Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Bəxtiyar Vahabzadə. "Gülüstan" poeması (öz dilində səsli və mətn) I və II hissələr

Müəllif:

Bəxtiyar Vahabzadə


Kateqoriya:

Səsli - audio ədəbiyyat



Qısa Təsvir:

Bəxtiyar Vahabzadə. "Gülüstan" poeması (öz dilində sasli və mətn)


Baxış sayı: 30025
    
    


 Bəxtiyar Vahabzadənin fərdi saytı:

E-qaynaq: http://vahabzade.net

Həyatı

Şəkillər

Şerlər

Kitablar

 

 

Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr poetik fikrinin görkəmli nümayəndəsi, xalq şairi Bəxtiyar Vahabzadənin adı təkçə respublkamızda deyil, onun sərhədlərindən çox-çox uzaqlarda mütəfəkkir şair, lirik dramaturq, istedadlı alim və publisist, qeyrətli və cəsarətli ictimai xadim, sadə və səmimi insan kimi məşhurdur. Təsadüfi deyil ki, onun əsərləri - şer kitabları, dramları və publisist yazıları dünyanın çox dillərində, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar və köhnə Sovyet birliyinə dahil olan bir çox salqların dillərinə tərcümə edilmiş və bu əsərlər çox böyük maraq və sevgi ilə qarşılanmışdır. \"\"Anasi\" Bəxtiyar Vahabzadə Mahmud oğlu 1925-ci ildə Şəkidə doğulmuş, 1934-cü ildə ailəsi ilə bərabər Bakıya köçmüşdür. 1942-ci ildə orta məktəbi bitirib, Bakı Dövlət Universitetinin filologiya fakultəsinə daxil olmuş, 1947-ci ildə həmin fakultəni bitirib universitetin nəzdində aspiranturaya qəbul olunmuşdur.

1951-ci ildə \\"S.Vurğunun lirikası\\" mövzusunda namizədlik, 1964-cü ildə isə \\"S.Vurğunun həyat və yaradıcılığı\\" mövzusunda monografiyasını mödafiə edib, filoloji elmlər doktoru alimlik dərəcəsini almışdır.

Bəxtiyar Vahabzadə bədii yaradıcılığa ikinci cahan müharibəsi illərində başlamış, 1945-ci ildə Yazıçılar İttifaqının üzvlüyünə qəbul olunmuşdur. Məhsuldar bədii yaradıcılıqla yanaşı, B.Vahabzadə 40 ildən artıq Universitetdə dərs demiş, 1990-ci ildən təqaüdə çıxmışdır. 1980-ci Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

B.Vahabzadə 70-dən artıq şer kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifidir. Bakı Akademik Dövlət Dram Teatrının səhnəsində onun \\"Vicdan\\", \\"İkinci səs\\", \\"Yağışdan sonra\\", \\"Yollara iz düşür\\", \\"Fəryad\\", \\"Hara gedir bu dünya ?\\", \\"Özümüzü kəsən qılınc\\", \\"Cəzasız günah\\", \\"Dar ağacı\\" pyesləri tamaşaya qoyulmuşdur. O, tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir.

\"\"Ovladlari\"O, 1974-cü ildə əməkdar incəsənət xadini, 1975-ci ildə respublika, 1984-cü ildə isə SSRI Dövlət Mükafatı laureatı adlarına laik görülmüşdür. 1985-ci ildə ona \\"Xalq şairi\\" adı verilmiş, 1995-ci ildə isə Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsində xəsusi xidmətlərinə görə \\"İstiqlal\\" ordeni ilə təltif edilmişdir.

B.Vahabzadənini şerləri obrazların kamilliyi, bədii vasitələrin məasirliyi və orijinallığı ilə seçilir. Onun bütün əsərlərində dünyaya fəlsəfi baxış əsas yer tutur.

Son 30-40 ildə Azərbaycan ədəbiyyatında B.Vahabzadə qədər ümumxalq məhəbbəti qazanmış ikinci bir şairin adını çəkmək çətindir.

Bədii, elmi, publisistik yaradıcılığını ictimai-siyasi fəaliyyətlə üzvi surətdə əlaqələndirən B.Vahabzadə 5 dəfə Azərbaycan Ali Sovetinə millət vəkili seçilmişdir (1980-2000).

O, hələ 60-cı illərdən başlayan mili azadlıq hərəkatının öncüllərindən biri olmuşdur. 1959-cu ildə yazdığı \\"Gülüstan\\" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiasının pənçəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalədli mübarizəsinə qoşulmuşdur.

Bu poemaya görə 1962-ci ildə şair \\"Millətçi\\" damğası ilə Universitetdən çıxarılmış, yalnız 2 ildən sonra yerinə qaytarılmışdır. Sovyet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə itmiş, iri həcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirmişdir. Birbaşa Sovyet diktaturasını ifşa edən əsərlərini isə şair, Sovyetlər İttifaqı dağılandan sonra \\"Sandıqdan səslər\\" başlığı altında nəşr etdirmişdir.
Bu vaxta qədər qüdrətli söz ustası, kəskin publisist, ədəbi-bədii prosesin təşkilaçısı kimi tanınan B.Vahabzadə son vaxtlar xalqı düşündürən bir çox məsələlərdə, o cümlədən uydurma Qarabağ problemi ilə əlaqədar məsələlərdə ağsaqqal kimi ciddi fəaliyyət göstərir. Həmçinin o, ana dilimizin saflığı, təmizliyi uğrunda daim, yorulmadan mübarizə aparır.

\"\"Nevesi\"B.Vahabzadənin evi bir növ, millətin ümid qapısına dönmüşdür. Belə ki, respublikanın müxtəlif kənd və rayonlarından hər gün onlarla məktub alır, neçə-neçə şikayətçini evində qəbul edir, onları dinləyir və imkan daxilində hər birinin dərdinə əlac etməyə çalışır. Respublika Ali sovetinin sessiyalarında, ictimai-siyasi məclislərdə, kütləvi informasiya vasitələrindəki çıxışlarında o, xalq mənafeyinin əsl müdafiəçisi, həqiqi vətənpərvər və ictimai xadim kimi hamının dərin hörmət və məhəbbətini qazanmışdır. Yaradıcılığı boyu xalqın istək və arzularını tərənnüm edən, bu arzuların həyata keçməsinə çalışan vətəndaş şair üçün xalqın mənafeyi onuın şəxsi mənafeyinə çevrilmişdir.

Azərbaycan Yazıçılar Briliyinin təqdimatı

 

Burada: http://video.azeri.net/bextiyar-vahabzade-gulustan-poemasi-v1391.html

 

Yaxud burada:

http://www.facebook.com/inbox/readmessage.php?t=1218142897701&f=1&e=0#/video/video.php?v=1049805881712&ref=nf

 

GÜLÜSTAN poeması (1959)

Azərbaycanın birliyi və istiqlaliyyəti
uğrunda çarpışan Səttar xan,
Şeyx Məhəmməd Xiyabani
və Pişəvərinin əziz xatirəsinə

I-ci Hissə

İpək yaylığıyla o, asta-asta
Silib eynəyini gözünə taxdı.
əyilib yavaşca masanın üstə
Bir möhürə baxdı, bir qola baxdı.

Kağıza həvəslə o da qol atdı,
Dodağı altından gülümsəyərək.
Bir qələm əsrlik hicran yaratdı,
Bir xalqı yarıya böldü qılınc tək.

Öz sivri ucuyla bu lələk qələm
Dəldi sinəsini Azərbaycanın.
Başını qaldırdı,
Ancaq dəmbədəm
Kəsdilər səsini Azərbaycanın.

O güldü kağıza qol çəkən zaman,
Qıydı ürəklərin hicran səsinə.
O güldü haqq üçün daim çarpışan
Bir xalqın tarixi faciəsinə.

Əyləşib kənarda topsaqqal ağa,
Hərdən mütərcimə suallar verir.
Çevrilir gah sola, baxır gah sağa,
Başını yellədib təsbeh çevirir.
Qoyulan sərtlərə razıyıq deyə,
Tərəflər qol çəkdi müahidəyə...
Tərəflər kim idi? Hər ikisi yad!
Yadlarmı edəcək bu xalqa imdad?!

Qoy qalxsın ayağa ruhu Tomrisin,
Babəkin qılıncı parlasın yenə.
Onlar bu şərtlərə sözünü desin,
Zənciri kim vurdu şir biləyinə?

Hanı bu ellərin mərd oğulları?
Açın bərələri, açın yolları.
Bəs hanı bu əsrin öz Koroğlusu-
Qılınc Koroğlusu, söz Koroğlusu?

Babaların şəni, şərəfi, əlbət,
Bizə əmanətdir, böyük əmanət...
Yoxmu qanımızda xalqın qeyrəti?
Belə saxlayarlar bəs əmanəti?
Qoy ildırım çaxsın, titrəsin cahan!
Ürəklər qəzəbdən
coşsun, partlasın.
Daim haqq yolunda qılınc qaldıran
İgid babaların goru çatlasın.

Qoy əysin başını vüqarlı dağlar,
Matəmi başlandı böyük bir elin.
Mərsiyə söyləsin axar bulaqlar,
Ağılar çağırsın bu gün qız, gəlin!..

Tərəflər sakitdir, qəzəbli deyil,
Məhv olan qoy olsun, onlara nə var.
İmzalar atılır bir-bir, elə bil,
Sevgi məktubuna qol çəkir onlar.

Atıb imzasını hər kəs varağa,
əyləşir sakitcə keçib yerinə.
Eynəkli cənabla, təsbehli ağa,
Qalxıb əl də verir biri-birinə.

Onların birləşən bu əllərilə
Ayrılır ikiyə bir el, bir Vətən.
Axıdıb gözündən yaş gilə-gilə,
Bu dəhşətli hala nə deyir Vətən?

Bir deyən olmadı, durun ağalar!
Axı, bu ölkənin öz sahibi var.
Siz nə yazırsınız bayaqdan bəri,-
Bəs hanı bu yurdun öz sahibləri?

Bəs hanı həqiqət, bəs hanı qanun?
Qocadır bu yurdun tarixi, yaşı.
Bəs hanı köksünə sərhəd qoyduğun,
Bir vahid ölkənin iki qardaşı?

Görək bu hicrana, bu müsibətə,
Onların sözü nə, qərəzi nədir?
Bu xalq əzəl gündən düşüb zillətə,
Öz dogma yurdunda yoxsa kölədir?

Necə ayırdınız dırnağı ətdən-
Ürəyi bədəndən, canı cəsəddən?
Axı, kim bu haqqı vermişdir Sizə,
Sizi kim çağırmış Vətənimizə?

Neçə vaxt səngərdə hey ulaşdılar,
Gülüstan kəndində sövdalaşdılar.
Bir ölkə ikiyə
Ayrılsın deyə!..

Göy də guruldamış deyirlər o gün,
Çölləri, düzləri buludlar sarmış.
O göy gurultusu ulu Babəkin Ruhuymuş,
hönkürüb fəryad qoparmış.

Gülüstan kəndinin gül-çiçəkləri
Bir günün içində soldu-saraldı.
\\\"Gülüstan\\\" bağlandı, o gündən bəri,
Bu kəndin alnında bir ləkə qaldı.

Bağrı köz-köz oldu \\\"Yanıq Kərəmin\\\"
Tellər inildədi, yandı, nə yandı.
Aşığın sazında daha bir həzin,
Daha bir yanıqlı pərdə yarandı.

Həmin gün ölkəni apardı sel, su,
Tutuldu çöhrəsi günün, ayın da.
Qoca Nəbatinin eşqi, arzusu,
O gün batmadımı Arpa çayında?

Ağlayıb dağlardan əsən küləklər,
Bu məşum xəbəri aləmə yaydı.
Sanki dilə gəldi güllər, çiçəklər:
\\\"Bu isə qol qoyan qollar sınaydı\\\".

Arazın suları qəzəbli, daşqın,
Sirin nəğmələri ahdır, haraydır.
Vətən quşa bənzər, qanadlarının
Biri bu taydırsa, biri o taydır.

Quş iki qanadla uçar, yüksələr,
Mən necə yüksəlim tək qanadımla?
Ürəklər bu dərddən tüğyana gələr,
Axar gözümüzdən yaş damla-damla.

Cənablar, bir anlıq düşündünüzmü?
Verdiyiniz hökmün ağırlığını?
Bu hökmün dəhşəti əllimi, yüzmü?
Biz necə götürək bu göz dağını?..

Başı kəsiləndə bu məğrur elin
Qəlbin ağrısını hiss etdinizmi -
Qoca Füzulinin, igid Babəkin
Etiraz səsini eşitdinizmi?
Cənablar, bir damcı mürəkkəblə siz
Düsünün, nələrə qol çəkmişsiniz?

Bir damcı mürəkkəb, bir vətəndaşı
Qanına bulayıb ikiyə böldü.
Bir damcı mürəkkəb olub göz yaşı
İllərlə gözlərdən axdı, töküldü.

Min ləkə vurdular şərəfimizə
Verdik, sahibimiz yenə \\\"ver\\\" - dedi.
Lap yaxsı eləyib doğrudan, bizə
Biri \\\"baran\\\" - dedi, biri \\\"xər\\\" - dedi.
Bizi həm yedilər, həm də mindilər,
Amma dalımızca gileyləndilər.

Hökmü gör nə qədər böyükmüş anın
Möhür də basdılar varağa təkrar.
Yox, varağın deyil, Azərbaycanın
Köksünə dağ boyda dağ basdı onlar.

İmzalı, möhürlü ey cansız varaq,
Nə qədər böyükmüs qüvvətin, gücün.
Əsrlər boyunca vuruşduq, ancaq
Sarsıda bilmədik hökmünü bir gün.

Ey kağız parçası, əvvəl heç ikən,
Yazılıb, qollanıb yoxdan var oldun.
Böyük bir millətin başını kəsən,
Qolunu bağlayan hökmdar oldun.

Bir eli ikiyə paraladın sən
Özün kağız İkən paralanmadın.
Köksünə yazılan qəlb atəşindən,
Niyə alıçmadın, niyə yanmadın?

Araz sərhəd oldu, əsdi küləklər,
Sular yatağında qalxdı, köpürdü.
Üstü dama-dama taxta dirəklər,
Çayın kənarında səf çəkib durdu.

Sular, sizdən təmiz nə var dünyada?
Ləkədən xalidir axı qəlbiniz.
Bağrınız alışıb niyə yanmadı
Bu çirkin əmələ qol qoyanda siz?

Ey Araz, səpirsən göz yaşı sən də,
Keçdikcə üstündən çölün, çəmənin.
Səni arzulara sədd eyləyəndə,
Niyə qurumadı suların sənin?

Dayanıb Arazın bu tayında mən
\\\"Can qardaş\\\" deyirəm, o da \\\"can\\\" deyir.
Ey zaman, sorğuma cavab ver, nədən
Səsim yetən yerə, əlim yetməyir?..

Qarışıb gözümdə, qarışıb aləm
Dərd-dərdi doğrayır, qəm-qəmdən keçir.
Arazın üstündən keçə bilmirəm,
Araz dərdim olub sinəmdən keçir.

Taxta dirəkləri torpağa deyil,
Qoydular Füzuli divanı üstə.
Yarıya bölündü yüz, yüz əlli il
Gəraylı, bayatı, muğam, şikəstə.

Dəmir çəpərləri eşqim, diləyim,
Tarixim, ənənəm üstə qoydular.
Yarıya bölündü canım, ürəyim,
Yarıya bölündü Arazda sular.

Taxta dirəkləri qoydular ax, ax!
Qəlbimin, ruhumun, dilimin üstə.
Biz güldük, ağladıq, yenə də ancaq
Bir sazın, bir telin, bir simin üstə.

Ürəkdən ürəyə körpü? Bir dayan!
Dərdimiz dinirsə, bir sazın üstə
Şəhriyar yaralı misralarından
Körpü salmadımı Arazın üstə?!

Bu taydan o taya axışdı sel tək
Gözə görünməyən könül telləri.
Bu selin önünü nə çay, nə dirək
Kəsə bilməmişdir yüz ildən bəri.

Ağalar bilmədi birdir bu torpaq
Təbriz də, Bakı da Azərbaycandır.
Bir elin ruhunu, dilini ancaq
Kağızlar üstündə bölmək asandır.

Böl, kağız üstündə, böl, gecə-gündüz,
Torpağın üstünə dirəklər də düz,
Gücünü, əzmini tök də meydana,
Qosundan, silahdan sədd çək hər yana.
Torpağı ikiyə bölərsən, ancaq
Çətindir bədəni candan ayırmaq!

Ayırmaq kimsəyə gəlməsin asan
Bir xalqın bir olan dərdi-sərini.
O taydan bu taya Mustafa Payan
Oxuyur Vahidin qəzəllərini.

Dolandı zəmanə, döndü qərinə,
Şairlər od tökdü yenə dilindən.
Vurğunun o həsrət nəğmələrinə
Şəhriyar səs verdi Təbriz elindən:

\\\"Heydər baba, göylər qara dumandı,
Günlərimiz bir-birindən yamandı.
Bir-birindən ayrılmayın, amandır,
Yaxşılığı əlimizdən aldılar,
Yaxşı bizi yaman günə saldılar.

Bir uçaydım bu çırpınan yelinən,
Qovuşaydım dağdan aşan selinən,
Ağlaşaydım uzaq düşən elinən.
Bir görəydim ayrılığı kim saldı,
Ölkəmizdə kim qırıldı, kim qaldı\\\".

1959

 

 

GÜLÜSTAN poeması (1999)

II Hissə

İSTİQLAL

1

Zərurət görmədim təsadüf qədər
Məqsədə yönəlir bu başsız axın.
Məndən rica etdi bir vətənsevər
Yazım davammı mən \\\"Gülüstan\\\"ın.

Yazmışdım mən onu düz qırx il qabaq.
O vaxtdan bu yana çox sular axdı.
Arazın suyunda enib qalxaraq
Ürəkdə bəslənən arzular axdı.

Torpağa düşmədi, apardı yellər
Arzu toxumları sulara düsdü.
Yandı, pörşələndi həsrət könüllər
Yenə bu minvalla illər ötüşdü...

\\\"Gülüstan\\\" adicə haraydı, haydı
Qulaqlar kar olur biz qışqıranda.
Mən onu yazanda şah zamanıydı,
Başqa bir zamandır indi İranda.

Millət qarşılaşdı basqa yasaqla
Cəkdi imtahana böcək, quşları
Üsullar dəyişdi, gedən bıçaqla
Gələn, pambıq ilə kəsdi başları.

Dünya çalxalandı, sular dıruldu
Tərsinə dolandı əsrin məhvəri.
Zaman hökm elədi, vaxt hakim oldu
Ayağa qaldırdı qul millətləri.

Qullar silahlandı qəzəbdən, kindən
Ayıra bildilər dumandan sisi.
Qovdu ağasını məmləkətindən
Kölə Afrikanın kölə zəncisi.

Göyə dirək oldu amanım, ahım,
Halalca haqqımız bizdən yan qaçar.
Zəncinin bəxtini açan Allahım
Bəs mənim bəxtimi nə zaman açar?

Yaman uzun çəkdi hökmü bu qəsdin,
Ayrılıb ikiyə döndü bir Vətən.
\\\"Gülüstan\\\" adlanan bu ifritənin
Kağızı, qələmi nədənmiş görən?

O kağız, o yazı yumdu gözləri
Yanan ürəklərdə od külə döndü.
Bizim aramızda o gündən bəri
\\\"Gülüstan\\\" tikanlı məftilə döndü.

Baş idik, ayağa indi yol olmaq
Bizi dərdimizə bu gün yad eylər.
Bir vaxt hakim ikən dönüb qul olmaq
Bizim bəxtimizə yazılmış məgər?

Bir vahid millətə, iki hakimin
Dili doğmalaşdı... Bu lap ağ oldu.
Dogma anamızın şəkərdən şirin
Bizə öyrətdiyi dil yasaq oldu.

Hakimlər özü də bilirdi aşkar
Mənim öz dilim var, öz tarixim var.
Siz haqqın üzünü boyalayırkən
Həqiqət də aydın, yalan da aydın.
Yüz min erməninin məktəbi varkən,
Yirmi milyon türkə onu qıymadın.

Dinində, törəndə bizimlə birkən
Yasandan sən mənim haqqımı sildin.
Dininə düşməni əzizləyirkən,
Sən öz dindaşına düşmən kəsildin.

Özündən, sözündən qaçaq dilimiz
İslanıb üşüdü qarda, çisəkdə.
Yüksək məqamlarda yasaq dilimiz
Qovulub yaşadı kənddə, kəsəkdə.

Insan olmaq üçün uşaq dil açar
Yasaqlar önündə biz dilsiz olduq.
Dil varsa, xalq da var, şan-şöhrət də var
Dil yoxsa, millət yox, heç varlıq da yox.

Soruşduq: - Dilimiz yoxsa, biz kimik?
- Farsdan dönməsiniz - dedilər bizə.
Baxıb gözümüzün Içinə dimdik,
Onlar qəsd elədi mənliyimizə.

Belə \\\"tarixçilər\\\", belə nadanlar
Sizdə də, bizdə də dürəkdir ancaq.
Düşmən olsalar da millətə onlar
Hakimi-mütləqə dirəkdir ancaq.

Firdovsin söz açdı türk oğlu kimi
Əfrasiyab adlı Alpər-Tunqadan.
Məgər fars idimi sizin
Rüstəmi Döyüşə çağıran o böyük xaqan?

Rüstəm Zal - İransa,
əfrasiyab - Turan,
Beləysə, fars olub
Turk nə zamandan?
Məgər türk deyildi mənim şahlarım
Əsrlər boyunca mülki-İranda?
Bəs səni tutmazmı naləm, ahlarım
Məni \\\"farsdan dönmə\\\" adlandıranda?

Türkün zatındadır kişilik, mərdlik
O, öz düşmənini vurmaz arxadan.
Türkə, Türk dilinə bu düşmənçilik
Sizdə bir adətdir qalü-bəladan.

Tarixə baş vuraq: Bu ağ, bu qara
Mərdlik mayasıyla yoğrulmuş babam.
Haqqını tanıdıb çox haqsızlara
Amma haqsıza da mərd olmuş babam.

Bəzən özümüzü bəyənmədik biz
Dedik, filankəsə gərək oxşayaq.
Yandı öz bağımız... fikir çeşməmiz
Özgə bağlarını suladı ancaq.

Heç kəs inciməsin, dedik qoy bizdən
Yandıq yad evində bir çıraq kimi.
\\\"Buyur\\\" deyə-deyə hörmətimizdən
Qonağı elədik evin sahibi.
Bizim böyük-böyük ustadlarımız
\\\"Xəmsə\\\"lər bağladı özgə dilində.
Dönüb yadın oldu bizim varımız
Babam talan oldu öz mənzilində.

Yada abidələr ucaldıb dedik:
Fəhləlik bizimdir, ustalıq sənin.
Çox zaman özgəyə qulluq elədik
Beyin bizim oldu, əsər özgənin.

Nadir də, Qacar da ölkələr aldı
Vətən ucalmadı, taxtı ucaldı.
Oz dogma elini ayağa saldı
Şahlar bizim oldu, zəfər özgənin.

Saldıq özümüzü özümüz gözdən
Kül ilə oytıadıq, əl çəkib közdən.
Ölkələr nur aldı şəfəqimizdən
Günəş bizim oldu, səhər özgənin.

Mənim sərvətimə cahan göz dikdi
Sərvətim, dövlətim ona gərəkdi.
Babam yer şumladı, babam yer əkdi
Zəhmət bizim oldu, bəhər özgənin.

Açdı sinəsini bizə bu torpaq
Aləmi bəzəyib lüt olduq ancaq.
Cıdırda çapsaq da hamıdan qabaq
Hünər bizim oldu, nəmər özgənin,
Qızıl bizim oldu, kəmər özgənin.

Meydan oxusaq da çərxi-dövrana
Bəzən özümüzlə üzbəüz olduq.
Düşməni əzsək də mərdü-mərdana,
Bəzən düşmənimiz özümüz olduq.

Zamanın küləyi de əsdi hardan?
Uduza-uduza axır udulduq.
Vaxtın axarında gəldi bir zaman
Biz iki hakimə dönüb qul olduq.

Ayılın hakimlər, dönür bu dövran
Qorxun haqqı görən Allahınızdan.
Tarixi gerçəyi danmayın barı
Sizin çörəyiniz diziniz üstdə.
Tarixi əzmiylə yaradanları
Niyə çökdürdünüz bu gün diz üstə?

Sədi dərs də verdi sizə ədəbdən
Sizsə başqasını bəyənmədiniz.
Möhtəşəm bir dini alıb
Ərəbdən ərəbə \\\"çəyirtkə yeyən\\\" dediniz.

2

Quzeydə ayağa qalxdı məmləkət
Bir təpə bir dağla üz-üzə gəldi
Millətin qəlbində boy atan nifrət
Köksün həmləsiylə o dağı dəldi.

Yaman acıq gəldi bu nifrət ona
Tankların altında əzdi milləti.
Sığdıra bilmədi dağ qüruruna
Təpə önündəki məğlubiyyəti.
Millət millət olur, arzu, niyyəti,
İnamı, inadı,
öz imanıyla,
Dərk edib bu haqqı, bu həqiqəti,
Suvardıq torpağı şəhid qanıyla.

Eşidib qəlbimin üsyan səsini,
Yazdım \\\"Şəhidlər\\\"in faciəsini:
\\\"Dilək bir çiçək də bitirə bilməz
Bu gündən sabaha körpü olmasa.
Azadlıq ağacı bar verə bilməz
Şəhidlər qanıyla suvarılmasa.

...O şənbə gecəsi gecikdi səhər
Zaman itirmişdi o gün sağ-solu.
Ömürdən keçərək, keçdi şəhidlər
Bir qanlı gecədə min illik yolu.

O şənbə gecəsi ölüb-dirildik
Şərəf papaq oldu, başlara qondu.
O qətl gecəsi xalqın min illik
Şücaət tarixi təkrar olundu.

Qatil gülləsinə qurban gedirkən
Gözünü sabaha dikdi şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla
Vətən göylərinə çəkdi şəhidlər.

O şənbə gecəsi, o qətl günü
Mümkünə döndərdik çox namümkünü.
Xalqın qəlbindəki qorxu mülkünu
O gecə dağıdıb sökdü əhidlər.\\\"


3

\\\"Gülüstan\\\" yarandı duz qırx il əvvəl
\\\"Şəhidlər\\\" nəticə, \\\"Gülüslan\\\" təməl.
Azadlıq verilməz bilək bir kərə
Azadlıq alınar, budur doğru yol.
Axı \\\"Gülüstan\\\"dan ta \\\"Şəhidlər\\\"ə
Gedən uzun yoldu keçilən bu yol\\\"

Daş körpü - vəhdətim, daş Xudafərin!
Gərəksiz daşların qalağı oldu.
Üstündən bir kimsə keçmədi... min-min
Könül həsrətinin göz dağı oldu.

Gəldi başımıza nələr, ay nələr,
Goramı aparaq bu dərdi qardaş?
Bütün bu bəlalar, bu faciələr
Həmən \\\"Gülüstan\\\"dan göyərdi, qardaş.

Quzeydə yerini göstərdik yada,
Zorun təməlini haqq deşə bildi.
Gördük, bizdən başqa bu gen dünyada
Bütün ayrılanlar birləşə bildi.

Biriykən ikiyik, bu halımızla
Biri-birimizə həsrət qalmışıq.
Biz hələ bu gün də xəyalımızla
Həsrətin üstündən körpü salmışıq.

Buna da şükr edib, \\\"təvəkkül\\\" - dedik,
İmdadçün həmişə üz tutduq göyə.
Elə zaman gəldi, keçmək istədik
Xəyali körpüdən biz, daş körpüyə.

Daş körpü - vəhdətim, daş Xudafərin!
Gərəksiz daşların qalağı oldu.
Üstündən bir kimsə keçə bilmədi
Bölünən bir xalqın göz dağı oldu.

Biri-birimizə gendən \\\"gəl\\\" - dedik
Tanrı üz çevirdi elə bil bizdən.
O qədər üstündən keçə bilmədik
Körpünü ot basdı qəhərimizdən.

İki əsrdir ki, o daş körpünün
Bu tayında mənəm, o tayında sən.
Sökülüb-dağılır daşlar günbəgün
Sərhəd dirəkləri xəbərsiz oldu
Bizim qəlbimizdən keçən körpüdən.

Qəsbkar qəsdini əbədi sanmış
İki başda duran tağlara bir bax.
Çoxu dağılsa da dimdik dayanmış
Birinci tağ ilə axırıncı tağ.

O tağın biri mən, o biri sənsən
Onlar əsrlərlə dözüb sellərə.
Selin zərbəsinə tağlar dözübsə,
Nə gəlib arzusu bir könüllərə?

Bu gün qismətimiz qəm-kədərdisə,
Dünənki birliyim heç unudulmaz.
Çayın altındakı torpaq birdisə,
O tayı bu taydan ayırmaq olmaz.

Neçə il əvvələ qayıdaq yenə
Diləklər dikəldi, \\\"mən varam\\\" - dedi.
Bu böyük diləyin zərbələrinə
Sərhəd dirəkləri tab gətirmədi.

Bu taydan o taya haray qaldırıb,
Özünə güvəndi bu millət yenə.
Dəmir məftilləri dişiylə qınb
Oğullar doladı biləklərinə.

Araz öz yoluyla yenə axırdı
Həsrət divarını o gün asdılar.
Qardaşlar qollardan zənciri qırdı
Çayın ortasında qııcaqlaşdılar.
Dərdi boğazlayıb o gün sevincdən
Onlar hönkür-hönkür hey ağlaşdılar.

Qardaşlar ağladı o gün doyunca
Soldatlar, sərbazlar dəhsətə gəldi.
O günün ertəsi Araz boyunca
Tikanlı dirəklər yenə dikəldi.

Qovuşdu bir günlük bu lay o layla
Bir günlük sevincdən çaş-baş oldular.
Qardaşı qardaşdan ayırmasıyla
Soldatla sərbaz da qardaş oldular.

Ölmədi, o günü gördü Bəxtiyar
Dedi: - Haqq önündə zor bərbad ols
un. Dedi: - Mən o günü gördüm, Şəhriyar,
Qabaqda işıq var, ruhun şad olsun.

Bu yerdə ustadla neçə il əvvəl
Telefon söhbəti yadıma düşdü:
Mən ona \\\"gəl\\\" - dedim, o mənə \\\"gəl-gəl\\\"
əllər görüşmədi, səslər görüsdü.

\\\"Məndən xəbər aldı:
- Neçə yaşın var?
Yaşımı söylədim, dedi:
- Min alqış!
Dedim:
- Nəyə alqış, ustad Şəhriyar?
Dedi ki, cavansan, sən mənə baxmış.
Arzum göyərmədi, keçibdir yaşım,
O vüsal gününü sən gör, qardaşım\\\".

Getməz ağzımızdan o günün dadı
Mən gördüm o günü bircə gün ancaq.
Başımız üstündə yenə oynadı
Bu tayda \\\"dubinka\\\" , o tayda şallaq.

Biz bunu bacardıq...
Ancaq nə fayda?
Verdik əlimizdən yelə fürsəti.
Allah bir də nə vaxt, hansı dolayda
Bizə verəcəkdir elə fürsəti?

Tarixdə neçə yol uduzduq nədən?
Zirvəyə qalxmışdıq, biz niyə endik?
Səbrlə, tədbirlə, ölçüb-biçmədən
Ağla güvənmədik, hissə güvəndik.

Səttarxan, Bağırxan və Pişəvəri
Bizimçün hər biri diridən diri.
Onlar qəhrəmandı, qəhrəman, fəqət
Təkcə igidliklə kar aşmır indi.
Uzağı görmədən, təkcə cəsarət
Arzuya, istəyə yol açmır indi.

Onlar ölçmədilər uzunu, eni
Tədbir tökmədilər, əzab çəkdilər.
Tuta bilsəydilər günün nəbzini
Arzu güllərini dərəcəkdilər.

Qırx il həsrət qaldı almana alman
Dövrana baxdılar, vaxta baxdılar.
Onlar qanadlanan arzularından
Zamanın çiyninə qanad taxdılar.

Düşündük dərdimiz artdı ilbəil
Vaxtin damarını tuta bilmədik.
Siz: \\\" zaman başqadır, vaxt o vaxt deyil\\\",
Bizsə o arzuyla şerlər dedik.

İstiqlal qazandı quzeydə ölkə
Bunu gözləmişdi millət yetmiş il.
Bu gün aldığımız azadlıq bəlkə
Bizi biz edəcək istiqlal deyil?

İstiqlal qazandıq, kim \\\"oxay\\\" dedi?
Təzə bəlalara biz sinə gərdik.
İstiqlal milləti sevindirmədi
İstiqlal qazanıb, torpaq itirdik.

Çəkdi bu milləti hərə bir yerə
Məqsəd - kürsü eşqi, amal - mənfəət.
O qədər çəkişdik, həm firqələrə
Həm də bölgələrə bölündü millət.

Umdu, nəsə umdu Vətəndən hamı
Amma unuduldu məmləkət dərdi.
Kürsüyə çatmaqçün biri Ağdamı
Biri də Şuşanı güdaza verdi.

Bunlar həqiqətdir, ay bədbəxt, sənin
Hansı amal ilə qəlbin döyündü?
Unudub dərdini bütöv Vətənin
Kürsü hərisliyi amala döndü.

4

İslam bayrağıyla başqası gəldi
Hamı düsündü ki, dünya düzəldi.
Solub-saralırdı sahibsiz təki
Bizim viran olmuş könlümüzdəki
Arzu çiçəkləri ...
o gün suladıq.
Biri-birimizi muştuluqladıq.
Bizim Söhrab Tahir, Balaş, Mədinə
Bayram libasları geydi əyninə.
Ertəsi eşitdik möhtərəm imam
Yaratdı ölkədə \\\"cümhuri-islam\\\".
Çox gözəl, cümhura nə irad, nə söz?
Məgər bu deyilmi istədiyimiz?

Şahlıq diyarında, şah ölkəsində
\\\"Döndü həqiqətə\\\" yüz illik xəyal.
Türkün öz dilində, öz ləhcəsində
Qəzetlər, dərgilər çıxdı dalbadal.
Nə oldu sonrası? Keçdi bir qədər
Boyalar silindi, bozardı üzlər.
Gördük vədlərdən təkcə söz qalıb
Zulm qah-qah çəkir, haqsa hönkürür.
Şahlıq devrilsə də, başqa rəng alıb
Yaşayır əvvəlki zülm başqa cür.

Adını dəyişib, əhdini danıb
Yenə həmən zülm, həmən əsarət.
Qarmağa taxılan ətə aldanıb,
Tələni görmədi zavallı millət.

Zülm nə din bildi, nə dil, nə
Vətən, Cəhalət uydurdu İslam adına.
Açıq fikirlilər qaçdı ölkədən,
Dözməyib cahilin xurafatına.

Düşünən başları qovdu ölkədən
Farsı da, kürdü də, türkü də qəsdən.
Deyən tapılmadı, otur yerində
Mən qafil deyiləm sözə aldanam.
De, hanı bəs sənin əməllərində
Şəri boğazlayan müqəddəs İslam?

Məgər yuvasından didərgin düşən
O bədbəxt kimsələr müsəlman deyil?
İslamda insanlıq ləyaqətindən
Nitqlər söylədin minbərlərdə sən,
Yurddan qovduqların bəs insan deyil?

Minbərdən bağırdı söz gövşəyənlər:
\\\"İslama hər yerdə dayağıq\\\" - deyə.
Bizi darda qoyüb \\\"İslam\\\" deyənlər
Niyə dayaq oldu bəs erməniyə?

Dandın həqiqəti sən bilə-bilə
Sübutun uydurma, dəlilin əbəs.
Erməni qəsbinə kiriməyinlə
Xoruzun quyruğu görünmürmü bəs?

Qorxuram bu yerdə belimiz sına
Adını qoymusan \\\"İslam dövləti\\\".
Özün de, budurmu din qardaşına
İslam dövlətinin xətri, hörməti?

Bunıın da kökünü bilirik nədir?
Səninçin \\\"arilik\\\" dindən öndədir.
İslama \\\"vay\\\" dedi, dinə \\\"vay\\\" dedi
Arxaya çəkildi din qohumluğu.
Sizi erməniyə dayaq eylədi
əcdadda birləşən qan qohumluğu.

Tapıldı bizdə də cəhalətindən
Dinin cövhərini anlamayanlar.
Atıldı meydana, yapışıb dindən
Onu ciblərinə qazanc sayanlar.

Kəbəyə getdilər hər il dalbadal
Ziyarət deyildi, ticarətdi bu.
Bəs hanı haqq yolu? Bu səfər,
bu yol Hacılıq adıyla tacirlik oldu.

Dedilər: \\\"Dərdlərə son qoymaq üçün
\\\"İslam partiyası\\\" gərəkmiş bu gün.
Bir deyən olmadı amma onlara
\\\"A qardaş, din hara, siyasət hara?\\\"

Nədir bu partiya? Mən anlamıram
Firqə, dar çərçivə, firqə bir qəfəs!
O boyda ucalıq, o boyda İslam
Firqə qəfəsinə sığışarmı bəs?

Din ilə ucalır ruhumuz göyə
Göylər bir qiyasa, ölçüyə gəlməz.
O böyük din ilə bircə firqəyə
Bəşərin yarısı sığışa bilməz.

Sökülür dan yeri, görmürsənmi sən
Zamanın özündən, vaxtın özündən?
Bu nə boş xəyaldır, nə şirin röya?
Közərir çınqa od külün içində.
Dünyanı titrədən qoca Rusiya
Bölünüb söküldü bir gün içində.

Köksünə dağ üstdən dağ çəkilən xalq
Bir gün dağ çəkəcək dağın köksünə.
Məftil çəpərləri qıra bilən xalq
Bir il gec, bir il tez - qıracaq yenə.

Torpağı yoğurur vaxt özü qanla
Vaxt gəldi, bircə söz min düyün açar.
Artıq anlamışıq ahla, amanla
Nə məftil əriyər, nə sərhəd uçar.

Zulm öz-özünə kəsilir qənim
Baxın öz yönünü dəyişən çarxa.
Suyun gəlməsinə şübhəm yox mənim
Bir vaxt şırıl-şırıl su gələn arxa.


Salaq yadımıza bu gün, cahanın
Rəngləri dəyişən xəritəsini.
Biz də görəcəyik Azərbaycanın
Güneyli-qüzeyli xəritəsini.

Noyabr, 1999 

Türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadə
 
Böyük sənətkarların bütün dövrlər, nəsillər üçün yenidən doğulması, əbədi var olması şəksizdi. Bu mənada, unudulmaz xalq şairimiz Bəxtiyar Vahabzadə hər açılan sabahla yenidən doğulan, kəşf edilən, bizi vətəndaşlıq duyğusuna yenidən kökləyən fenomen şəxsiyyətdi.
Nəsimidən, Nizamidən, füzulidən, Sabirdən mənəvi qidasını alan Bəxtiyar Vahabzadə, ustadı Səməd Vurğun poeziyasına sığınaraq Azərbaycan fəlsəfi şerini daha yüksək zirvələrə qaldırmışdır.
Bəxtiyar Vahabzadənin müasir Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri şəksizdir. Lakin bütün bunlara baxmayaraq, şair bu sahədəki xidmətlərinə necə də təvazökarcasına qiymət verir:

Bizim sənət dünyasının
Qırıq telli sazıyam.
Bircə ondan razıyam ki,
Özümdən narazıyam.

Şairin yaradıcılıq palitrası çox zəngin və rəngarəngdir. Xalqı, cəmiyyətin mənafeyini düşündürən hər bir məsələ onun şeirlərinin başlıca mövzusudur. Azərbaycan xalqının tarixində zaman-zaman baş vermiş faciələrin əsasını qoymuş, Azərbaycanın ikiyə parçalanmasına imza atan bədnam müqaviləyə həsr olunmuş \\\\"Gülüstan\\\\" poemasında şair belə deiyr:

İpək yaylığı ilə o, asta-asta
Silib eynəyini gözünə taxdı.
Əyilib yavaşca masanın üstə,
Bir möhürə baxdı, bir qola baxdı.
Kağıza həvəslə o da qol atdı,
Dodağı altından gülümsəyərək.
Bir qələm əsrlik hicran yaratdı,
Bir xalqı yarıya böldü qılınc tək.
Öz sivri ucuyla bu lələk qələm,
Dəldi sinəsini Azərbaycanın.

Qoyulan şərtlərə razıyıq deyə,
Tərəflər qol çəkdi müqaviləyə.
Tərəflər kim idi?
Hər ikisi yad!
Yadlarmı edəcək bu xalqa imdad?!

Ötən əsrin 60-cı illərində, kommunist rejiminin kəsəkəs vaxtında bu mövzuda, bu ruhda poemanı mətbuatda çap etdirmək sənətkardan böyük cəsarət tələb edirdi. O zaman gənc olan Bəxtiyar Vahabzadə həyatının, ailə üzvlərinin, yaxınlarının böyük təhlükə qarşısında qalacağından ehtiyat etməyərək, \\\\"Gülüstan\\\\" poemasını keçmiş Nuxa şəhər (indiki Şəki şəhər - İ.A.) partiya komitəsi və icraiyyə komitəsinin orqanı olan \\\\"Nuxa fəhləsi\\\\" qəzetində dərc etdirdi və bu poema böyük ictimai əks-sədaya səbəb oldu.
Deyirlər ki, Bəxtiyar Vahabzadəni yüksək rütbəli vəzifəli şəxs poemanın nəşri ilə bağlı söhbətə çağırır. Həmin vəzifəli şəxs şairi qəbul edərək deyir:
- Şair, xeyir ola, son vaxtlar \\\\"podbolnı poema\\\\" (gizli poema - İ.A.) çap etdirirsən?
Şairin cavabı çox sərt olur:
- Mən bilmirəm, \\\\"Nuxa fəhləsi\\\\" qəzeti nə vaxtdan \\\\"podbolnı qəzet\\\\" olub?
Həmin vaxt şairi böyük çək-çevirə salırlar. \\\\"Nuxa fəhləsi\\\\" qəzetinin redaktoru Məhyəddin Abbasov da ciddi partiya cəzasına məruz qalır. Lakin şairin özünün sonrakı müsahibələrindən aydın olur ki, o zamanlar gözəgörünməz bir qüvvə onu bu bəladan çəkib çıxarır və xilas edir. Bu qüvvə ümummilli lider Heydər Əliyev idi.
Bəxtiyar Vahabzadə yaradıcılığında heç vaxt mövzuları böyük və kiçik mövzulara bölməmiş, o, həmişə adi bir epizodu da öz sənətkarlığı ilə yüksək səviyyəyə qaldıra bilmişdir.
Bəxtiyar Vahabzadə həmişə yerliçilik meyllərindən uzaq olmuşdur. Təsadüfi deyildir ki, şair bununla bağlı deyir:

Mən həm bakılıyam, həm lənkəranlı,
gəncəli, qubalı, həm naxçıvanlı.
Şəkili, şirvanlı, qarabağlıyam,
Bütöv Vətənimə bütöv bağlıyam.

Şair \\\\"Özünüz şəkili olduğunuz halda, hələ Şəkiyə bir şeir həsr etməmisiniz\\\\" məzmunlu oxucu məktubuna yazdığı \\\\"Şəki\\\\" şerində belə cavab verir:

Bir nəğmə qoşmadım
hələ mən sənə,
Dağlar bunu mənə kəsir
sanmasın.
Mən dedim vurğunam
Azərbaycana,
Deyirəm, heç zaman
xırdalanmasın
Könlümdən ucalan bu avaz, bu səs.
Böyükdür, ucadır məsləkim
mənim.
Bala anasına \\\\"sevirəm\\\\" deməz,
Mən də deməmişəm,
a Şəkim mənim.

B.Vahabzadə yetərincə istedadlı bir şair, müdrik şəxsiyyət olduğu üçün sənətə özündən sonra gələnlərə şəxsiyyət, sənətkar ucalığından baxır, \\\\"bizdən sonra gələnlərə salam olsun\\\\" - düşüncəsi ilə yaşayırdı:

Siz ey bizdən sonra şeirə gələnlər,
Bu çətin yollarda uğurlar sizə!
Eşqiniz - gələcək.
Yaşınız - səhər.
Qəlbiniz işıqlı, fikriniz təzə!

Mərd olun!
Meydanda durun mərd kimi,
Uymayın ötəri şöhrətə, ada.
Bizim şerimizin dünəni kimi
Böyükdür, şanlıdır istiqbalı da!
Bəxtiyar Vahabzadə sözün həqiqi mənasında xalqın şairi idi. Onun xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, həmişə ictimai ədalətsizliyə qarşı vulkan kimi püskürür, zamanından və şəraitdən asılı olmayaraq, haqq səsini ucaldırdı.
Təsadüfi deyil ki, Bəxtiyar Vahabzadə təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının böyük, sevimli və əbədiyaşar şairidir.
Bu sətirlər mənim Bəxtiyar Vahabzadə yaradıcılığına olan oxucu məhəbbətinin təzahürüdür.
Böyük sənətkarlar dünyaya günəş kimi doğulurlar. Zaman keçir, bu günəşin istisi, hərarəti könüllərə süzülüb insanlığın yolunu daha gur işıqlandırır. Şair ömrünün işığı birbaşa könülə-qəlbə, ruha düşür. Necə ki, Bəxtiyar Vahabzadə ömrünün işığı qəlbimizi, ruhumuzu sardı, hər dəfə yolu gözlənilən günəş kimi işıqlandırdı düşüncələrimizi. Günəş kimi doğulanların yolu isə həmişə gözləniləndi.

İlham ABBASOV

E-mənbə/link: http://www.edebiyyatqazeti.com/cgi-bin/edebiyyat/index.cgi?id=2333