
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
Milli Kulturologiya elmində yeni dəyərli nəşr
Oxucuların müzakirəsinə buraxılan "Dünyanın kulturoloji dərki" elmi-kulturoloji toplu Prezident təqaüdçüsü, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, Azərbaycan Yazıçılar Birliyinin İctimai Qurumlarla Əlaqə və Analitik-İnformasiya Mərkəzinin rəhbəri, istedadlı yazıçı-kulturoloq Aydın Xanın (Əbilov) sayca dördüncü kitabıdır. Müəllifin ölkə hümanitar-ədəbi ictimaiyyəti tərəfindən maraqla qarşılanmış, bir hissəsi xarici dillərə çevrilmiş, İnternetdə geniş yayımlanan əvvəlki "Kulturoloji - alternativ düşüncələr" kitabındakı filologiya - estetika məsələlərinə həsr olunmuş əsərlərin davamı kimi bu nəşrdəki elmi məqalələrin hamısı həm dövri mətbuatda, həm də çoxsaylı şəbəkə resurslarında yerləşdirilmiş, ölkəmizin ədəbi-mədəni dairələri tərəfindən maraqla qarşılanmış, qızğın polemikalara, diskussiyalara yol açmışdır. Ümumi və humanitr kulturoloji problemləri, ədəbiyyat məsələlərini, ədəbi-tənqidi polemikaları əhatələyən bu yazılarda çağdaş düşüncə sahibi olaraq fərdi və fərqli mövqe nümayiş etdirən Aydın Xan (Əbilov), eyni zamanda Azərbaycanda yeni intellektual düşüncə sahəsi sayılan milli kulturologiya elminin inkişafına təkan vermiş olur.
Kitab mədəniyyət, ədəbiyyat və humanitar düşüncə problemləri ilə maraqlananlar, kulturoloqlar və ədəbi-mədəni ictimaiyyətin nümayəndələri, eləcə də sənətsevər oxucular üçün maraqlı elmi mənbə sayıla bilər.
Diqqət: Kitabın müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.
© Aydın Xan (Əbilov), 2008
© YYSQ - "İKƏK" seriyası - 2008
E-mənbə / link: http://artyazar.azeriblog.com/2009/02/17/aydin-xan-ebilov-yeni-elmi-kulturoloji-neshr-dunyanin-kulturoloji-derki-kitabin-e-varianti