ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Nəiminin əsərləri Azərbaycan türkcəsinə hələ ki çevrilməyib. Bu kitabı türk saytlarının birindən əldə etdik. Tam versiya olduğunu demək çətindir. Hər halda fakt kimi maraqlıdır.
Nəimi Şah Fəzlullah ibn əbu Məhəmməd Təbrizi (Fəzl) haqqında məlumatlar
Mənşəcə Azərbaycan türklərindən olan məşhur alim, şair, filosof.
Nəimi Şah Fəzlullah ibn əbu Məhəmməd Təbrizi (Fəzl) təsəvvüfi cərəyan olan hürufiliyin banisi və Azərbaycanın ən nəhəng sufilərindən biridir. Hürufilik Fəzl tərəfindən Azərbaycanda XIV əsrin sonlarında bərqərar olur və buradan Türkiyə, İran, İraq, Suriya və müsəlman Şərqinin digər ölkələrinə yayılır. Bu təlim türk xalqları içində daha artıq rəqbət doğurmuşdu. Şəmsəddin Məhəmməd ibn Əbd-ür-Rəhman Söhavinin (XV əsr) "IX əsrin parlaq şəxsiyyətləri" adlı kitabında oxuyuruq: " Adı Əbd-ür-Rəhman olan Nizami Əbu-əl-Fəzl Astrabadi Əcəmi həddən artıq savadlı bir adam idi, nəzm və nəsr sahələrindən yaxşı baş çıxarırdı, Gilan, Səmərqənd və başqa şəhərlərdə ondan ötrü məxsusi qurulan məclislərdə iştirak edirdi. Hürufilər zahidlər kimi həyat keçirir, başlarına ağ keçə papaq qoyurdular. Geniş yayılmış və çoxlu tərəfdar tomlamış bu təriqət öz küfrü ilə cığatayların və başqa qeyri-ərəb xalqlarının əksər qismini zəhərləmişdi."
"Hürufi"- ərəb dilindəki "hərf" sözünün cəmi olan "hüruf" sözündəndir. E. Əhmədovun yazdığı kimi, hürufilərə görə, "insan və dünya - dünya ağlı, dünya ruhu, analar anası, məkan və zamanın ardıcıl emanasiyalarının nəticəsidir. Dünya yaradan ilahi başlanğıc - Allah özünün bənzəri kimi yaratdığı insanın simasında daha tamlıqla təcəlla edir. Kainatın varlığı, bəşəriyyətin tarixi mərhələlərə bölünmüş dövri hərəkətlərdən ibarətdir. Hər bir mərhələdə yeddi dövr var. Və Adəmin dünyaya gəlişindən başlanan bu mərhələlər məhşər gününə qədər davam edəcəkdir." Ərəb əlifbasının hərfləri, rəqəmləri və onların ədədi mənaları hürufilərdə xüsusi mistik anlayış kəsb edir və dünyanın dövri hərəkətlərinin simvolları kimi qəbul edilirdi. Onlar sözləri varlığın əsası kimi götürürlər. Sözlər "Quran"da və "Quran" vasitəsilə Allahdan gələn vəhylər kimi dünyanın materiyası olmuşdur. Allahın "Quran"dakı sözlər vasitəsilə insanda təcəlla etməsi haqdakı hürufi ideyası da buradan yaranmışdı.
Nəiminin həyatı haqqında məlumatlar çox azdır. Bu barədə olan səhih məlumatları da tədqiqatçılar onun özünün və həmfikirlərinin əsərlərindən götürmüşlər.
Şeyx Fəzlullah Nəimi 1339/40-cı ildə anadan olub. Yaxşı təhsil almasına baxmayaraq, uzun müddət həyatda öz yerini tapa bilməyib. Elə vaxt olub ki, o, öz dolanışığını papaq tikməklə qazanıb. Ancaq onun elmə həvəsi hər şeyə üstün gəlmiş və o bilik qazanmaqdan ötrü o dövrdə qəbul olunan ənənəyə görə, səyahətə çıxıb.
Məlumdur ki, 1369-cu ildə o, İsfahanda olmuş, sonra isə Məkkə, Nişapur, Xorasan, İraq, Azərbaycan və Orta Asiyanı gəzmişdir. Ardıcıllarının hürufi Quranı kimi müqəddəs saydıqları "Cavidannamə" ("Əbədiyyət kitabı"), yaxud "Cavidani-Kəbir" ("Böyük əbədiyyət") adlı əsərini Fəzl Şirvanda həbsxanada qələmə almışdır.
Onun "Növmnamə" əsərində də zəngin biblioqrafik məlumatlar var. Burada Nəimi özünün Suriyadan Orta Asiyaya qədər bütün müsəlman dünyasına səfərləri, olduğu şəhərlər, tanış olduğu adamlar, haqda danışır. Burada Bakı, Nişapur, Toqçi, Cəzirə, Borucerd, Mazandaran, Xarəzm, Damqan, Sufiyan, Baqi Sufiyan kimi şəhərlərin adları çəkilir. Həmin əsərində Fəzl hər şeydən əvvəl özünün gördüyü yuxuları təsvir edir. Guya o, həmin yuxuları ömrünün son 30 ilində görür. Bu yuxuların məzmunu bir yandan Fəzlin müqəddəsliyini sübut etməyə, digər tərəfdən ardıcıllarının əməl etməli olduğu öncəgörmələrin təsvirinə həsr olunub. O peyğəmbəranə yuxularına istinad edərək öz ardıcıllarını üsyana səsləyir: "... mən gördüm ki, əlimdə par-par yanan bir qılınc tutmuşam və bir münəccim öz elminə uyğun olaraq, onun üzərində yazıb ki, bir neçə üsyan olacaq. Bu üsyan sözündən sonra bir neçə dəfə Astrabadlı Fəzl sözləri yazılmışdı və həmin qılınc mənim əlimdə idi." Bu dəhşətli yuxu hətta Fəzl Teymurun əlində ölsə belə, hürufiləri üsyana səsləyir, Fəzlin əbədi diri olduğundan xəbər verirdi: Cəmadi-əl-ülya ayında çərşənbə gecəsi Borucerddə belə bir yuxu gördüm ki, bir axsaq adam bir nəfəri ardımca göndərib ki, məni edama aparsın... mən gördüm ki, o, aparıb məni öldürdü, ancaq onu da gördüm ki, mən sağam. Düzdür. Doğrudur." O, həmçinin Fəzlin "oyanış" tarixçəsini, öz təlimini necə yaydığını da təsvir edir. Bir dərviş son nəfəsində Fəzli yanına çağırıb, artıq dünyanı onun təlimi barədə xəbərdar etmək vaxtının çatdığını söyləyir. Fəzl bundan sonra doqquz ardıcılını başına yığıb, indiyə qədər hamıdan gizli saxladığı təlimini onlara açıqlayır. Bunlardan dördü ona daha yaxın idi.
Məhəmməd Əli Tərbiyətin "Danişməndane - Azərbaycan" kitabında onların adları çəkilir:
Onun sirrina vaqif olan dostları
Məcid, Mahmud, Kamal Haşimi,
Əgər Bül-Həsənlə rastlaşsan, onu da dördüncü say
Zira o bu kitabı onlara vəsiyyət etdi.
Orta əsr müəlliflərinin əksəriyyəti belə bir fikir üzərində birləşirlər ki, Fəzl öz təlimini ilk dəfə Azərbaycanda, Təbrizdə 1386-cı ildə açıqlamışdır. Buna görə də hürufilər Azərbaycanı "Sərzəmin-e-rəstaxiz" ("Oyanış yeri") adlandırırlar. Fəzlin ən sadiq tərəfdarlarından olan Əli ül-Əla özünün "Kürsünamə" əsərində hürufiliyin yaranmasında Azərbaycanın rolunu belə təsvir edir:
Sevimli Fəzlin vəhdət günəşi
İlk dəfə Azərbaycanda doğdu.
O müqəddəs ölkəmizdən biridir,
Elə buna görə də məna günəşi burdan doğdu.
Bu ölkə Allahın mərhəmətinə nail olub
O, peyğəmbər və müqəddəslər taxtıdır.
Bu vaxta qədər Nəimi sufiliyi öyrənirdi. O, məşhur sufi şeyxi Şiblinin ardıcılı idi. Nəiminin həyatında Bakının xüsusi rolu olub. Belə ki, o burada hürufi hərəkatının mərkəzini yaratmışdı. Əli-ül-Əlanın "Qiyamətnamə" əsərində göstərilir ki, Fəzl Bakıdan getdikdən sonra da bu mərkəz və onun ardıcılları fəaliyyətlərini dayandırmamışdılar:
Bakı tərəfdən səs gəlsə
Ayağa dur, əlini-əlinə vurub sevin.
Ora bizim sevimlimizin olduğu yerdir
Özü getsə də yeri orada qalır.
Fəzlin əsas əsərləri, o cümlədən "Cavidannamə" və yaxud "Cavidane-Kəbir", "Vəsiyyətnamə" də Bakıda və Azərbaycanda qələmə alınıb. Bunlardan başqa onun "Məhəbbətnamə", "Ərşnamə", "İskəndərnamə" və başqa əsərləri də var. Özünün son əsəri olan "Vəsiyyətnamə"ni də Fəzl Azərbaycan torpağında, edam olunmazdan əvvəl yazıb.
Nəiminin müasirlərindən biri yazır: "Fəzlüllah ibn Məhəmməd Təbrizi tərkidünya təriqətlərindən birini yaratmışdır. Bu kafir öz yalançı təlimi ilə hürufilər adı altında bir təşkilat da qurmuşdu. O hətta Teymuru da öz küfrünə inandırmağa çalışmışdı, ancaq o buna razı olmamış və kafirin edamına fitva vermişdir. Fəzli Teymurun oğlu Miranşah edam etmişdir."
Bu qanlı və faciəli hadisə 1401-ci ildə Naxçıvandakı Əlincə qalasında baş verdi. Bir çox tədqiqatçılar belə hesab edirlər ki, Teymur Fəzlin edam olunmasından ötrü bu qalanı bilərəkdən seçmişdir. Çünki bu qala Teymurilərə müqaviməti ilə ad çıxarmış və Teymurun əleyhinə daimi çıxışları ilə tanınmışdı. Nəimi elə burada da dəfn olunub. Onun məzarı və onun üzərindəki baş daşı bizim günlərə qədər gəlib çatmışdır.
http://az.wikipedia.org/wiki/F%C9%99zlullah_N%C9%99imi
HÜRUFİ FƏZLULLAH NƏİMİ
Bəhaəddin Həsən Əstərbadinin oğlu Fəzlullah Nəimi hicri ÜIII əsrin ariflərindən olub təsəvvüfdə (sufizm) hürufilik firqəsinin əsasını qoyaraq ona rəhbərlik et-mişdir. O, hicri 740-cı ildə Əstərabadda dünyaya gəlmişdir. Kiçik yaşlarında ikən atası vəfat etmiş və Nəimi atasının qazilik işini cavan ikən davam etdir-mişdir. Mötəbər şəxslərin söylədiyinə görə bir gün Əstərabad bazarında Qəvvalar-dan biri (xanəndə, musiqiçi) Mövlanadan beyt oxuyarkən Fəzlullah Nəiminin canına atəş vuraraq qərar və aramlığını əlindən almış və o, atasından qalmış sərvət və mülikiyyəti buraxıb mərifət vadisinə doğru üz tutaraq, yolun böyüklük və çətin-liyini can bahasına almışdır.
Bəhaəddin Həsən Əstərbadinin oğlu Fəzlullah Nəimi hicri ÜIII əsrin ariflərindən olub təsəvvüfdə (sufizm) hürufilik firqəsinin əsasını qoyaraq ona rəhbərlik et-mişdir. O, hicri 740-cı ildə Əstərabadda dünyaya gəlmişdir. Kiçik yaşlarında ikən atası vəfat etmiş və Nəimi atasının qazilik işini cavan ikən davam etdir-mişdir. Mötəbər şəxslərin söylədiyinə görə bir gün Əstərabad bazarında Qəvvalar-dan biri (xanəndə, musiqiçi) Mövlanadan beyt oxuyarkən Fəzlullah Nəiminin canına atəş vuraraq qərar və aramlığını əlindən almış və o, atasından qalmış sərvət və mülikiyyəti buraxıb mərifət vadisinə doğru üz tutaraq, yolun böyüklük və çətin-liyini can bahasına almışdır.
Beləliklə, seyir və sülukla başlayıb Məkkəyə gedərək Allah Evini ziyarət etdi. Sonra bir müddət Xarəzmdə yaşayaraq hicri 775-ci ildə yenidən Kəbə Evini ziyarə-tindən qayıdarkən Xorasana dönüb, oradan Təbrizə gələrək uzun müddət burada ya-şamaq qərarına gəldi və Təbrizli kimi tanındı. O, möminlik və zöhdi qəbul edərək ruzgarın başa börk qoymasından uzaqlaşdı. Heç vaxt bir kəsin yemək məzəsini dad-madığı səbəbindən Halalxor (halal yeyən) Fəzlullah kimi şöhrət tapıb tanındı (İbn Kərbəlayi/481).
Allah qarşısında pəhriz, nəfsi təmizləmə, təslim və təvəkkül onu zahid, abid və sufi etdi. Bu yaşayış tərzində elə ifrat və radikallıq həddinə vardı ki, İbn Ha-cər Əsqanı onu "Motəqəşşef" adıyla yad etdi. Bu ad o kəslərə verilir ki, gündə-lik bir tikə çörəkdən şükr edib parça-parça olmuş geyimlə ağır həyat tərzi keçi-rirlər (Sadiq Kiya, 1344-ci il/23)
O, İlahi həqiqətlər və İrfani rəmzlər agahlığıyla, elmi təhqiqatlar və digər məktəblərin araşdırılmasıyla müxtəlif zəminlərdə nəzər sahibi olmağı bacardı. Gözəl şeirlərilə "Nəimi" təxəllüsü əldə edib hərf, isim, hikmət və cəfr (gələcək hadisələrdən agahlıq tapmaq) elmlərini kamil öyrəndi. Həmin hərf elmiylə tanış-lıq hicri 788-ci ildə Şirvanda Fəzlullah Nəimi tərəfindən "Hürufiyyə" təriqəti-nin əsasının yaranmasına səbəb oldu və bundan sonra Fəzlullah "Hürufi" adıyla məşhurlaşdı (Edvarj Braun, c.3, səh 404).
Məlum deyil ki, niyə doktor Zəbihullah Səfa Nəimi sözünü Nəsihi qeyd etmişdir. O yazır: "Bu firqənin təsisçisi Fəzlullah Nəsihi Əstərabadi adlı bir şəxsdir ki, hicri ÜIII əsrin ikinci yarısında yaşamışdır" (Səfa, 1344, c.4)
Bu təriqətin əsası və zahiri həmin hərf və nöqtə elminin təbliği idi. Özünün ic-timai və siyasi həyatının şəraitini bu elmin əsrarəngiz cilvələriylə şərh edir-di. Bu təfəkkür tərzi İranın mədəni və ictimai həyatında böyük hadisə hesab edi-lirdi. Nəimi Quran ayələrini həm yeni mənalarla şərh və təfsir edib bunların əsasını hərflərin əsilliyində görür və bu nöqtəyə inanırdı ki, hər kəs asimani kitabların həqiqi mənasını və Peyğəmbərlərin rəmzi söylədiklərini dərk etmək is-təyirsə, məcburi olaraq həriflərin sirri və xüsusiyyətiylə tanış olmalıdır.
Nəimi özü də Quran ayələri və İslam Peyğəmbərinin dediklərində təzə və heyrəta-miz mənalar bəyan edirdi (Nəsrullah Fəlsəfi, 1339, c.3, səh.40)
ŞƏHADƏTƏ YETMƏ SƏBƏBİ
Nəimi müridləri və tərəfdarları vasitəsiylə xalq arasında çox geniş təbliğat apardığından ehtişami diqqət və ehtirama nail olmuşdur. Xalqın Nəimiylə həmqəlb olması Teymuri dövlətinin həyəcanlaşdırmışdı. Teymuri hökumətinin bədrəftarlığı-nı ortadan götürmək məqsədiylə aparılan azadixahlıq təlimləri hürufilik ayinin baş mövzusu idi. Din və şəriətin keşiyini çəkmək məqsədiylə Fəzlullah və kömək-çilərinin fəaliyyətinin qarşısını almaq qərarına gəldilər. Miranşahın (Teymurun oğlu) əmriylə Nəimini Şirvandan Təbrizə gətirib küfrdə təqsirləndirərək qətl hökmüylə hicri 796-cı ildə zilqədə ayının 6-da (hicri-qəməri ilin 11-ci ayı) ba-şını kəsib, cəsədini ata bağlayaraq Təbriz şəhərində gəzdirdilər ki, digərlərinə ibrət olsun. Hicri 806-cı ildə Teymurun göstərişi ilə Onun sümüklərini qəbirdən çıxardaraq yandırdılar (Dehxoda lüğətnaməsi/479).
NƏİMİNİN ƏSƏRLƏRİ
Fəzlullah Nəimidən bir sıra əsərlər qalmışdır ki, onların hamısı əqidələrdən söhbət açıb rəy verir. Onlara qısa xülasə olaraq işarə edək:
- Cavidani-Kəbir: Qurani-Kərimdən bir təfsirdir ki, fars dilində Əstərabadinin şərhilə yazılmışdır. Bu təfsir Quran ayələrindən yeni izahlardır. Onun nəşri sa-də və avamların dərki üçündür (Dehxoda lüğəti, 1369/484)
- Ərşnamə: 1120 beytdən ibarət Rəməli müqəddəsi məhzuf bəhrində yazılmış bir məsnəvidir ki, onda irfani məsələlər və hürufi düşüncələri şərh edilir və bu beytlə başlayır:
Bayi Bismillahi Rəhmani Rəhim,
Adəmi-xakidir, ey divi-Rəcim,
Aləmin canı həmin torpaqdadı,
Çox böyükdür Həqq üçün insan adı.
- Novvomnamə: Fəzlullah Nəimi sərgüzəştlərini hicri 765-ci ildən həyatının sonu-na qədər şərh edir, görmüş olduğu saysız yuxular Əstərabadi diliylə həmin risa-lədə izah edilir (Dehxoda/486).
- Kitabi təvilat (şərh etmə): bu risalə ölümdən sonra və cismi tərk etdikdə ru-hun bəqalığının (həmişəlik) isbatıdır.
- Ənfas və afaq (dünya və insanlar): farsca bir mənzumədir.
- Cavidannamei-səğir: Əstərabadi şərhinə görə eşq və məhəbbətdə onun ən mühüm əsərlərindən hesab edilir və həyatının ən uzun mərhələsini şərh edir. Zahiri ba-xımdan 796-cı il Rəbiülaxər ayında şəhadətindən 6 ay əvvəl sona çatmışdır.
- Məhəbbətnamə: Nəimi bu risalədə eşq və məhəbbətin sadə şərhinə başlamış və təqribən Cavidannamənin mətləbləridir.
- Divani Əşar (şeirlər divanı): qəsidələr, qəzəllər və rübailərə şamildir ki, dəfələrlə Azərbaycanda Rüstəm Əliyev vasitəsiylə çap olunmuşdur. Əlbəttə, "Tə-şəyyo və təsəvvüf" kitabında gəlmişdir ki, hürufi Fəzlullah "Nəimi" təxəllüsü ilə şeir yazmamışdır və Fəzlullaha mənsub divan onun deyil (Kamil Mustafa əl -Şibi, 1359/169).
NƏİMİNİN FƏRZƏNDLƏRİ
Fəzlullah 4 qız və 3 oğula sahib olmuşdur. Qızları Fatiməxatun, Bibixatun, Bibi Ümmül-Kitab və Bibi Fatihətəl- Kitabdır ki, bu qızlar Fəzlullahın 4 xəlifə və ya müridinin arvadı olmuşlar. Oğlanları: Səlamullahdır ki, Fəzlullah onun adını Novvomnamədə çəkmişdir. Əmir Nurullahdır ki, adı Ostovanamədə "Sorure şəhidan" ("Şəhidlərin fərəhi") və "Əfzəl-əl-Şühəda" ünvanında yad edilmişdir. Bu onu ni-şan verir ki, ehtimal olaraq Əhmədilərin - Şahrox Teymuriyə həmləsi zamanı digər hürufilərlə bir yerdə öldürülmüşdür. O, Fəzlullah Nəiminin canişini olmuşdur (Kamil-Mustəfa əl-Şibi, 1359/174)
Nəiminin üçüncü oğlunun adını yad etmirlər.
Fəzlullahın qızları ərlərilə bahəm onun düşüncə və əqidəsini yaymaq üçün hədsiz səyy göstərmişlər. Fatimə əri Mücəddəddin Əstərabadilə Cahanşah Qaraqoyunlu döv-ründə beşyüzə yaxın hürufi dəstəsiylə Təbrizdə qiyam etdilər və hamısı Qaraqo-yunlu Əmirinin göstərişilə öldürüldülər.
ŞEİRLƏRİNDƏN BİR NÜMUNƏ
Hər şəb tutub üz göylərə ta sübh "yahu" söylərəm,
Gər sufi "la"dan dəm vurar "illa" deyib, "hu" söylərəm.
Divanə bir qumru mənəm, yüz şəhri viran etmişəm,
Şahlar başında əyləşib, "qu" söylərəm, "qu" söylərəm.
Qazi nə bilsin halımı, müfti nə bilsin rahımı,
Ta yoxluğun ardınca mən, hökmilə "yərğu" söylərəm.
Yox hacətim sultanlara, mən aləmin sultanıyam,
Nitqimlə şahlar yıxmışam, ləfzimdir ordu, söylərəm.
Ey karvan, ey karvan, karvanbasan saymın məni,
Bir pəhlivanəm, üzbəüz xəncər çəkib "hu" söylərəm.
Müəllif: Hacı Aydın Nəsiri
http://faktxeber.com/2234_h220ruf304-f399zlullah-n399304m304.html