Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Moğul ədaləti"

Müəllif:

Güntay Gəncalp


Kateqoriya:

Mühacir və diaspor



Qısa Təsvir:

Güntay Gəncalp. "Moğul ədaləti"


Baxış sayı: 61
    
    


  Çingizxan tarixin ən disiplinli, ən ədalətli xaqanı olmuşdur. Çigizxan bir-biri ilə sürəkli savaşan moğul boylarını böyük amac doğrultusunda birləşdirmişdir. Siyasi açıdan Hz. Məhəmmədin ərəblərə yapdığını Çingizxan da moğullar üçün yapmışdır. Ancaq Çingizxan şəriətə dayanan dövlət deyil, ağıla dayanan bir dövlət qurmuşdur. Hz. Məhəmmədin gətirdiyi şəriətdə, yalnız müsəlmanlar qardaş sayılır, müsəlman olmayanlar cəziyə (müsəlman olmamanın cəzası) ödəyirdilər. Çingizxanın yasalarına uyan bütün insanlar, irqindən və dinindən asılı olmayaraq bərabər hüquqdan bərxurdar olurdular. Bütün dinlərə və inanışlara eyni məsafədə duran tarixin ilk imperatorluğunu Çingizxan qurmuşdur. Çingizxanın zühuru və moğulların tarix səhnəsinə sıçırayışı ilə siyasi islam zülmü altında inləyən millətlər azadlıqlarına qovuşdular. Camiləri saxta müqəddəslik məkanına çevirmişdi Abbasi xilafəti. Camilər zülm atəşinin məkanına dönüşmüşdü. Məzlumlar sadəcə zalimlərdən deyil, camidən də qorxurdular. Camilər zalimlərin mənafeyini qoruyurdu insanları cəhənnəm əzabından qorxudaraq. Moğul atları, moğul atlıları camilərə girdilər. Camilərin çoxunu atların yataqlarına, karvansəralara dönüşdürdülər. Cami müqəddəsliyi tabusunu yıxdılar. İnsanların vicdanında və ağlında hökm sürən camilərin yaratdığı qaranlıqlar dəlindi. Moğulların gəlişi ilə din qaranlığında boğulmuş, burxulmuş ağıllara aydınlıq gəldi. Çingizxanın yasaları gərəyi şamançılıq, xristianlıq, krişnaism, buddism, islam, çin inancları bir-birinə qarışdı. Heç bir din digərindən üstün sayılmadı. Son peyqəmbərin son dininin təlqin etdiyi üstün din anlayışını moğullar ortadan qaldırdılar. Moğul ədaləti qarşısında bütün inanclara eşit davranıldı. İnsanlar inanclarına, mənsub olduqları dinə görə insanı nitəlik qazanmazlar. İnanc bireysəl vicdan işidir. İnancın icabatları sosial plana daşına bilməz, daşınmamalıdır. Daşındığında din yolunda insanlar bir-birinin üstünə qılınc çəkmişdir. Bu cəhaləti moğul ədaləti ortadan qaldəırmışdır. Moğul ədalətinin gətirdiklərini Batı dünyası rönesan devrimindən sonra anlamağa başlayacaq və dini, dövlət işlərindən ayırmağa özənəcəkdir. Markopolo moğul ədalətindən yazır. Moğul ədaləti ipək yolunda öncədən bənzəri olmayan güvənlik sağlamışdı. Çingizxan Xarəzmşah dövləti ilə savaşmaq istəmirdi. Çingizxanın elçisinin Xarəzmşah tərəfindən başının kəsilib geri göndərilməsi Çingizxanı savaşa sürəklədi. Çünkü savaşmasa idi öz yazdığı yasları pozmuş olardı. Çingizxanın yasalarında “Elçiyə hörmətsizlik edən ölməlidir” kimi bir qural var idi. Çingizxanın bu quralı uluslararası diploması də nəzakətin qorunmasına xidmət edirdi. Çingizxanın yasalarında deyilirdi:1. Bir qadına və çocuğa qılınc qaldırana ölüm.2. Yolçuya barınaq və yeyəcək verməyənə ölüm.3. Oğurluq (çalıntı) malı satana ölüm.4. Uğurluq olduğu bilinən malı alana ölüm.5. Çaparı (xəbərçini), elçini öldürənə ölüm. 6. Savaşda qılınc buraxana ölüm.7. Qılınc buraxanın yoldaşına da ölüm.8. Fərar edən kişiyə ölüm.9. Təslim olan düşməni öldürən əsgərə ölüm.10. Erkəklə cinsi ilişkidə bulunan erkəyə ölüm. Hər ikisinə də ölüm.Yuxardakı moğul ilkələri dövlət düzənini, ictimai əxlaqı qoruma açısından çox önəmlidir. Savaşdan qaçan əsəgr orduda ruh düşgünlüyü yarada bilər. Bu üzdən də qaçan əsgəri yoldaşı öldürmürsə, ruh düşgünlüyünün yaranmasına dolayısıyla yardımçı olur. Yalnız belə möhkəm əxlaq qurallarına dayanan bir millət dünyanı fəth edə bilər, dünyanın ən böyük imperatorluğunu qura bilərdi. Kürəsəlləşmənin təməlini moğullar qoymuşdur. Çünkü kürəsəlləşmə azad bazara və ticarət güvənliyinə dayanan bir olqudur. Kültürəl anlamda da heç bir inancın iqtisadi məsələlərə müdaxilə etməməsidir. Dini ticarət yoxdur. Ticarətdə mənafe var. Başaranın dininə, inancına baxmaq gərəkmir. Bu ilkə ilk dəfə Çingizxan tərəfindən imperatorluğun yasası halına gəldi. Japoniyadan, Korədən, Çindən tutmuş, bütün Orta Doğunu, Mərkəzi Asiyanı, Anadolunu içinə alan moğul imperatorluğu. Milladdan 1200 il öncə Həmurabi də dövlətin yasalarla idarə olunmasını sağlamışdı. Ancaq onun yasaları Çingiz Xanın yasaları qədər qapsayıcı deyildi. O zaman dünyada bu qədər böyük bir imperatorluğu qurub yönətəcək moğul yox idi. Moğul imperatorluğunun vurucu və qurucu gücü həm də türklər idi. Moğul-Türk imperatorluğu idi. Moğul-Türk imperatorluğunun yüksəlişi ilə türk millətinin uzaq gələcəkdə yazqısı dəyişəcəkdi. Osmanlı dövlətinin qurucusu olan Kayı boyu moğulların yüksəlişi ilə Türküstandan Anadolu köçmüşdülər. Ərtoğrul bəyin dədələri. Odman (Osman deyilir yanlış olaraq) bəyin hər iki eşi də moğul idi. Osmanlı dövləti oruq olaraq (ana soyu tərəfindən) moğuldur. Moğul-Türk imperatorluğunun tərkibində Anadoluya girən türklər daha sonra Osmanlı dövlətinin əsgəri qolunu oluşduracaqdılar. Moğul-Türk imperatorluğunun yüksəlişi və Orta Doğuya gəlişi ilə, insanlar sadəcə siyasi islamın zülmündən qurtulmadılar. Orta Doğuda dünyəvi dövlət quruldu. Sənət dinin həbsxanasından çıxa bildi. Buddist Uyqurların sənət əsərləri, özəlliklə Təbrizdə öz etkisini göstərdi. Uyqur minyatür məktəbi Təbriz məktəbi ilə birləşdi. Uyqur rəssamlıq sənəti də Orta Doğuya axış etdi. Təsəvvüfdə ortaya çıxan hind təsiri moğulların təsiri ilə olmuşdur. Orta Doğuda bilimə, bilim adamına sayqı meydana çıxdı. Çünkü moğullardan öncə bilim ilahiyatın dışına çıxa bilmirdi. İlk dəfə olaraq moğulların zamanında Marağada böyük rəsədxana təsis edildi. Öncə terorist ismailiyyə məzhəbinə mənsub olan və ismailiyyə padşahı Xurşahın vəziri olan Xacə Nəsrəddin Tusi də moğul dövlətinin xidmətinə alındı. Nəsrəddin Tusi “Əxlaqi-Nasiri” kitabına iki müqəddimə yazmışdır. Birincisini ismailiyə ilə bir yerdə olduğu zaman, ikincisini isə Hülaku Xanın vəziri və rəsədxananın yetkilisi olduğu zaman. İkinci müqəddiməni yazarkən, heç bir dini basqının altında olmadığı sezilir. Bunlar moğulların alimlərə verdikləri dəyər hesabına olmuşdur. Səfiyəddin Urməvi də musiqidəki yaradıcılığının ən olqun dönəmini moğul sarayında gerçəkləşdirmişdir. Abbasi xilafət sarayında ayda altı min dinar alaraq kitabxana müdürü çılışan Səfiyəddin Urməviyə Hülaku Xan ayda on min dinar maaş bağlamışdı. İqtisadiyyatı çökmüş Abbasi dinarından moğul dinarının bir neçə qat dəyərli olduğu da göz önündə bulunmalıdır. Moğulllar alimin inancına deyil, ağlına ehtiyac duyurdular. Bu üzdən də moğulların gəlişi ilə din zülmündən qurtaran millətlər və insanlar rahat və azad nəfəs ala bildilər. Böyük Çingiz Xanın savaşlarında əlbəttə ki, adamlar da öldürülmüşdür. Ancaq hansı savaşda adam ölməmişdir ki? Moğullar təslim olan ölkələrlə yaxşı davranır və onların gənclərini orduya alır, moğul xidmətinə alırdılar. Təslim olmayan ölklər moğul yasası gərəyi savaş yolu ilə təslim edilirdilər. Moğul- Türk imperatorluğu haqqında iftiralar yağdırırlar fars millətçiləri. Bunların hamısı bizim tarix bilincimizi yaralamaq üçündür. Farsların uydurduğu moğullara qarşı “sərbedaran” dirənişi yalan və iftiradan başqa bir şey olmamışdır. Sərbedaran dini fanatizm idi. Moğul ədalətinə qarşı şiə fanatizmi idi. Həm də farsların uydurduğu və filmləşdirdikləri kimi bu qədər də ciddi və geniş çaplı dirəniş olmamışdır. Terorist “sərbedaran” moğul imperatorluğunun dünyaya gətirdiyi barışı və güvənliyi pozmaq istəyirdilər. Çox acılar çəkmiş, gəncliyində saldırılara uğramış olan Çingiz Xan acıları dünyadan qaldırmaq istədi və başardı. Çingiz Xanın ən böyük başarısı yasalarla yönətilən və hər kəsə eşit davranan dünyəvi bir dövlət qurması olmuşdur. Təqribən 100 il sonra Çingiz Xanın ədalətini onun soyundan olan Böyük Teymur yenidən dünyaya hakim qılacaqdı. Böyük Teymur özünü Çingiz Xan soyuna mənsub bilirdi. XX əsrdə Mustafa Kamal çağın şərtlərinə görə tam Moğul sayağı xilafəti tarixdən sildi və ağlın ürünü olan yasalarla idarə edilən bir ölkə qurdu. Dilimizdə çox sevimli və xoş səslətimli (tələffüzlü) olan “yasa”, “yarqı”, “yarqıtay” və “ulus” kimi sözlər moğulcadır. Orta Doğu dillərində bir çox hüquq qavramları moğulcadır. Çünkü hüquq fəlsəfəsini bu millətlərə moğullar ərməğan etmişdir. Daha öncə şəriətlə yönətilirdilər.

01.09.2009