Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Ac qurd". Azərbaycan xalq nağılı

Müəllif:

Xalq - millət


Kateqoriya:

Nağıllar



Qısa Təsvir:

"Ac qurd". Azərbaycan xalq nağılı


Baxış sayı: 8984
    
    


Biri var idi, biri yox idi, bir qurd var idi. Bu qurd mahalda qoyun, keçi qoymurdu, yeyirdi. Amma yenə də ac idi.

Günlərin bir günü şirlə pələng yol ilə gedirdilər. Az getdilər, çox dayandılar, az

dayandılar, qurdun qazmasına çıxdılar. Qapıdan içəri girəndə gördülər ki, qurd böyrü

üstə yatıbdı. Pələng ondan soruşdu:

—A qurd qağa, necəsən?

Qurd dedi:

—Pələng qağa, üç gündü bir şey yemirəm, acam.

Şir dedi:

—Dur, bizimlə gedək, bəlkə qabağımıza bir şey çıxdı.

Qurd dedi:

—Yol getməyə məndə taqət yoxdu.

Pələng dedi:

—Indi ki, belə oldu, sən burda qal, biz gedək. Nahrda özümüzü sənə yetirərik.

Şirlə pələng getdilər. Qurd onların getdiyini görən kimi yerindən qalxdı, o biri qazmaya

getdi. O, iki quzu parçalayıb gətirmişdi. Quzuların ətini qabağına qoyub iylədi, yenə də

öz yerinə getdi.

O biri tərəfdən pələng şirdən ayrılıb, qurd qağası üçün ov axtarmağa başladı. Az getdi,

çox getdi, bir çayın qırağına çatdı. Gördü bir balıqçı çayın qırağında yatıbdı, yanında bir

neçə yekə balıq var. Pələng bir oyana, bir buyana baxdı, balıqları götürüb qaçdı, özünü

qurd qağasına yetirib dedi:

—Qağa, doğrudu mən də acam amma baxıb görürəm ki, sən acından lap üzülürsən. Al

bu balıqları ye. Görək sonrası necə olur.

Qurd dedi:

—{ox sağol, pələng qağa, yoxsa lap acından öləcəkdim.

Pələng balıqları ona verib getdi. Qurd öz-özünə dedi:

“Yaxşıca peşə tapdım. Nə əlimi ağa-qaraya vuraram, nə də boz köpəyin üzünü görərəm.

Bu sarsaqlar özləri ac qalar, ovladıqlarını mənə verərlər”. Qurd tez ayağa durdu, balıqları

aparıb cəmdəklərin yanına atdı. +zü də dovşanın yanına gedib dedi:

—Dovşan qağa, belə olmaz? Bostanların şirin yemişini yeyirsən,

mənə vermirsən?

Dovşan dedi:

—Qurd qağa, bu il bostanlarda sən deyən yaxşı yemiş olmayıb ki, sənə də gətirəm Məni

bağışla.

Qurd dedi:

—Heç-zad bilmirəm, gərək mənim payımı gətirəsən.

Qurd burdan birbaş qızılquşun yanına gedib dedi:

—Qağa, on gün olar ki, mənə çolpa vermirsən, belə iş olar?

Qızılquş dedi:

—{olpa yoxdu.

Qurd dedi:

—Bilmirəm, gərək mənə çolpa tapıb gətirəsən, yoxsa balalarını əlindən alacağam.

Bunlar burda qalsın, sənə deyim pələngdən. Pələng yol ilə gedirdi, gördü bir tülkü bir

parça sümük gəmirir. Pələng ondan soruşdu:

—Tülkü babak, nə yeyirsən?

Tülkü dedi:

—Görmürsən?

Paləng tülkünün yanında yerə çöküb dedi:

—Tülkü baba bir qurd var, lap qocalıb, özü də acından ölür. Bayaq əlimə bir neçə balıq

düşmüşdü, aparıb verdim ona.

Tülkü bərkdən güldü.

Pələng ondan soruşdu:

—Niyə gülürsən?

Tülkü dedi:

—O qurdda olan cəmdəklər məndə olsa idi, düz bir il yeyib yatardım.

Pələngin ona acığı tutub dedi:

—Yalan deyirsən?

Tülkü dedi:

—Gəl mərc çəkişək, gedib yoxlayaq.

Tülkü ilə pələng mərc çəkib yola düşdülər, yolda şirə rast gəldilər. Şir soruşdu:

—Hara gedirsiniz?

Pələng tülkünün sözlərini ona söylədi. Şir də bunlara qoşuldu. Yolda qızılquşa rast

gəldilər. Qızılquş qanad saxlayıb dedi:

—Tülkü baba, flan yerdə bir qurd var, lap bizi talayıb, çapıb.

Tülkü gülüb yoldaşlarına dedi:

—Bu bir. Biz az gedib dovşana rast gəldilər. O da qurddan şikayətə başladı.

Tülkü dedi:

—Bu iki.

Pələng dedi:

Tülkü baba, sən doğru deyirmişsən.

Tülkü, pələng şir, dovşan bir də qızılquş bir-brinə qoşuldular, düz qurdun yanına

gəldilər, Qurd bunları görən kimi qarnını qucaqlayıb yerə oturdu, guya o acından lap

ölür. Pələng dedi:

—Qurd qağa, necəsən?

—Acından lap ölürəm.

Sözünü qurtaran qurd özünü ölülüyə vurdu ki, çıxıb getsinlər. Tülkü tez irəli çıxıb dedi:

—Qağamız dünyada pis güzəran keçırıb. Gəlin onu yaxşıca dəfn eləyək.

Tülkü tez bir qəbir qazıb dedi:

—Daha durmayın, gəlin qurd qağamıza bir az ağlayaq.

Yalandan bir az ağladılar. Qurd gördü ki, xeyr, işlər şuluqdu, bunların əlindən qaçıb

qurtara bilməyəcək, Boğazı lap qurudu.

Tülkü pələngə dedi:

—Götürün qurd qağamızın cəmdəyini qəbrə qoyaq.

Tez qurdu götürdülər. Qurd öz-özünə dedi: “bayıra çıxaranda qaçaram”. Tülkü işi

duymuşdu, çox ayıq tərpənirdi. Qurdu qəbrə qoyan kimi, Tülkü üstünü tez torpaqladı,

qurd oradaca murdar olub öldü.

Tülkü dedi:

—İndİ qurd qağanın qazmasını açın.

Açıb nə gördülər, içi çəmdəklə doldu. Tülkü dedi:

—Xainin özünü sağbasdırıb, malını da yeyərlər. Nə istəyirsiniz yeyin.

Qurdun topladığı cəmdəkləri yeyib üstündən su içdilər, sonra dağılıb getdilər.

 

Azərbaycan Nağılları. 5 cilddə, 5-ci cild.

Azərbaycan SSR EA Nəşriyyatı, Bakı – 1964.