ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
E-mənbə / link: http://www.quran.az/
2 AY QOXUSUNU RAMAZANDAN ALDI
Rəcəb, Şaban və Ramazan ayları xalqın təsəvvüründə “Üç ay ” deyə ad qazanmışdır. Bu söz ilk baxışda heç bir anlam kəsb etməsə də özlüyündə dərin məna daşıyır. Üç ay dedikdə qəsd edilən ardı-ardına gələn qəməri aylardır - Rəcəb, Şaban və Ramazan.
Rəsulullah (s.a.s) bu aylar girdiyində “Allahumma barik ləna fi rəcəbə və şa”ban” və balliğna ramazan: “Allahım Rəcəb və Şabanı bizə bərəkətli qıl və bizi Ramazana qovuşdur “ -deyə dua edərdi. Ramazan ayı sahib olduğu bütün bərəkət və müqəddəsliyini içərisində gerçəkləşən bir hadisədən dolayı aldı.
O hadisə hansı idi?
Təbii ki, bu ay Allahın rəhmətinin kəlamı, təcəllisi olan vəhy enmişdir. Vəhy, Quranla sabitdir ki, Ramazanda enməyə başlamışdır. Qədr surəsində, Quranın enməyə başladığı gecəyə belə ad verilir: Qədr gecəsi (Leylətül Qadr).
Bütün söylənənlərdən ortaq nəticə budur. Quran Ramazan ayı içərisində yer alan Qədr gecəsində nazil olmuşdur. Quranın nazil olduğu gecə, sırf bundan dolayı min aydan daha xeyrli və bərəkətli gecəyə çevrilmişdir. Min ay 83 il, yəni bir ömürdür. Bu təqdirdə “bir ömürdən daha xeyrli olan Quranın nazil olduğu gecədir.”
Quran endiyi zamana otuz min qat bərəkət qatmışdır. Elə isə vəhyin məqsədi zamana bərəkət qatmaq, yoxsa onu on minlərcə qat daha bərəkətli etməkdir?
Vəhy insan üçün enmişdir. İnsanı bərəkətləndirmək, yüksəltmək və onu mübarək etmək məqsədi ilə göndərilmişdir. Beləliklə o halda niyə Quran vəhyin zamana qatdığı dəyəri və bərəkəti ifadə edir? Burada başa düşülməyəcək nə var? Quran insana xəbər verir. Barmağımız Ayı göstərərkən, barmağa deyil Aya baxırıq. Əgər sən də ayələrə (barmağın göstərdiyi yerə) baxsan bunu görərsən: Ey insan! Endiyi gecəni min aydan daha xeyrli edən, yəni bir ömrə dəyən bu vəhy əgər sənin ürəyinə, zehninə, həyatına nüfuz edərsə nələr etməz? Biraz düşün! Sənə hansı xeyir və bərəkət verməz! Həyatına nazil olan Quranı necə dəyərləndirəcəyini düşün.
Ramazan bütün dəyərini vəhyin enməyə başlamasından almaqdadır.
Təbii ki, Peyğəmbərin (s.a.s) orucu insan ruhunun mənən qidalanması, azad olması və sağlamlığına yönəlmişdir. Bu şəkildə şüur, təsəvvür daha aktiv olardu. Çünki oruc, bədən atının belinə düşünən qəlbi mindirməkdir. Bunun əksi nədir? Əksi düşünən qəlbin belinə bədəni mindirməkdir ki, bu da süvarini ata deyil, atı süvariyə mindirmək qədər tərs bir işdir. Arabanı ata deyil, atı arabaya qoşmaq kimi bir şeydir.
Beləliklə düşünən qəlb bədən atının süvarisi olarsa nə olacaqdır? Təbii ki, vəhyə və vəhyin mesajına hazır olacaqdır. Onu sözlərin sultanı olaraq qarşılayacaq və qəlbinə oturdacaqdır. Yəni qəlbin taxtinda vəhy oturacaq, əmrlər verəcəkdir. Əl-ayaq, dil-dodaq, göz-qulaq kimi bədən üzvləri də bu əmrə itaət edəcəkdir. Beləcə insanın Allaha təslimiyyəti tamamlanacaqdır.
Rəcəb və Şaban ayı dəyərlərini Ramazana qonşu olmarından almaqdadır. Gözələ qonşu olan da gözəldir. Gül ağacının dibindəki torpaq da gül qoxar. Rəcəb və Şaban gül agacının dibinin torpagına bənzəyir. Rəcəbin başlanğıcından etibarən Peyğəmbər (s.a.s) nafilə oruc və namazları artırırdı. Ramazana 15 gün qalmış isə bu ibadətlər daha da artardı. Rəsulullahın (s.ə.s) bu halı ramazanın cəlb etmə sahəsinə girənlərin nə etməsi lazım olduğu mövzusunda hər mömin üçün örnək ola bilər. Xalqın 3 ay adını qoyduğu Rəcəb, Şaban və Ramazanın sirri də budur.
Hazırladı: Cavid Musayev/
E-mənbə / link: http://www.azerislam.com