Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Givi Alxazişvili: Şeirlər. Georgi Kekelidze: "Axtarışda olan insanam".(Gürcücədən tərcümələr)

Müəllif:

Bələdçi


Kateqoriya:

Gürcüşünaslıq - Gürcüstanşünaslıq



Qısa Təsvir:

Givi Alxazişvili: Şeirlər. Georgi Kekelidze: "Axtarışda olan insanam".(Gürcücədən tərcümələr)


Baxış sayı: 3222
    
    


 Givi Alxazişvili: Şeirlər (GÜRCÜ DİLİNDƏN TƏRCÜMƏLƏR)   

 

  Səhər    

Səhərdi. Quşların səsi eşidilmir
Bağ susub, sakit və quşlarsızdır,
Güzgüdə görünür xarizma sifəti,
O, isə tezliklə qırışacaqdır. Heç kəs də yoxdur, hamı qeyb olub,
Onları yox edən heç yerdə yoxdur
Və susur saatın köhnə əqrəbi,
Həqiqi zamanla qovuşa bilib. Gözə görünməz papaq örtmüşdü,
Uzaq uğultusu qulağa çatdı,
Amma bilmirəm, səsin eşitdim,
Yoxsa başqa əsirin sədası idi.  
Zamanın təkrarı     Aramsız fikirlər məşqlər eləyir və gecələr
Ardıcıl işgəncələr əvəzinə aldığım pəncərəni tapıram,
Belə diksinmiş ulduzlar niyə çırpınır,
Mən bacarıb görə bilmədiyim nəyi gördülər?! Burada hər şey adi ritmlədir,
Vaxt tapammırlar bir şey görməyə,
Buxar qaytarır, keçmiş zamanı təkrarlayır,
Xalamın masaya qəhvədanı qoyduğu dövrü. Həmin kadr: fincanları sakit qoyurlar,
Güzgü, budağı əyilmiş limon koması,
Gümüş qaşıqların cınqıltılı zanzalakı,
Lampa işıltısı və otaq - gecə adası. Görüntüdə var, o mənim üçün daha dəqiqdir-
O ürəkdədir və ürək tək bir an sızladı,
İndi ordayam və oradan nəzər salıram
Təsəvvür belə edə bilmədiyim həmin zamana.     

 

Georgi Kekelidze: "Axtarışda olan insanam"

 


    kekelidze  

 

- Özünüzü necə təqdim edərdiniz? Georgi Kekelidze kimdir, kim deyil və kim olmaq arzusundadır?
- Başqasının gözündə, əlbəttə ki, şair və redaktoram. Mən isə istərdim ki, yaxşı şair və yaxşı redaktor olam. Çox şey deyiləm və ola bilmirəm, yəni yerdə qalan əlavə heç nə deyiləm.
- Poeziya, həyatınızda hansı rolu oynayır?
- Təxminən, topun futbolçu üçün oynadığı rolu...
- Bir nəzərlə bugünkü gürcü ədəbiyyatını necə təsvir edərdiniz?
- Düşünürəm ki, müəyyən qədər defraqmentasiya prosesi başlayıb, bununla da bu mərhələ 90 -cı illərdən fərqlənir, amma bütün bunlara zaman lazımdır, bu mərhələyə bir neçə ad həkk olunub, onlar tezliklə fon yaradacaqlar.
- Bir gənc yazar kimi, gürcü poeziyasında sizi qane etməyən nədir və nəyi dəyişmək istərdiniz?
- Məni dərk edilmiş sterelizasiya və süni minimalizasiya qane etmir, amma bu da yavaş-yavaş "dəbdən düşür".
- Gürcüstanda poeziya oxucusu varmı və şeir kitabları satılırmı?
- Hər yerdə olduğu kimi, poeziya, Gürcüstanda da kommersial deyil, bir də ki, üstəlik mövcud olan ağır sosial fonu nəzərə alsaq, bu baxımdan vəziyyət faciəvidir.
- Azərbaycan poeziyası ilə tanışsınızmı və bu barədə nə deyə bilərsiniz?
- Bəli, Qafqaz evinin çap etdiyi antologiya və Oktay Kazımovun tərcümələri olan toplu ilə tanış olmuşam, Lib.ge saytında siz göndərdiyiniz bir neçə yeni tərcümələrlə də tanış oldum. Düşünürəm ki, yetərincə ardıcıl ədəbi prosesə aiddirlər və keyfiyyətcə də də pis deyillər.
- Bu il sizə "İlin ən yaxşı şairi" adını verdilər. Bu ad, hansı kriterilərə əsasən seçildi?
- Deyə bilmərəm, görünür ədalətin olduğu kimi - əsərin keyfiyyətinə görə. Mən əminəm ki, digər namizədlər də bu ada layiq idilər və bu mükafatı qazanmış kimidirlər.
- Ümumiyyətlə, Gürcüstanda bu günün şeri ya da ki nəsri oxucu qazanmaq üçün necə olmalıdır?
- Onun bədii səviyyəsinə görə - çox iddialı oxucu ictimaiyyəti var, amma onların arasında köhnə avtoritetlərə kor - koranə inananlar da var, çox zaman onlar obyektivlik hissini də itirirlər.
- Şerin forması haqda nə düşünürsünüz?
- Düşünürəm ki, gürcü poeziyası bu baxımdan geridə qalır, çünki daha da cürətli eksperimentlər lazımdır, amma bu əsərin bədii tərəfinə kölgə salmamalıdır.
- Besik Xaranauli poeziyasından sonra, gürcü poeziyasında irəliləyiş olubmu?
- Sözsüz ki, oldu, bunu bizim nəslin məkana çıxması təsdiq edir.
- Necə düşünürsünüz, məqsədinizə nə vaxt nail olacaqsınız və özünüzü xoşbəxt hesab edəcəksiniz?
- Xoşbəxtlik, çox şərti anlayışdır və müvəqqətidir. Buna müvafiq olaraq, təəssüf ki, heç zaman...
- Allaha necə münasibətiniz var?
- Axtarışda olan insanam.
- Sevdiyiniz şeirdən bir misra...
- Öz şerimi çətin ki, deyə bilərəm, amma başqa sevdiyim şeir var:

 

Ah, mənim nəğmələrim,
nə üçün belə şən və hər şeyə qarşı maraqlısınız?
İnsanların üzünə maraqla baxırsınız...
Bəlkə onların arasında
İtirdiyiniz ölüləri tapırsınız?
Ezra Paund

Söhbətləşdi: Alik Əlioğlu

 

Qırmızı oda


Gəldi qırmızı qaraçı.
Kor idi qırmızı qaraçı və
Əlləri ilə görürdü,
Zəri baxış tək atırdı.
Soruşdum: niyə gəlmisən, qaraçı,
Ağrıyan ağzını niyə göstərirsən?
Dedi:
Ver sənin gümüş sapını
Və zər sənə deyəcək ,
külək sənin arxancadı,
yollar sənin ağzındandı

mən öz sapımı gizlətdim

qaraçı qarğışladı məni,
(qaraçı kölgənin o tayında dururdu,
günəş yandırdı və
əyilib getdi...)
Ağ dağın arxasından mininci gecəni diyirlətdim
Amma yenə də dolmadı
O uçurum onların leşləri ilə

(..................................
...bədəndən qarğışı sıyıra bilmədim,
ona mamır kimi yapışan,
pərdə ilə gözü qapanmış uzun Vaqonda
Ağacdələnin dimdiyi tək taqqıldadır
Göyün yuvasından uçub gələn yağış,
Yuxularımı qurd kimi çıxaracaq ki
otu tapdalanmış kisə kimi
Altıma sərim ürküdülmüş yuxumu...
Külək əksinə vurur,
Yolları isə kürəyimin kölgəsi
Və yerinə yetmiş arzularımın
Şirin və çirkin ətri budayır.
...............................
Nəyə görə, vurdun dərdli qaraçı,
Nəyə görə, ovsunlu qandalları,
Nəyə görə qurutdun gənclik yaşlarımı...
Budur, öz ayağımla gəlmişəm,
Gümüş sap ilə gəlmişəm
Tanımadınmı -
Budur, sapı bağladım,
Nəyə görə ağlayırsan arxamca qaraçı qadını,
Nəyə görə göstərirsən ağrıyan ağzını,
Kasıbam,
Tək və xəstə gəlmişəm ,
Gümüş sap ilə gəlmişəm
Budur,
Bağladım nazik sapı ,amma çəkmədim,
əbəs yerə ağlayırsan və əbəs yerə xahiş edirsən,
yalandan bağladım sapı,
yalandan bağladım gümüşdən olan nazik sapı ,
dartmayacağam və üzməyəcəyəm,
yalandan bağladım sapı -
sənin
dəyişəsi olan
dişini
aldatdım.

E-mənbə / link: http://eeeeh.net