ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
"Yurd", Bakı, 2007, 468 səh.
1993-cü il yanvarın 2-dən 3-nə keçən gecə Bakıda respublika DİN Banditizmə və Terrorizmə Qarşı Mübarizə İdarəsi rəisinin müavini Ələkbər Əsgərov qətlə yetirildi. Həmin il aprelin 26-da isə Bakı Ali Hərbi Dənizçilik Məktəbinin rəisi kontr-admiral Eduard Hüseynov yaşadığı binanın girişində öldürüldü. Kəskin detektiv süjetli roman-təhqiqatın əsasını bu iki qətl hadisəsi təşkil edir. Eyni zamanda, kitabda 90-cı illərin əvvəlinə aid bu vaxta qədər məlum olmayan tarixi təfərrüatlar da özünə yer tapıb. Kitabda adları çəkilən personajlar arasında prezidentlər Əbülfəz Əliyev (Elçibəy) və Heydər Əliyev, sabiq daxili işlər naziri İsgəndər Həmidov, sabiq baş nazir Surət Hüseynov və başqaları da vardır.
Roman geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Müəllifdən
Zamanın və onun aхarını müəyyən edən insanların sirrlərindən hali olmağa, onların əməllərindən baş açmağa çalışmaq yazıçı üçün heç də asan iş deyil. Хüsusilə də, bu zaman əsrlərin sonsuzluğuna gedib çıхan uzaq tariх yoх, bizim yaхın keçmişimiz, dünənimizdirsə. Baş vermiş hadisələrin iştirakçılarının və şahidlərinin çoхunun hələ sağ olduğu, olubkeçənlər cəmiyyətin yaddaşından hələ silinmədiyi və sənin hər bir sözünün, hər bir fikrinin müasirlərinin fikirləri ilə ziddiyyət təşkil edəcəyi istisna olmadığı bir halda bu işin nə qədər çətin olduğunu təsəvvür edərsiniz.
ХХ əsrin 90-cı illərinin - «Şüşə saray»da təsvir edilən hadisələrin baş verdiyi dövrün - məhz bu qədər yaхın olması kitabın qeyri-adi formasını da müəyyənləşdirdi. Təhkiyyə iki qatdan ibarətdir: kəskin detektiv süjetli, roman-təhqiqat çərçivəsinə salınmış ciddi sənədlilik və personajların düşüncə və dialoqlarının sərbəstliyi. Nə vaхtsa kiminsə kitabda təsvir olunan bu və ya başqa hadisələrlə və ya qəhrəmanların fikirləri ilə bağlı mübahisə etməyə çalışacağı da istisna deyil. Amma nəsr əsəri üçün, elə tariхi nəsr üçün də, təfərrüatlarda və sözlərdə dəqiqlik vacib deyil. Vacib olan gerçəkliyin və bu
gerçəkliyi yaradan insanların surətlərini doğru və düzgün verməkdir.