
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
1) MİRZƏ YUSİF QARABAĞİ. "TARİXİ-ŞƏRİF"
MİR MEHDİ XƏZANİ. "KİTABİ-TARİXİ-QARABAĞ"
3) RZAQULU BƏY MİRZƏ CAMAL OĞLU. "PƏNAH XAN VƏ İBRAHİM XANIN QARABAĞDA HAKİMİYYƏTLƏP VƏ O ZAMANIN HADİSƏLƏRİ"
İKİNCİ KİTAB
"ŞƏRQ-QƏRB" Nəşriyyatı. BAKl, 2006
"Qarabağnamələr"in ikinci kitabında Azərbaycanın XIX əsr salnaməçi-ləri Mirzə Yusif Qarabağinin, Mir Mehdi Xəzaninin və Rzaqulu bəy Mirzə Camal oğlunun Qarabağ haqqında tarixi, ədəbi-bədii, publisistik oçerkləri toplanmışdır.
TƏRTİBÇİDƏN
"Qarabağnamələr"in ikinci kitabına XIX əsrin 60-70-ci illərində Qarabağ tarixi haqqında yazılmış aşağıdakı salnamə və materiallar daxil edilmişdir:
Mirzə Yusif Qarabağinin "Tarixi-Safi", Mir Mehdi Xəzaninin "Kitabi-tarixi-Qarabağ", Rzaqulu bəy Mirzə Camal oğlunun "Pənah xan və İbrahim xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri" əsərləri.
Müəlliflərdən Mirzə Yusif Qarabaği "Tarixi-Safi"ni və Rzaqulu bəy Mirzə Camal oğlu "Pənah xan və İbrahim xanım Qarabağda hakimiyyətləri və o zamanın hadisələri"ni fars dilində, Mir Mehdi Xəzani isə "Kitabi-tarixi-Qarabağ"i Azərbaycan dilində yazmışdır. Ana dilində yazılan "Qarabağnamə"lər tarixi, coğrafi, etnoqrafik, onomastik məlumatlarla yanaşı, XIX əsrin 40-cı illərindən başlayaraq dövrümüzə qədər zəngin dil materialı verən abidələrdir.
"Qarabağnamələr"in ikinci kitabına daxil edilən əsərlərin əlyaz-maları aşağıdakı arxiv və fondlardan toplanılmışdır.
Mirzə Yusif Qarabağinin "Tarixi-Safi" əsərinin farsca yazılmış yeganə nüsxəsi Gürcüstan SSR Elmlər Akademiyasının yanında akademik S.N.Canaşia adına Dövlət Muzeyi Əlyazmaları Fondunda 195 nömrəli şifrlə saxlanılır.
Mir Mehdi Xəzaninin Azərbaycan dilində yazılmış "Kitabi-tarixi-Qarabağ" əsərinin Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmaları İnstitutunda saxlanılan beş əlyazmasından B-518 nömrəli nüsxə keyfiyyət etibarilə digər nüsxələrdən yaxşı olduğuna görə əsas götürülmüş, naqis olan iki vərəq başqa əlyazmadan alınmışdır.
Rza qulu bəy Mirzə Camal oğlunun "Pənah xan və İbrahim xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri" əsərinin Qarabağ tarixi barədə farsca yazılmış 162 səhifəlik əlyazması Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmaları İnstitutunda B-470 şifrlə mühafizə olunur. Müəllifin etiraf etdiyi kimi o, atası Mirzə Camalın "Qarabağ tarixi"ni xülasə etmişdir. Rzaqulu bəy atasının yazdığı tarixə bir neçə dəyərli əlavələr etdiyindən burada çap olunmasını məqsədəuyğun bildik.
Bir küll halında "Qarabağnamələr" yalnız adi tarixi salnamələr deyildir. Bu əsərlərdə etnoqrafik materiallara, tarixi-memarlıq abidələrinin təsvirinə, Qarabağın bir çox maraqlı şəxsiyyətlərinə, adət-ənənələrinə dair zəngin faktlarla, vəqf mülkiyyətinin Qarabağda geniş vüsət tapmasına dair tutarlı sübutlarla rastlaşırıq.