Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Mələklər və Şeytanlar". Dünyaşöhrətli bellestrika ustasının yeni romanı - türk dilində... Yazıçının bir əsəri - "Da Vinçi şifrəsi" romanı dünya üzrə 81 milyon tirajla satılıb...

Müəllif:

Den Braun


Kateqoriya:

Amerika ədəbiyyatı



Qısa Təsvir:


"Mələklər və şeytanlar": hamımızın sevə-sevə izlədiyimiz filmin heç kitabını oxumusunuz? Onda buyurun oxuyun. Romanın türkcə tərcüməsi verilir... "Mələklər və Şeytanlar". Dünyaşöhrətli bellestrika ustasının yeni romanı - türk dilində... Yazıçının bir əsəri - "Da Vinçi şifrəsi" romanı dünya üzrə 81 milyon tirajla satılıb...


Baxış sayı: 26000
    
    


Den Braun

 (ing. Dan Brown)

 

  ABŞ və İngiltərə yazıçısı, jurnalist, musiqiçi.

 

Den Braun, 22 iyun 1964-cü ildə ABŞ-da anadan olub.

 

Amherst Kolleci və Philips Exeter Akademiyasından məzun olduqdan sonra bir müddət elə bu təhsil mərkəzlərində ingilis dili müəllimi kimi çalışıb. Şifrə çözmə və gizli hökumət orqanlarına olan marağı, 1996-cı ildə ilk romanı Dijital Qalanın (Digital Fortress) meydana gəlməsinə səbəb oldu. Roman, yayımlanmasından dərhal sonra Den Braun bir anda elektronik kitab reytinqlərində birinci yerə qalxdı.

Yazıçının ikinci romanı "Xəyanət nöqtəsi" (Deception Point) də siyasətdə əxlaq, təhlükəsizlik və gizli texnoloji mövzuları əhatə edir.

Mükafatlar almış riyaziyyat üzrə professor ilə ilahiyyat musiqiçisi bir ananın oğlu olan Den Braun, elm və din kimi bəzən bir-birinə qarşı duran fəlsəfələrin hakim olduğu bir mühitdə böyüyüb. Bu bir-birini tamamlayan fikirlərdən aldığı təsirlə məşhur romanı "Mələklər və şeytanlar"ı ( Angels & Demons) yazdı. Bu əsər də bir İsveçrə fizika laboratoriyası ilə Vatikan arasında baş verən, elm ve din mövzularınınhakim olduğu romandır.

Den Braun, babasının da mason olduğunu bir çox proqramda açıqlamışdır. Evlərində qəribə önlüklər və ağ əlcəklər tapdığını söyləmişdir. "İtirilmiş simvol" (The Lost Symbol) adlı romanını da buna görə yazdığı ehtimal olunur. Kitabın mövzusu da masonluqdur. Bundan əlavə, 2003-cü ildə bitirdiyi və bütün dünyada satış rekordları qıran "Da Vinçi Şifrəsi" (The Da Vinci Code) kitabının da müəllifidir. "Da Vinçi Şifrəsi" və "Mələklər və Şeytanlar" kitablarının filmi də çəkilmişdir.

Sənət tarixçisi və rəssam olan həyat yoldaşı da araşdırmalarına kömək edir.

 Əsərləri

1.Dijital Qala (Digital Fortress) (1998)
2.Mələklər və Şeytanlar (Angels & Demons) (2000)
3.Xəyanət Nöqtəsi (Deception Point) (2001)
4.Da Vinçi Şifrəsi (The Da Vinci Code) (2003)
5.İtirilmiş Simvol (The Lost Symbol) (2009)


Den Braunun “Kod da Vinçi” əsəri dünyanın ən populyar romanlarından biri sayılır. Bu əsər bütün dünya üzrə 81 milyon tirajla satılmış və müəllifinə külli miqdarda gəlir gətirmişdi.Romanın eyni zamanda filmi də çəkilib. Əsər kimi onun ekranlaşdırılması da dini təşkilatlar tərəfindən tənqidlə qarşılanmışdı. Xatırladaq ki, rəsmi Vatikan dindar insanları bu filmi baykot etməyə çağırmışdı. Onların fikrincə, bu film Müqəddəs Yazını tamamilə təhqir edib.Belə ki, filmdə İsa peyğəmbərin Mariya Maqdalena ilə evləndikləri və onların övladlarının dünyaya gəlməsi nümayiş olunub.Filmin nümayişi Hindistan, Çin və Pakistanda qadağan olunub. Lakin bütün məhrumiyyətlərə baxmayaraq, film hətta katolik ölkələrində belə böyük tirajla satilib. 

 


"Mələklər və şeytanlar": hamımızın sevə-sevə izlədiyimiz filmin heç kitabını oxumusunuz? Onda buyurun oxuyun. Romanın türkcə tərcüməsi verilir... "Mələklər və Şeytanlar". Dünyaşöhrətli bellestrika ustasının yeni romanı - türk dilində... Yazıçının bir əsəri - "Da Vinçi şifrəsi" romanı dünya üzrə 81 milyon tirajla satılıb...

Qeyd: Kitabın müəllif hüqüqları ilə bağlı məsələlər ətni yükləyənin üstünə düşür.