Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Seçilmis əsərləri" Bes cilddə. II cild. Bu cilddə qüdrətli sairin 1938-1955-ci illərdə yazdığı xalq şeri səpkisində yazdığı qoşmaları, əruz vəznində lirik qəzəlləri, ictimai-siyasi və fəlsəfi mövzulu şeirləri daxil edilib...

Müəllif:

Səməd Vurğun


Kateqoriya:

Azərbaycan ədəbiyyatı



Qısa Təsvir:

"Seçilmis əsərləri" Bes cilddə. II cild. Bu cilddə qüdrətli sairin 1938-1955-ci illərdə yazdığı xalq şeri səpkisində yazdığı qoşmaları, əruz vəznində lirik qəzəlləri, ictimai-siyasi və fəlsəfi mövzulu şeirləri daxil edilib...


Baxış sayı: 4002
    
    


Səməd Vurğun

 

"Seçilmiş əsərləri"


Beş cilddə

 

II Cild

 

Bakı - 2005

 

 I cildi burada:

http://kitabxana.net/?oper=readBook&id=742

 

Tərtib edəni: Aslan Salmansoy


Redaktoru: Aybəniz Vurğunqızı

 


Səməd Vurğun. "Seçilmis əsərləri". Bes cilddə. II cild. Bakı, "Şərq-Qərb" nəşriyyatı,
2005, 248 səh.

 


Dədə Qorquddan gəlib Qurbanidən, Asıq Abbasdan, Sarı Asıqdan, Asıq Ələsgərdən keçən yolun böyük bir zirvəsi xalq şairi Səməd Vurğundur. O, elə xosbəxt sənətkarlardandır ki, ömrü yaratdıgı şeir, həyatı danışdıgı dil qədər yaşarıdır.
Səməd Vurğun Vətənin və poeziyanın yaddaşında təkrarsız poetik şəxsiyyət, milli və beynəlmiləl ictimai xadim, elm və sənət təşkilatçısı, qeyri-adi şair, dramaturq, mütərcim və mütəfəkkir kimi yaşayır.
Xalq ədəbiyyatı ilə yazılı ədəbiyyatını bizə yaxın ən böyük körpüsü sayılan ölməz sənatkar əsasən heca vəznində yazdıgı şeirləri və dram əsərləri ilə dilimizin bütün zənginliyindən və şirinliyindən bəhrələnərək dillər əzbəri olan poeziya örnəkləri yaratmışdır. "Azərbaycan"ı yurdumuzun poetik tərənnümünə çevrilən ustad sənətkarın xalq şeri səpkisində yazdığı qoşmaları, əruz vəznində lirik qəzəlləri, ictimai-siyasi və fəlsəfi mövzulu bir çox şeirləri ədəbiyyatımızın qızıl fonduna daxil olmusdur.
Səməd Vurğunun "Seçilmis əsərləri"nin bu ikinci cildində qüdrətli sairin 1938-1955-ci illərdə yazdığı şeirlər toplanmışdır.


ISBN 9952-418-44-X


© "Şərq-Qərb", 2005