
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
QARABAĞNAMƏLƏR. Birinci Kitab
1) MİRZƏ ADIGÖZƏL BƏY. "QARABAĞNAMƏ"
2) MİRZƏ CAMAL CAVANŞİR QARABAĞİ. "QARABAĞ TARİXİ"
ƏHMƏD BƏY CAVANŞİR. "QARABAĞ XANLIĞININ 1747-1805-Cİ İLLƏRDƏ SİYASİ VƏZİYYƏTİNƏ DAİR"
"ŞƏRQ-QƏRB" Nəşriyyatı, BAKI, 2006
Bu kitabda Azərbaycanın XIX əsr maarifpərvər tarixçiləri Mirzə Adıgözəl bəyin, Mirzə Camal Cavanşir Qarabağinin, Əhməd bəy Cavanşirin Qarabağ haqqında tarixi, ədəbi-bədii, publisistik oçerkləri toplanmışdır.
bəy Cavanşirin "Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi vəziyyətinə dair" əsərləri çox az tirajla 1950, 1959, 1961-ci illərdə çapdan çıxmış və indi nadir kitablar sırasına daxildir1.
Mirzə Adıgözəl bəy öz əsərini Azərbaycan dilində, Mirzə Camal Cavanşir fars və Əhməd bəy Cavanşir isə rus dillərində yazmışlar. Yuxarıda adı çəkilən müəlliflərin əsərləri Azərbaycan MEA M.Füzuli adına Əlyazmaları İnstitutunda saxlanılır. Buraya Mirzə Adıgözəl bəyin "Qarabağnamə"sinin 1862-1914-cü illərdə üzü köçürülmüş beş əlyazma nüsxəsi2, Mirzə Camalın "Qarabağ tarixi"nin 1877-ci ildə katib tərəfindən köçürülmüş M-195 şifrli nüsxələri daxildir.
Mirzə Adıgözəl bəyin əsərindən fərqli olaraq, Mir Mehdi Xəzaninin "Qarabağ tarixi"ndə bəzi çox çətin anlaşılacaq yerlərin müasir dilə çevrilməsini nəzərə almasaq, demək olar ki, müəllifin öz dilini saxlamışıq.
"Qarabağnamə"lərdə müəlliflər əsasən Qarabağın tarixi coğrafiyasını, etnik tərkibini, Qarabağda və onun ətrafında baş vermiş siyasi hadisələri, o cümlədən Azərbaycanın bu gözəl, mənzərəli guşəsində tikilib ucaldılan milli abidələrimiz, Qarabağ xanları tərəfindən yeni salınmış yaşayış məskənlərini geniş şəkildə qələmə alırlar.
Bu günümüzlə səsləşən ən vacib məsələlərdən biri, ermənilərin bu torpağa sonradan gəlmələri də bu mənbələrdə öz əksini tapmışdır. Məsələn, Dizaq məliki Yegan Qarabağa Loridən qaçıb gəlmişdir. Nadir şaha müticəsinə itaət etdiyinə görə Dizaqda ona məliklik verilmişdir. Vərəndə məliki Şahnəzər Göyçədən, Çiləbörd məliki Allahqulu Mağavizdən, Talış məliki Usub Şirvandan qaçaraq Qarabağda özlərinə sığınacaq tapmış, Nadir şaha qulluqlarına görə Qarabağda məliklik əldə etmişlər. Xaçın isə o dövrdə Yesai Həsən Cəlalyanın (1702-1728-ci illərdə alban katolikosu) övladına verilmişdir1. Buradan aydın olur ki, Allahqulu, Yegan(ə), Şahnəzər, Usub və mənbələrdə adı çəkilən digər Qarabağ məliklərinin əsli-nəsəbi, xristian dinini əldən verməmək üçün erməni dilini qəbul etmiş albanlardırlar. Bu da görkəmli Azərbaycan alimləri akad. Ziya Bünyadovun2, akad. İqrar Əliyevin3 və başqalarının fikirlərini tamamilə bir daha sübut etməyə əsas verir.
QEYDLƏR:
1 Mirzə Adıgözəl bəy. Qarabağnamə (müqəddimə və Mirzə Adıgözəl bəyin tərcümeyi-halına aid materiallar V.N.Leviatovundur), Bakı, 1950; Mirzə Camal Cavanşir Qarabaği. Qarabağ tarixi (farscadan tərcümə, müqəddimə, qeydlər və adlar göstəricisi. F.Babayevindir), Bakı, 1959; Əhməd bəy Cavanşir. Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi vəziyyətinə dair (Əhməd bəy Cavanşirin tərcümeyi-halı, ruscadan tərcümə və qeydlər Ə.B.Şükürzadənindir), Bakı, 1961.
2 Azərbaycan MEA M.Füzuli adına Əlyazmaları İnstitutunda saxlanılan nüsxələrin şifrləri bunlardır: B-1150, M-87, B-2382, B-3336, B-6312.