan Roma qəribədir ki, bəzən bədbinliyə qapılsa da, ümidlərinin işığında pərvazlanır. Aşiqliyin, dəli bir sevginin dalğasında ləpələndikcə, sevgisinə sadiqliyi ona bu dalğaların qoynunda laylay çalır. Üzü ümidlə dolu sabaha açılan səhərlərin yaşıl tülünə bələyir. Və mən elə başa düşürəm ki, sevginin əzabına hələ erkən düçar olan gənc şair, hər sözünü qələminin, sözünün gücü ilə deyə biləcək. Bu mənada:
-
-
Mənim sevgim ölməyəcək,
-
Dünyada onu, yalnız onu sevəcəm.
-
Amma bir daha, bir də,
-
Sevgi şeirləri yazmayacam.
-
-
Etibar, inam deyilən müqəddəsliyə şeirinin dili ilə yanaşan, ona həqiqət libası geydirən Roma Xosrov, güman edirəm ki, öz poetik aləmində də sadiq qalacaq. Vətən sevgisi, məhəbbət aşiqliyi onun şeirlərində bir daha bədbin notlara üz tutmayacaq. Arzu edirəm ki, Qarabağ dərdimiz şeirlərdə qalsa da, ürəklərimizdə qalmasın. Tezliklə gənclərimizin, körpələrimizin gözü ata-baba yollarından yığılsın. Bax, o zaman Roma kimi gənc yazarların qələmi doğma ocaqların işığında parlayacaq, sevinc günəşi saçacaq. O günlərin sorağıyla istedadlı gənc şair Roma Xosrova yaradıcılıq uğurları diləyir, yollarında aydınlıq, sözlərində kəsərlilik iti olsun, deyirəm. Elə bilirəm ki, hər misrasında sevgi nəfəsi duyulan bu şeirlər, çiçək açacaq, gül açacaq. Arzuların çin olsun, Roma!
-
-
Nəcibə İlkin AYB-nin üzvü, şair-publisist,
-
“Azad qələm” qəzetinin təsisçi, baş redaktoru.