ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
![]() |
|
---|
Ali Sancar
1990-cı ildə İzmirdə doğulub
Günəş
Qısqanıram səni günəş
Sənin qədər isti deyiləm insanlarla
Yoxluğumun fərqinə varmırlar
Səninsə yox oluşuna qara
bağlayanlar var
Kölgəm belə səni görmədən çıxmır
Qısqanıram səni günəş
Ulduzlar belə parlaqlığı səndən alır
Mənimsə özümə xeyrim yoxdu
Səninsə başına dolanan
pərvanən çox
Mənsə özüm özümün başına
dolanıram
Qısqanıram səni günəş
Bəli, bax elə beləcə rahat deyirəm
Atmosfer dəlinirmiş,
artıq insanlara istinin
zərəri belə toxunurmuş
Doğrudan, sənin bizə zərərin
toxunarmı, günəş?
Nəsə, mən gedirəm, günəş
Yayda bol-bol danışarıq
Amma qışda arabir çıx
Bizi darıxdırma
Haydı, buludlara salam söylə
Salamat qal, günəş
Eskik
Bəlkə duyğular əskikdi kəlmələrimdə
Bəlkə də kəlmələr əskikdi
duyğularımda
Bəlkə sən əskikdin məndə
Bəlkə mən əskikdim səndə
Səni tapanda nə biləydim
Səni bu qədər tez itirəcəyimi
Bilsəydim
ən dərinlərdə gizlərdim səni
Bu günlərə necə gəldik?
Yadlardan soruşa bilməzdim ki
Bu halıma gülərdilər
İnan
Çox darıxıram səndən ötəri
Səni tapdım amma yenə də
gözləyirəm
Sən sən ol daha məni gözlətmə
Sənə şeir yazan bu əlləri üzmə
Məni danışdırma
Məni belə kəm buraxma...
Ən incəsindən
Xəstəyəm mən ən incəsindən
Dırnaqlarım çəkilir sanki yerindən
Bulanıq görürəm artıq
Sık-sık quruyur ağzım-dilim
Kabuslarla qalxıram yatağımın
ucundan
qəzəbliyəm mən ən incəsindən
Qırmızı işıqda keçirlər
damar yollarımdan
Sözüm bitdiyi yerdə söz söyləyirlər
Hər kəs gəlib üzümə gülür
Gözlərini qaçırırlar anlamsız
sifətimdən
Anlamsızam ən incəsindən...
Uyğunlaşdıranı: Günel Mövlud
E-mənbə / link: http://www.almaqezeti.com/?mod=view&id=4664