
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
Yeni Yazarlar və Sənətçilər Qurumu
Association of New Writers and Artists
Организация Новых Писателей и Деятелей Исскуства
27 may 2010-cu il
"İntellektual olmaq dəbdədir!"
X BAKI KİTAB BAYRAMI
M.F.Axundov adına Milli Kitabxananın Sərgi salonu və Akt zalında
İllik Kulturoloji Tədbirin Əsas Mərasiminə Dəvət
"İLİN MİLLİ KULTUROLOJİ MÜKAFATI" MÜSABİQƏSİNİN YEKUNU
2009-cu İLİN KİTABI, ƏDƏBİYYAT VƏ MƏDƏNİYYƏT
HADİSƏLƏRİNİN DƏYƏRLƏNDİRİLMƏSİ
M.F.Axundov adına Milli Kitabxananın Sərgi salonu və Akt zalında
Tədbirin açılışı, sərgi-təqdimatlar: 27 may 2010-cu il saat 11 00 - 19 00
Təqdimat - rəsmi açılış: saat 15 00-da
Təşkilatçı və rəsmi dəstək:
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi İQƏAİM, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası
Yeni Yazarlar və Sənətçilər Qurumu,
Əlaqələndirici: YYSQ sədri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov)
Tel.: 418 93 58; 438 03 17; (0-50) 213 40 43; (070) 317 80 01. aydinxan@yahoo.com
Saytlarımız: www.kitabxana.net , www.artyazar.azeriblog.com
Əlavə məlumatlar və əsas tədbirin Proqramı
- "İlin Kitabı" Kulturoloji Müsabiqəsi qaliblərinin mükafatlandırılması;
- Nəşriyyatlar və müəlliflərin birbaşa iştirakıyla yeni kitabların sərgisi;
- Ötən ilin dəyərli kitabları və mədəniyyət hadisələrini fərqləndirilməsi;
- Müəlliflərlə naşirlərin, yazarlarla oxucuların birbaşa görüşü;
- Gənc yazarların kitablarının sərgisi;
- Milli mədəniyyət və çağdaş ədəbiyyat - Azərbaycan kitabının təbliği...
X Bakı Kitab Bayramı - Kulturoloji Tədbirin Prоqramı
1) Saat 10-00 - 11-00. Təşkilati-texniki məsələlər, nəşriyyatlar və müəlliflərin iştirakıyla kitab sərgisinin təşkili və stend və ekspozisiyaların qurulması; (Sərgi salonunda)
2) Saat 11-00 - 11-30. Açılış. Müxtəlif ali və orta təhsil müəssisələrinin tələbə-şagirdlərinin Kitab Bayramı Sərgisinə ədəbi-mədəni baxışı: oxucularla müəlliflərin iştirakıyla kitab təqdimatları, stend və ekspozisiyalarla tanışlıq, sualların cavablandırılması, canlı ünsiyyətlər; (Sərgi salonunda)
3) Saat 11-30 - 12-30. Ümummilli liderimiz Heydər Əliyev, xalq şairi Rəsul Rza, Gənc yazarların kitablarından ibarət sərgiyə baxışlar; (Sərgi salonunda)
4) Saat 12-30 - 13-00. YYSQ-nin innovativ-kulturoloji layihəsi - www.kitabxana.net - Milli Virtual Kitabxananın geniş ictimaiyyətə tanışlıq mərasimi və minikonfrans; (Böyük zalda)
5) Saat 13-00 - 14-00. Tədbir iştirakçılarının qarşılanması, mini-təqdimatlar, sərgilərə ictimai baxış, müəlliflərlə və naşirlərlə canlı ünsiyyət, məktəblilərin poeziya etüdləri; SOS Uşaq Kəndində yaşayan balaca oxuculara, eləcə də qaçqın məktəbinin kitabxanasına kitabların toplanması; (Sərgi salonunda)
6) Saat 13-00 - 14-00. "Azərbaycanın intellektual sərvəti və çağdaş innovativ şəbəkə resurslarımız, sayt və portallarımız" mövzusunda təqdimat mərasimi; (Böyük zalda)
7) Saat 14-00 - 14-50. KİV nümayəndələri üçün mətbuat açıqlaması, çağdaş kitab mədəniyyətimiz ətrafında polemika və diskussiya, beynəlxalq və yerli naşirlərin canlı ünsiyyəti, müəlliflərlə oxucuların təması, sərgilərə baxış, imzalanma və kitab hədiyyə mərasimləri... (Sərgi salonunda)
8) Saat 13-00 - 14-45. Yazıçı-publisist Oqtay Əliyevin Qarabağ müharibəsinə, Azərbaycanın milli qəhrəmanına həsr olunmuş "Əbədiyyətə qovuşan Koroğlu" kitabının təqdimat mərasimi; (Böyük zalda)
9) Saat 15-00 - 16-00. X Bakı Kitab Bayramının rəsmi açılışı; (Böyük zalda)
10) Saat 15-00 - 15-30. Təbriklər, rəsmi çıxışlar. Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov), M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov tərəfindən rəsmi açılış nitqi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Yazıçılar Birliyinin və başqa qurumlarının nümayəndələrinin çıxışları... (Böyük zalda)
11) Saat 15-30 - 16-30. X Bakı Kitab Bayramının - Milli Kulturoloji Mükafatların və "2009-cu ilin Kitabı" sənət müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi, diplom və xatirə hədiyyələrinin təqdim edilməsi... (Böyük zalda)
12) Saat 16-30 - 17-30. Sərgiyə ictimai baxış, yeni kitablara baxış, ədəbi-mədəni hissə, müzakirələr, təqdimatlar, oxucuların suallarının cavablandırılması, müəlliflər tərəfindən kitabların imzalanması... (Sərgi salonunda)
13) Saat 17-30 - 18-30. Yeni nəsil yazarların kitablarından ibarət sərgiyə baxış, müzakirə və şeir məclisi; (Sərgi salonunda)
14 ) Saat 18-30 - 19-00. Tədbirin bаğlanışı.
X Bakı Kitab Bayramı Kulturoloji Tədbirin Təşkilat Komitəsi,
Yeni Yazarlar və Sənətçilər Qurumu