Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Taun (azəricə roman)

Müəllif:

Alber Kamyu


Kateqoriya:

Fransa



Qısa Təsvir:

Dünya ədəbiyyatının şah nümunələrindən birini - Alber Kamyunun "Taun" romanını azərbaycanca sizlərə təqdim etməkdə məmnunuq: təki oxuyasınız!!! 


Baxış sayı: 31
    
    


Alber Kamyu o zamanlar Fransanın müstəmləkəsi olan Əlcəzairdə fransız kolonisti ailəsində doğulmuşdur. Kamyu atasını erkən yaşlarında itirmiş, anası ilə birgə yoxsulluq və səfalət içində yaşamışdır. Uşaqlıqdan təhsilə böyük maraq göstərən Kamyu klassik və müasir fransız ədəbiyyatı ilə tanış olur, ekzistensializmə qapılır; gənc solçu intellektuallar arasında dolaşır; qısa müddətə (1934-1937) Kommunist Partiyasının üzvü olur, İspaniya respublikaçılarının müdafiəsinə qalxır. Fəhlə teatrı üçün yazdığı ilk esse və pyeslərini Kamyu 1937-ci ildən başlayaraq çap etdirir. 1940-cı ildə o, Fransaya köçür və alman işğalçılarına qarşı mübarizə aparan müqavimət hərəkatına qoşulur.

Kamyu yaradıcılığı ekzistensializm cərəyanı və ideyaları ilə sıx bağlıdır. İnsanın həyatın mənasını dərk etmək istəyi ilə bu fani dünyanın mənasızlığı arasında yaranan absurd haqqındakı ekzistensializm ideyası Kamyu əsərlərinin ruhuna, canına işləmişdir. Kamyunun "Yad" (1942), "Taun" (1948), "Süqut" (1948) kimi böyükhəcmli əsərləri, gözəl hekayə və pyesləri ona dünya şöhrəti qazandırır. 1957-ci ildə Kamyu ədəbiyyat üzrə Nobel mükafatına layiq görülür. Üç ildən sonra isə avtomobil qəzasında həlak olur.