
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
YYSİB - Milli Virtual-Elektron Kitabxana
YYSİB - Milli Virtual Kitabxananın e-nəşri. Elektron kitab N 122 (2019)
“Sənətin Firuzəsi”
(Elmi-filoloji məqalələr)
Kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb. YYSİB - 2019
YYSİB - Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Virtual redaktoru və e-nəşrə hazırlayanı:
Aydın Xan Əbilov,
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyininnin sədri,
kitabxana.net portalının rəhbəri,
Prezident təqaüdçüsü, yazıçı-kulturoloq
"Sənətin Firuzəsi". Elmi-filoloji məqalələr. ll Kitab. Topluya tanınmış şairə, alim Firuzə Məmmədlinin poetik, elmi, prozaik yaradıcılığına həsr edilmiş müxtəlif müəlliflərin elmi məqalələr daxil edilib...
"Sənətin Firuzəsi". ll Kitab. Məqalələr toplusu. ADPU-nun nəşriyyatı. Bakı, 2019, 179 səh.
Kitabda görkəmli ədəbiyyatşünas və dilçi alimlərin, söz, sənət adamlarının tanınmış şair Firuzə Məmmədlinin elmi və bədii yaradıcılığına həsr etdikləri məqalələr, o cümlədən pərəstişkarlarının şairə yazdığı şeirlər toplanmışdır.
1987-1990-cı illərdən etibarən müxtəlif adda mətbuat səhifələrində dərc olunmuş bu yazılar tarixi-xronoloji ardıcıllıqla verilmişdir. Bu kitab Firuzə Məmmədlinin yaradıcılıq imkanlarını incələyən «Sənətin Firuzəsi» (2010) məqalələr toplusunun davamıdır.
DİQQƏT!
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.