ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
"Yol ayrıcında"
Hekayə
(orijinaldan azəricəyə tərcümə)
Yazıçı barədə iki maraqlı material:
Gülnarə Rəfiq. "Cek London: tənhalıqdan ölən yazıçı..."
"Cek London"
Gülnarə Rəfiq. "Cek London: tənhalıqdan ölən yazıçı..."
Qadınlar başına pərvanə kimi dolaşan vaxt tənhalıqdan ölən yazıçı
Qızlar onun fotolarını səliqəylə jurnallardan kəsib saxlayırdı. Nəşriyyatlar yeni kitabları uğrunda bir-birini didirdi. İntellektuallar onu gözəl həmsöhbət sayırdı. Evinə gəlmiş avaralar, dilənçilər bilirdi ki, burda onları heç olmasa bir qədəh viski gözləyir. Onu həmişə seviblər. Ömrü boyu isə o, yorucu tənhalıqdan əziyyət çəkib.
Saatı 10 sentlik həyat
O, dünyanın elə bir guşəsində doğulmuşdu ki, barda insanların ən şirin arzuları bir doyumluq çörək, bir dəst daşdöyən ayaqqabı və yağış buraxmayan damı olan evdən uzağa getmirdi. İş günü 10 saat sürərdi, hər saatına 10 sent verərdilər.
Cek pulunun dəqiqliklə hesablardı: 5 sent limona, 6 sent südə, 4 sent çörəyə sərf ediləcək. Bu bütün həftənin azuqəsiydi. Anası hər səhər nəzarət eləyirdi ki, yuyunanda sabun qırığını qənaətlə işlətsin. Yoxsa qabları nəylə yuyacaqdı? Bu yaxınlarda qatarın altına düşmüş atalığı indi döşəkağı adlanmağa layiq olmayan bir qırıq parçanın üzərində uzanıb qalmışdı və taleyini lənətləyirdi. İndi Cek anasını və üstəlik iki bacısını da yedirməlidi. Amma oğlanın cəmi 13 yaşı var. Onun kitab oxuyan, kitabxanalara gedən vaxtıdı. Atalığı deyinə-deyinə o biri böyrü üstünə çevrilirdi ki, Con ilə baxışları toqquşmasın. Oğulluğunu sevirdi, hətta kimdən gəldi uşaq doğmağını da arvadına çoxdan bağışlamışdı...
Camaat danışırdı ki, Cekin atası astrologiya professoru mister Çani idi. Flora ilə onlar San-Fransiskoda birlikdə yaşayırmış. Mister Çani uşaqdan imtina eləyən kimi Flora özünü öldürmək cəhdi eləyəndə böyük bir qalmaqal yarandı və yerli qəzetlər mister Çaninin əclaflığından palaz-palaz yazılar yazdı. Bütün bunlara baxmayaraq Cek dünyaya vaxtında, güclü uşaq kimi gəldi və doğulan kimi çığırıb yemək tələb elədi. Bu vaxt anasının ona qulluq eləməyə vaxtı yox idi, çünki abırlı fermer və dul qalmış Con Londona ərə getməyin planını cızırdı. Çığıran uşağın səsini mümkün qədər az eşitməkçün ona dayə tuturlar. Zənci Cenninin ürəyi sinəsi qədər böyük olduğundan çağanı bağrına basaraq ona zənci mahnıları oxuyur, yedizdirir və buruq saçlarını darayırdı. Böyüyəndən sonra Cek özünü hər ikisinin oğlu hesab eləyirdi.
«Görərsiz, mən yazıçı olacam!»
İndi hər şey keçmişdə qalmışdı, hətta bitirə bilmədiyi orta məktəb də... Orda xeyirxah kitabxanaçı missis Ayna Kulbrit onunçün uzaq ölkələr, casarətli dənizçilər və küləyin yelini gözləyən yelkənli gəmilər barədə kitabları yığıb saxlayardı. İndi yalnız konserv zavodunda əldən düşənədək canını alan iş vardı. Dənizsə ev adlandırdığı daxmanın üç addımlığında ləpələnirdi. Dəniz azadlığı ilə çağırır, cəzb eləyirdi. Gecə ayaqlarını sürüyə-sürüyə zavoddan evə qayıdada o, söyüş söyərək oğurluğa hazırlaşan quldurların gülüşlərini eşidərkən Cek düşünürdü ki, o qədər də yaxşı iş olmasa da oğurluq ömrünü dəzgah arxasında keçirməkdən daha yaxşıdı. Amma problem vardı, qayığı hardan götürəcəkdi? Bir dəfə o, Fransız ləqəbli quldurdan qayığını 300 dollara almaqçün dayəsindən borc eləyir. Onun ağlına da gəlmirdi ki, quldurluğu yetkin kişilər edir. Onunsa cəmi 15 yaşı var. Cek Fransızdan qayığı alır, üstəlik onun 16 yaşlı rəfiqəsi də qayığın üstündə ona qismət olur. Axı o, boynuna necə alsın ki, əsil quldurların qızlarla nə etdiklərini hələ bilmir. Amma Memi tezliklə bu mövzuda dərslərini keçdi. Cek böyüməyə macal tapmamış onun yetkinlik həyatı artıq başlamışdı. O quldurlarla viski içir, söyüş söyür, sağ qalmaq ehtimalı olmayan davalara baş qoşurdu. Belə davalardan birində iki qabaq dişini də itirir.
Yollar və hekayətlər kralı
Ölməyə, öldürülməyə macal tapmamış Cek matros kimi Koreya və Yaprniyaya üz tutan gəmiyə işə düzəlir. Cek bilirdi ki, sağ qalmaqçün dilini dişlərin arasında möhkəmcə çıxıb mümkün qədər az danışmalı və mümkün qədər çox işləməlisən. Cek ömürlük dənizdə də qala bilərdi, axı dənizi sevir, dəniz də onu sevirdi. Amma gecələr ulduzlu səmada ən parlaq ulduğu axtararkən o yenə də pıçıldayırdı «Mən yazıçı olacam, eşidirsiz! Onda atam kim olursa olsun eşidib mənimlə fəxr eləyəcək». Amma o, hələ ki, bilmirdi ki, bununçün neynəməlidi. Ona görə də hər dəfə evə qayıdanda anasına söz verirdi ki, düzələcək və darıxdırıcı işlərdən birinə gedəcək. Amma Amerikada böhran illərində bu işə görə əvvəlkindən də az pul verirdilər. Cek kömürü elə həvəslə daşıyırdı ki, onun dalıyca heç kim çatdıra bilmirdi. Əvəzində ayda 30 dollar alırdı. Səbri tükənən kimi aradan çıxırdı. «Qızıl həyəcanı» başlayanda ora cumub geri gələndə ən bacarıqlı qızılaxtarandan da çox qənimət gətirəcəkdi: kitablarının süjetləri tapmadığı qızıllardan daha qiymətli olacaqdı. Amma buna hələ xeyli vaxt var. Bir dəfə onun bəxti görünməz dərəcədə gətirmişdi. Qoca xanım onun uydurduğu hekayələri dinləyərək bütün yol boyu içində əsil ət olan əsil pirojkilərlə yedizdirirdi. Xanımın pirojkiləri Cekin hekayələrindən daha tez qurtardı. Amma o, əvəzində Cekə pendirli piroqla çay təklif elədi. Xanım «Cavan oğlan, kim olmaq istərdin?» soruşanda əlindəki çini fincanı qırmaqdan ehtiyat edən Cek ordunu piroqla dolduraraq udqunub «Bəli mən elə yazıçı olacam» demişdi. Xanım çirkli, cırıq əyin-başla, qabaq dişləri olmasa da yenə də gözəl görünən 18 yaşlı oğlanın bu sözlərindən sonra ürəkdən güldü. O nə biləydi ki, həmin günün axşamı Cek dəftərçəsinin bir küncündə bu qadının portretini sözlə cızacaq və o, yazıçının gələcək personajlarından biri olacaq, tarixə çini fincanı, pendirli piroqu ilə birgə girəcəkdi.
Ömründə qab yumamış qız
Cek nəzarətçinin qadın olduğu bütün yerlərə biletsiz keçməyi çox yaxşı bacarırdı. Amma dərd ondadır ki, Cekin tamam başqa qızları bəyənirdi. Onlar uzun paltaq, yumru yaxalığı olan köynəklər geyirdi. Onlar lazım gəlsə yalnız kilsəyə, ya da kollecə getməkçün evdən çıxırdılar. Onlar nəinki söymür, heç söyüşü eşitməyiblər də. Bir sözlə, Cekin «yaxşı ailələrin qızları»nı görəndə az qala ürəyi gedirdi. Nə şeytandan, nə çətinliklərdən qorxmayan Cek belə qızların qarşısında tir-tir əsirdi. Uzaqdan xanımları nəzərdən keçirməyini də o, kitab oxuması kimi gizləyirdi. Axı təmiz hisslər axtarışı insanlarçün kitab oxumaq kimi anormal hərəkət sayılırdı. Bu dünyada qadınlar kişilərə 2 iş üçün verilmişdi: ləzzət və uşaq doğmaq üçün. Onlara qarşı nəsə hisslər duymaq bir qab pivəyə olan incə hisslər, ya da bir parça əti sevmək qədər qəribə görünürdü.
Cek Oklendə qayıdır və yenidən orta məktəbi bitirməyə cəhd eləyir. Bir Allah bilir ki, balacalarla bir parta arxasında oturmaq ona nə qədər ağır idi. Məktəbdən sonra o, Kaliforniya universitetinə daxil olur və kurs yoldaşı Meybl Epplqart adlı gözəl diksiyası və günəş rəngində saçlı bir qıza vurulur. Qızın beli o qədər incəydi ki, əgər ürək eləyə bilsəydi Cek onu iki barmağıyla tuta bilərdi. Meybl fortepianoda çalırdı və ömründə bir dəfə də qab yumamışdı. Xoşbəxtlikdən Meyblin sosializm ideyalarına yoluxmuş və Ceki yaxşı həmsöhbət bilən qardaşı vardı. Onlar saatlarla sinifsiz cəmiyyət, təkcə Avropada yox, həm də Amerikada dolaşan kommunizm haqqında danışırdılar. Qəribəsi odur ki, Meybl də Cekə vurulmuşdu. Bazar günləri hava imkan versəydi onlar birlikdə qayıqda üzür və şeir oxuyurdular. Meybl ilk adam idi ki, Cek «Mən yazıçı olacam» deyəndə gülmədi. Onun yazıçılığına inanan daha bir adam da vardı, anası Flora. Oğlunun növbəti dəfə evə qayıtmasını gözləyib Cekə bir qəzet parçası uzadır. Orda ən yaxşı hekayə müsabiqəsinə elan verilmişdi. Anası ona ailə büdcəsindən kağız, marka və konsert üçün pul götürməyə icazə verdi. Cek onsuz boş vaxtlarında camaşırxanada işləyib ailə büdcəsinə xeyir verirdi. Cek yazısını göndərdi və qalib oldu! İlk dəfə idi ki, Cek bir neçə dolları yazıçılığı ilə qazanırdı. O əsil yazıçı olacaq! O zəngin olacaq və Meybl Eppilqart mütləq onun arvadı olacaq! Amma hələ ki, Cekin ona öz dəli sevgisindən savayı verəcəyi heç nə yox idi. Cek Meyblə qıymazdi ki, anası kimi o da 20 il eyni paltarı geyib gəzsin.
Axı həyatda ölümdən başqa sevgi də var
Cek sinqa xəstəliyinə tutulub bütün dişlərini itirib qızıl axtarmaqdan evə qayıdanda cibində bir senti də yox idi. Amma bilirdi ki, Meybli əvvəlkindən də çox sevir. Poçtalyon vəzifəsinə düzəlmək üçün o, ilkin söhbətdən keçib indi yerin boşalmasını gözləyirdi. Bu imkandan yararlanıb Cek yazı masasının arxasına keçdi. İndi qeyd kitabçalarının içindəkiləri kağıza köçürməyin vaxtı gəlmişdi. İndiyədək gördükləri, sevdikləri, bağlandıqları və itirdikləri hamısı dışarı çıxmaq üçün kitabça sahibinə yalvarırdı. İndi o, qızıl axtararkən torpağı yuyub qiymətli metalı tapdıqları kimi həyatını ələkdən keçirib ən qiymətli məqamları kağıza köçürürdü. Hər gün 100 vərəqdən artıq yazırdı və anası Flora dinməzcənə ona kofe gətirirdi. Pulların çox hissəsi marka və kanvertə gedirdi, amma jurnalların əksəriyyəti yazıları geri qaytarırdı. Cek həftədə bir dəfə əməlli başlı yeməyə özünə icazə verirdi, o da ki, bazar günləri nahar zamanı Meyblin evində. Sevdiyi qız bilməməliydi ki, o, aclıq çəkir. Hətta o yerə çatmışdı ki, intihar barədə fikirlər tez-tez gəlməyə başlamışdı. Amma birdən jurnallardan biri hekayəni çap eləməyə razılışdı. O biri jurnallar bunu gözləyirmiş kimi, hekayələri qəbul elədilər. Həmən günün sabahısı gün o evlərinin arxasındakı təpədə onlar belə şərtləşdilər ki, bir il ərzində nişanlı qalacaqlar. Bir il ona kifayət eləyər ki, məşhur yazııçı olsun. Onlar gözəl bir ev alar və Meyblin bütün rəsmlərini, kitablarını və royalını bura köçürərlər. Cek yazacaq, Meybl isə onun hərf səhvlərini düzəldəcək. Və əlbəttə ki, ona oğlan doğacaq.
Həmin təpədən düşəndən sonra hər şey tamam başqa cür oldu. Hekayələr çap olunsa da verilən pul heç gündə bi dəfə yemək yeməyə kifayət eləmirdi. 5 hekayəyə görə ona 20 dollar vermişdilər. Gözlədiyi poçtalyon vəzifəsindən də imtina eləmişdi. Görünməyən qonorarlar, nəşriyyatların hekayə üstündə bir-birini didməsi, minlərlə akr torpağın alınması, öz gəmisi, Amerikanın yeni dahisinin şöhrəti - bütün bunlar olacaqdı. Amma hələ ki, Meybl gələcək xoşbəxtliyin işartılarını heç üfüqdə də görə bilmirdi. «Bəlkə poçtaya gedəsən, hə?» deyə 6 aydan sonra yalvarmağa başladı. «Axı mən onda yaza bilməyəcəm. Başa düş, buna heç vaxtım olmayacaq. Bir az da döz» deyib Cek yalvarırdı. Onda Meybl ağladı və dünyasında dilinə gətirməyəcəyi sözləri dedi: «Sənin hekayələrin xoşuma gəlmir. Onların dili kobuddur. Sən yalnız əzab və ölümdən yazırsan. Axı həyatda sevgi də var. Bəli, axı mən səni sevirəm, sevirəm. Sən yazıçı yox, sadəcə xəyalpərəstsən».
Son dayanacaq
Cek London az keçməmiş Meyblin rəfiqəsi Bessiyə evlənir. Onu sevdiyinə görə yox, Bessinin onun hekayələrini sevdiyinə görə. Bessi ona 2 uşaq doğur, amma arzuladığı kimi oğlan yox, ikisi də qız. Cek əsil atasını da tapır və nəhayət ki, «Salam, ata!» deyir. Amma astrologiya professoru etiraf eləyir ki, bu mümkün deyil, çünki o, impotentdir. Bir neçə ildən sonra Cek Bessi ilə də boşanıb Çarmian ilə evlənir. Amma Çarmian da ona oğlan doğa bilmir. Onların evlənməsini qanunsuz hesab eləyirlər. Çünki Kaliforniya qanunlarına görə boşananlar 1 ildən sonra yenidən evlənə bilər. Bunun üstündə böyük səs-küy qopdu. Amma Cek London Çarmiana görə bunlara dözdü. Axı o, kişi kimi boks vurur, qılınc oynadır və Cekin özü kimi səyahəti sevirdi. Cek onu «qadın-yoldaş» adlandırırdı. Çarmian cəmi 3 gün yaşamış bir xəstə qız uşağı doğandan sonra bir daha ana ola bilmədi. İndi onun həyatı Cekin ardınca gəzib onu güdməkdən ibarət idi. Çünki Ceki başqa qadınla iki dəqiqədən artıq təklikdə qoymaq mümkün deyildi. Cek həmişəki kimi başını səyahətlə qatırdı. Sağlamlığı pozulan və böyrəklər sıradan çıxan vaxtlarda o, həyatının sevgisinə rast gəldi. Qəribədi ki, bu sevgisi barədə Cek bir kəlmə də yazmadı və heç kimə danışmadı. Çox-çox sonralar dostu Corc Sterlinq Cek Londonun qızına bu sevgi barədə hekayət danışdı. Amma qadının kimliyini gizlətdi. Cek London Çarmianla da boşanmaq barədə düşünərkən birdən həyat ona boş və mənasız məşğuliyyət kimi göründü. Dahi, məşhur, varlı və əsil yazıçı olandan sonra 41-ci yaşın içində o özünə intihar edərək həyatla vidalaşdı. Cek London vəfat eləyəndən sonra ərini başqa qadınlara verməyin qorxusundan xroniki yuxusuzluğa yoluxmuş Çarmian düz 36 saat fasiləsiz yatdı...
***
Meybl Epplqart Ceklə ayrılandan sonra ərə getmədi. Və heç vaxt bir daha sevə bilmədi. Cekin sonuncu arvadı Çarmian bir dəfə onu «Martin İden» romanının ucadan mütaliəsi zamanı gördü. İncə, arıq bir qadın beşinci sırada oturub öz məhəbbəti haqqında hekayəni dinləyib sakitcə ağlayırdı.
E-mənbə: http://bizimyol.az/?mod=news&act=view&nid=24911
"Cek London"
(tərcümə etdi Nahid)
Jack London (12 yanvar 1876 San Frnacisco - 22 noyabr 1916 Kaliforniya)
"Əcdadların harayı" və əllidən artıq kitabın yazarı olan Amerikalı yazıçı. Yazıçılıqdan yüksək gəlir əldə etmək istəyən ilk Amerikalıdır.
Ailəsi - Keçən sərin yetmişincin illərində irland professoru Chaney ABŞ-ın şəhərlərində müxtəlif elm sahələri üzrə mühazirə oxuyanda təsadüfən Flora Uellmən adlı bir qızla tanış olur. Professor Chaney İrlandiyada ailəsini qoyub qazanc dalınca Amerikaya gəlmişdi, odur ki, Flora ilə rəsmən kəbin kəsdirmək istəmirdi. Lakin onların yaxınlığı adi əyləncə olaraq qalmamışdı - Flora uşaq gözləyirdi. Chaney isə gələcək körpənin minbir qayğısı ilə əl-qolunu bağlamaq fikrində deyildi. Tez-tez evdə qalmaqal salır, körpənin abort edilməsi tələbini qoyurdu. Nəhayət gənc qadın özünə qəsd etmək qərarına gələrək vena damarını kəsmiş, yalnız həkimlərin ciddi cəhdi hesabına sağ qalmışdır... Hələ ana bətnindəykən haqqında ölüm hökmü kəsilən uşaq gələcəyin böyük yazıçısı Cek London (Con Qriffit) idi.
Anadan olduğu illərdə ehtiyac içində sıxılan Cek, atası Chaney tərəfindən 11 yaşındaykən atıldı. Flora xəsdə olduğundan Cek, köhnə bir qul olan Virginia Prentisi tərəfindən böyüdüldü. Doğma ata sarıdan bəxdi gətirməsədə, atalıq baxımından tale onun üzünə gülmüşdü. 1876-cı ilin sonlarına doğru Flora, bir az çolaq olan Amerika veteranı John London ilə evləndi. (sonrlar Cek atalığının şərəfinə onun familyasını təxəllüs kimi götürəcəkdir) Ailə Oklanda məskunlaşmadan öncə Ceki oxuduğu orta məktəbdən çıxarıb San Fransiscoda Bay Areaya keçdilər. Uşaqlıq illərindən küçədə qəzet satır, gəmilərin göyərtəsini yuyur, limanlarda yük boşaldırdı...
İlk illəri - Cek London San Franciscodakı 3 və Brannan küçələrinin yaxınlığında doğuldu. Doğulduğu ev 1906-cı il San Francisco zəlzələsi sırasında çıxan yanğında tamamən yandı. Bununla yanaşı oxumağa böyük həvəsi olan Cek özünü yerli kitabxanaların birində kitab oxumaqla inkişaf etdirmişdir. 1885-ci illərdə Ouidanın Viktoriya dövrünə aid olan və təhsilsiz bir italyan kəndli uşağının opera bəstəkarı olaraq şöhrət qazanmasınıdan bəsh edən uzun romanı "Signayı" tapıb oxumuşdu.
London 1889-cu illərdə Hickmott konserva fabrikində 12 ilə 18 saatlar arasında işləməyə başladı. Bu ağır iş şəraitindən canını qurtarmaq üçün südanası Virginiyada borca pul alaraq French Fank adında bir korsandan Cümbüş adlı balaca yelkənli qayıq satın aldı. Bu sıralarda özü də korsanlıq etməyə başlayır. Lakin sonralar qayığı böyük zərərə gördüyündən qanunsuz tərəfə keçib Kaliforniya Balıq Dövrüyəsinin üzvü oldu. Lakin sonralar Kellyenin ordusuna qatıldı və beləcə avara həyatına başladı.
1894-cü ildə 30 gününü Erie vilayətindədki Buffalo həbsxanasında keçirdi. "Yol" adlı yazısında bunları yazırdı: "Kişilərin təcavüz edilməsi Erie vilayət həbsxanasının "açıqlanmayan" qorxularından sadəcə biri idi. Onları görənə qədər mənim üçün bu düşünülməz idi və mən dünya tərzimdə insanlığın qorxunc dərinliyidə qorxaq bir toyuq deyildim. Erie vilayətində dərinliyə çatmaq məndə dərin yaralar aça bilərdi, ancaq təmizləndim və asanlıqla canımı qurtardım.
Avaralıq və dənizçilik illərindən sonra Oaklanda qayıtdı və bir çox məqalə bağışladığı "Aegis" adlı yüksək məktəb jurnalının dərc edildiyi Oaklanda məktəbinə qatıldı. Dərc olunan ilk əsəri "Yaponiya sahillərində tayfun" oçerki dənizçilik təcrübəsinin bir meyvəsi olaraq qaldı. Bununla yanaşı Cek, ümidsizcə Kaliforniya Unversitetinə daxil olmaq istədi və 1896-cı ildə ağır çalışmalardan sonra unversitetə daxil ola bildi, ancaq maddi çətinliklər üzündən 1897-ci ildə təhsilini dayandırdı.
Bununla yanaşı Alyaskada qızıl tapılması xəbəri Ceki də qoynuna səslədi. Onun iki illik axtarışları (1897-1898) nəticəsiz qaldı. Cek London qızıl tapa bilməsə də özü ilə gələcəkdə yazacaq əsərlərin materiallarını gətirdi.
(Şair George Sterling ilə Oaklandın Lake Merritt bölgəsində krallıq villasında yaşayarkən tanış olan London zamanla bir-birlərinə ən yaxın dost oldular. 1902-ci ildə Sterling Londona Kaliforniyada Piedmontdakı öz evinin yaxınlığında bir ev tapmasında ona kömək oldu. London, məktublarında qarğa burnu və klassik xarakterli nədəni ilə Sterlingə "Greek" deyə xitab etmişdi və bunları "VVolf" adı ilə imzalamışdı. Sonradan London Sterlingi oftobioqrafik əsəri olan "Martin İden"də Russ Brissenden xarakteri ilə göstərmişdir. Daha sonrakı illərində London özünü geniş ölçülü şəxsi kitabxanasına qapamışdır. London 15.000 cildli kitabxanasına "Mənim Ticarət Maşınlarım" deyirdi.
Ovçuluğu və yazıçılığında ilk uğuru -1897-ci ildə ögey qardaşı James Shepard Klondiklə ovçuluğa qatılmaq üzrə dənizələrə açldı ki, bu yerdə ilk uğurlu heakayələrini hazırlayacaqdı. Ancaq Klondik dövrü Londonun sağlığına olduqca zərə verdi. Lokindəki bir çox insan kimi o da iskorbüt xəsdəliyinə tutulur. Dişləri şişməyə başladı, Qarnı və ayaq əzələ ağrıları ilə yanaşı üzündəki ağrılardan da əzab çəkirdi. Nəysə ki, Dawson Ciyinin əziz rahibi William Judge o və onun kimi bir çox xəsdələrin sağalması üçün yemək və dərman təşkil etdi. Londonun sağlığı düzəldi və beləcə həyatı qurtulmuş oldu.
Sonralar Cek Oaklandı tərk etdi və sosyalizmin aktiv tərafdarı oldu. Ayrıca, işləmək dərdindən qurtulmağın tək yolunu "beynimi satmaq" qənayətinə gəldi.
Lakin yenidən, 1898-ci ildə Oaklanda qayıtdığında ciddi olaraq yazdıqlarını çap etdirmək istədi. Bu cəhdin necə olduğunu "Martin İden" adlı romanında bəhs etməkdədir. Dərc olunan ilk hekayəsi "Yoldakı adam"dır. Bu hekayə üçün "Overland Monthly" qəzeti ona sadəcə 5 $ təklif edincə London yazıçılıq kariyerasına son qoymaq qərarına gəlir. Lakin "The Black Cat" qəzeti "A Thousand Deaths" adlı hekayəsini qəbul edərək ona bir hekayə üçün 40$ təklif etmişdi. Bunulada Cek yenidən həvəsə gəlir.
Zaman Cek Londonun xeyrinə işləyirdi. O zaman az maliyə ilə dərgi istehsalını mümkün qılan yeni nəşir texnologiyası dövrü başlmışdı. Bu vəziyyət geniş kütləni hədəfləyən məhşur dərgilərin nüfuz qazanmasına və böyük hekayə bazarının yaranmasına səbəb oldu. London 1900-cü illərdə yazıçılıqdan 2.500 $ qazandı. Bu miqdar bu günün pulu 75.000 dollar həcmində idi.
Qəzetlərə satdığı hekayələrin içində "Batarde" və ya "Diable" kimi tanınan qısa bir hekayəsi var idi. Bu hekayədə zalım bir Fransız, Kanada əsilli iti vəhşiləşdiri. Sonradan it intiqam üçün onu öldürür. Bu hekayədə Lodon itlərin vəhşiliyini göstərdiyi üçün tənqidə məruz qalır. Bütün tənqidlərə cavab olaraq da "Əcdadların harayı" adlı hekayəsini yazır.
İlk Evliliyi (1900-1904) - Cek London 7 Nisan 1900-cü ildə "Canavarın Oğlu"nu dərc etdirdiyi gün, Bess Maddern ilə evləndi. Onların evliliyi haqqında bəziləri bir neçə söz deyirdi. Staszə görə "Hər ikisidə açıqca evliliklərinin sevgidən yoxsul olduqlarını söyləyirdilər, ancaq evliliklərinə rəng qatan onların dostluğu və bir-birinə inamı idi ". Kingmana görə də; "Birlikdə rahatdılar... Cek, Bassieyə onu sevmədiyi demişdi, ancaq uğurlu bir evlilik qura biləcək qədər onu semişdi". Evlilik sırasında, "Kempton-Wace Məktupları"nın yazarlarından Anna Strunsky ilə dostluq edirdi. "Kempton-Wace Letters" sevgi ilə fəlsəfəni qarşılaşdıran məktuplardan ibarət olan bir romandır. Anna, Dane Kemptonun məktublarında evliliyi romantik bir şəkildə yazarkən Cek, Herbert Wacein məktuplarında Darvinizmə dayanan elmi baxış açısı ilə yazmışdır. Romanda duyğusal xarakterli iki qadını bu cür qarşılaşdırmışdır; (birincisi) çılğın, oyunbaz, gözəl, əxlaqsız və həyat dolu varlıqdı. Bu anda belə onu xatırladığımda qəlbimin döyüntüləri artır... (ikincisi) sinəsini yekəldən, gözəl bir ana idi. Belələrini özünüz bilirsiniz. Onlara "İnsanların anası" deyirəm. Oyunbaz bir qadın idi, ancaq digəri əsil ana olacaq bir qadın idi.
Wace deyirdi: Mən könül macəralarımı ağıllı bir davranışla həyata keçirməyi sevirəm.... Bu səbəblə Haster Stebbins ilə evləndim. Nə modası keçmiş heyvanca seksi çılğınlığa, nə də köhnəlmiş romantizmin sehrinə uyub evlənməyə zorlandım. Mən bədən və ruh sağlığı ilə əlaqəli bir bərabərlik üçün sözləşmə imzaladım. Məmim ağlım bu bərabərlikdən zövq almalıdır.
Gerçək həyatda Cekin Bessiə qoşduğu ad "Mother-Girl", Bessin Cekə qoyduğu ad isə "Daddu-Boy"idi. İlk uşaqları Coan 15 yanvar 1901-ci ildə, ikinci uşaqları Becky 20 oktaybr 1902-ci ildə doğuldu.
Joseph Neolə görə "Bessiə, əbədi bir ana idi. Başda Cek üçün yaşayırdı, onun əlyazmalarını düzəldirdi, ancaq uşaqlar olunca onlar üçün yaşmağa başladı. Cek, Noel və George Sterlingə bunları yazmışdı; O, namusuna bağlı idi. Onun əxlaqının adi soyunun təziqi olduğunu dediyim zaman mənə nifrət edirdi. O, zibilə qalmış namusu üçün məni və uşaqlarını sata bilərdi. Bu çox pis şeydir. Evdən ayrı keçirdiyim zamanların sonunda hər evə qayıdışımda onula eyni otaqda qalmağıma belə icazə vermirdi " Staz yazırdı: "Bunlar Cekin küçə qadınları ilə əlaqəyə girib evə zöhrəvi xəsdəliyini gətirməsindən qorxan Bessein ehtiyatı idi".
1903-cü ildə cek London, Bessiyə ayrılmaq istədiyini dedi və evdən köçüb getdi.
İkinci Evliliyi - 1904-cü ildə Bessidən boşandıqdan sonra, 1905-ci ildə Charmian Kittredge ilə ikinci evliyinə başladı. Bioqrafiya yazarı Russ Kingman, Londonun ikinici arvadı Charmianı belə tanıdırdı: "Cekin ruh arvadı, hər zaman, hər mövzuda onun yanında idi; mükəmməl bir cütlük idilər".
Noel, 1903-dən 1905-ci ilə qədər olan hadisələri belə yazırdı; "İbsenin marağını çəkən bir ailə dramı... London bir az qayğısız romatizm və komedi rahatlıq içində idi. Cek London evliliyində hərəkətli idi: evlilikdən kənar cinsəl əlaqələr axtarırdı və bunu Charmianda tapdı, yalnızca cinsəl olarar aktiv və macəraçı bir partniyor deyil, eyni zamanda gələcəyinin həyat dostu olacaqdı. Charmian saxtakarlıqla Bessiye cana yaxın görünməyə çalışarkən Bessie və digərləri xəta edib Anna Strunskyanı rəqib olaraq bildilər. Charmianla uşaq sahibi olmaq istəsələr də uşaqlarının biri doğum, biri isə hamiləlik zamanı öldü.
Kənd Hayatı (Beauty Ranch)(1910-1916) - 1910-cu ildə Cek London 26.000 dollara California Glen Ellenda Sonoma Dağının yamacında 4 km-lik bir ferma alır. "Arvadımın yanında, ferma mənə dünyanın ən gözəl şeyi kimi görünür" deyir, fermanın uğurlu bir ticarət alanı olmasını istəyirdi. Yazıçılıq hər zaman London üçün ticarət kimi görünsə də, bundan sonra anlamını tamamilə itirdi. 1910-dan sonra ədəbi yazılarının çoxu ticarət, fermaya qazanac gətirmək məqsədi daşıyırdı. Joan London, " Çox az tənqidci onun əsərlərinin ciddi olaraq düzəlişə ehtiyac olduğunu desələr də Cek arıq heç nəyə fikir vermirdi".
Cek Londonun evi
Lakin ferma bir çox yöndən böyük bir fiyaska idi. Bir çox tarixcilər onun pis idarəçi və alkaqolik olduğunu iddia edirdilər. Satrr, Londonun 1910 ilə 1916-cı illər arası altı ay fermadan uzaq olduğunu bildirir və "Londonun işciləri onun böyük bir ferma sahibi, varlı kişi rolunu oynaması cəhdi ilə lağ edirdilər" deyə yazır. 8 aylıq Hawaidə olduqdan sonra 1916-cı ildə fermaya geri dönən London böyrək çatışmazlığından şikayət etsə də işləməyə davam edir. Ancaq sonrarlar siyasət baxımından ferma işinə son qoyur. Xəstəliyindən əziyyət çəkən Cek London ağrılarından birində həddindən artıq miqdarda agrıkəsici qəbul edir. Bu səbədən də London 1916-ci il Noyabr ayının 22-də Kaliforniyanın Qlen-Ellen şəhərciyində vəfat etdi.
Ferma hal-hazırda qorunur və "Cek London Milli Parkı" olaraq adlandırılır.
Təsirlər (Əsər oğurluğu) Günahlandırmalar - Cek London kariyeri boyunca təsirlərdən günahladırıldı. Hücumlara açıq idi, sırf diqqət çəkici və başarılı bir yazar olmasından deyil, həm də çalışma metodları səbəbi ilə. Bəzən hekayə yazmaq üçün qəzetlərdə bəhs edilən hadisələrdən istifadə etmişdir. Egerton R. Young "Əcdadların harayı"nı öz kitabı olan "Northlandakı itlərim"dən alındığını iddi etmişdir. Cek London cavab olaraq onun kitabını qaynaq olaraq istifadə etdiyini etiraf etmiş və Younga bir təşəkkür məktubu yazdığı irəli sürülür. Ən ciddi günahlandırma isə Cek Londonun dünyaca məhşur "Dəmir daban" romanını "Pisixin gördüyü ruh" adlı 7-ci bölümü haqqında olmuşdur. Bu bölüm Frank Harrisin 1901-ci ildə dərc etdirdiyi "London pisixi və xalq əxlaqı" adlı ironik təcrübəsinin birə-bir kopyası idi. Cek London isə bu iddiaya "gerçəkdən uzaq" kimi münasibət bildirdi.