Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Seçilmiş əsərləri". (İki cilddə). "Romeo və Cülyetta" faciəsi-pyesi: unudulmaz sevgi hadisəsinin ədəbi təzahürü (azərbaycanca tərcüməsi ).

Müəllif:

Vilyam Şekspir


Kateqoriya:

Böyük Britaniya - İngiltərə



Qısa Təsvir:

"Seçilmiş əsərləri". (İki cilddə). "Romeo və Cülyetta" faciəsi-pyesi: unudulmaz sevgi hadisəsinin ədəbi təzahürü (azərbaycanca tərcüməsi ).


Baxış sayı: 720
    
    


Vilyam Şekspir


"Seçilmiş əsərləri"


İki cilddə


I cild

Azərbaycan Respublikasının Prezidenti

İLHAM ƏLİYEVİN

"Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunur və ölkə kitabxanalarına hədiyyə edilir.


İngilis dilindən tərcümə edəni: Sabir Mustafa

 

Ön sözün müəllifi: İsmixan Rəhimov

 

Vilyam Şekspir. Seçilmiş əsərləri. İki cilddə. "Öndər nəşriyyatı", Bakı, 2004, 736 səh.

 


Antik dövr dramaturgiyasından söz düşəndə dilə ilk gələn Esxil, Evripid, Sofokl adları olursa, İntibah dövrünün dram sənəti zirvəsində qeyd-şərtsiz görkəmli ingilis dramaturqu Vilyam Şekspirin adı çəkilir. Mayasında insan ləyaqətinin ucalığı, mənəvi yüksəkliyi, insanpərvərlik, dərin həyatilik və məhəbbət ülviliyi dayanan Şekspir yaradıcılığı ümumbəşər mənəvi sərvətində elə bir zirvədir ki, coğrafi sərhədlər, etnik müxtəlifliklər, milli psixologiyalar məhdudluğu tanımır və zamana sinə gərir.
Bəşəriyyətin indisi və gələcəyi üçün narahatlıq keçirən ölməz sənətkarın humanizm ideyaları, gerçəkliklə ideal arasındakı uçurumun ictimai mahiyyəti yazdığı faciələrdə daha şaxəli şəkildə pardaqlanır. Həmin əsərlərdə faciəvilik nikbinliklə üzvi vəhdətdir ki, bu da nəticə etibarilə oxucunu ülvilik və gözəllik aləminə qovuşdurur, onun həyat eşqi və mübarizə əzmini artırır.
Bu cildə dahi dramaturqun beş ən məşhur faciəsi daxil edilmişdir. "Romeo və Culyetta"da təmiz məhəbbət, "Otello"da fəlakətə düşmüş böyük inam, "Kral Lir"də ülvi ata sevgisi, "Hamlet" və "Maqbet" əsərlərində isə hakimiyyət ehtirası ön plana çəkilir.

 

Burada "Romeo və Cülyetta" faciəsi-pyesi: unudulmaz sevgi hadisəsinin azərbaycanca tərcüməsi verilib.

 

İSBN 9952-416-37-6

 

"Öndər nəşriyyatı", 2004